xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Azər Ələkbərov: 14 iyul 1969-cu il-Azərbaycanın taleyində dönüş tarixi

15-07-2022, 12:24 224 dəfə baxılıb

Azər Ələkbərov: 14 iyul 1969-cu il-Azərbaycanın taleyində dönüş tarixi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi, polis kapitanı Azər Ələkbərov - Möhkəm təməl davamlı uğurlar üçün əsasdır. Əbəs yerə deyilmir ki, uğurlu başlanğıc növbəti hədəflərin təqdimatı, sabaha daha inamla baxmaq üçün böyük stimuldur. Beynəlxalq baxışın yüksək səviyyədə olduğu, iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqətində olan qalib Azərbaycanın uğurlarının əsasında dayanan 14 iyul 1969-cu il tarixindən bəhs edirik. Bu tarix ölkəmizin taleyində dönüş tarixi kimi xarakterizə olunur. Təbii ki, Azərbaycanı hər zaman yeni-yeni Zəfərlərə doğru aparan Heydər Əliyev yolunun uğurlarına bələdçilik edən 53 ili bir yazıda əhatə etmək mümkün deyil.

Ümummilli Lider hakimiyyətinin birinci dövründə Azərbaycanın bugünü üçün möhkəm baza yaratdı. Ölkəmiz keçmiş İttifaqın ən qabaqcıl ölkələri sırasında yer tutdu. İqtisadi tərəqqi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımların atılmasını şürətləndirdi. Həmçinin ölkəmizin mədəni həyatında biri-birindən önəmli hadisələr baş verdi. Ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində həmin illərdə xeyli sayda memarlıq abidəsinin bərpası həyata keçirildi. Dahi şəxsiyyət xalqımızın tarixi keçmişində, mədəniyyət tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəsinin ucaldılmasının xalqın milli varlığına müsbət təsir göstərəcəyini düşünürdü. Böyük tarixi şəxsiyyətlərin ev-muzeylərinin yaradılması da bu məqsədə xidmət edirdi.

Ulu öndər Heydər Əliyevin hakimiyyətinin birinci dövrü məhz azərbaycançılıq ideologiyasının inkişafı dövrü kimi xarakterizə edilir. O illərdə Azərbaycanın müstəqil gələcəyi üçün, hər bir xalqın, dövlətin varlığının təsdiqi olan dilimizin qorunması və inkişafı istiqamətində atılan addımlara diqqət yetirmək kifayətdir. Azərbaycan gəncləri keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi. Bu yolla Azərbaycanın elmi və kadr potensialı yüksəldiyi kimi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği də həyata keçirilirdi.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın həyatında yeni bir mərhələ başladı. Həyata keçirilən təxirəsalınmaz tədbirlərin nəticəsində Azərbaycan qısa müddətdə sabitlik məkanı kimi tanındı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı artdı, milli ordu formalaşdırıldı. Azərbaycanın dünyada varlığını təsdiqləyən, həqiqətlərmizin təbliğində əsas missiyanı yerinə yetirən diasporumuz formalaşdı, onların vahid mərkəzdən idarə olunmaları üçün Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi. Bugünümüzün qürurlu hadisələri sırasında mədəniyyət paytaxtımız Şuşanın Dünya azərbaycanlılarını bir araya gətirib Zəfər Qurultayına şahidlik etməsini qeyd edə bilərik. 30 ilə yaxın dövrdən sonra soydaşlarımızın azad Qarabağda bir araya gələrək postmünaqişə dövrünün reallıqlarını, hədəfləri müzakirə etmələri siyasi əhəmiyyətə malik hadisə oldu.

Ulu öndər Heydər Əliyevin Vətən, xalq sevgisi onun hər bir addımının əsasını təşkil edirdi. Onun “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” çağırışı hər bir azərbaycanlının həyat amalına çevrilərək ölkəmizin bu günü və gələcəyi üçün daha səylə çalışmalarına, böyük töhfələr vermələrinə stimuldur.

Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən 2003-cü ildə xalqa müraciətində göstərdiyi inam və etmad ünvanını da xüsusi qeyd etməliyik. Dahi şəxsiyyət Ona özü qədər inandığını bildirdi. 2003-cü il­də ke­çi­ri­lən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanan cənab İlham Əliyev an­diç­mə mə­ra­si­min­də Azər­bay­ca­nın da­ha qüd­rət­li döv­lə­tə çev­ril­mə­si üçün Hey­dər Əli­yev si­ya­sə­ti­nin da­vam et­di­ri­lə­cə­yi­ni bil­di­rdi. Son 18 il­dən artıq fəa­liy­yə­ti­nə diq­qət ye­tir­sək hər və­di­ni kon­k­rekt əmə­li iş­də təs­diq­lə­di­yi­ni görərik. 2003-cü il­dən baş­la­nan Bö­yük yo­lun da­va­mı­nın Azər­bay­ca­na qa­zan­dır­dı­ğı ən bö­yük uğur 30 ilin iş­ğa­lı­na, tor­paq həs­rə­ti­nə son qo­yul­ma­sı, əra­zi bü­töv­lü­yü­mü­zün bər­pa­sı­dır.

Bu Zə­fə­ri şər­t­lən­di­rən amil­lər dövlətimizin qətiyyəti, ordumuzun gücü, öl­kə­mi­zin ay­rı-­ay­rı sa­hə­lər­də qa­zan­dı­ğı uğur­lar, ən əsa­sı gənc nə­sil­də Və­tən, tor­paq sev­gi­si­nin də­rin­ləş­mə­si, və­tən­pər­vər­lik his­si­nin da­ha da ar­t­ma­sı­ oldu. Ata və­siy­yə­ti­ni ye­ri­nə ye­tir­di­yi üçün özü­nü xoş­bəxt hiss edən qalib Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev hər bi­ri­mi­zin qü­rur ün­va­nı­dır. Dövlət başçısının “Biz yeni dövrə qədəm qoyduq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir. Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəklərdə olsun” fikirləri Azərbaycanın qazandığı uğurları fonunda qarşıdakı dövr üçün hədəflərini açıqlayır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi