xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Vaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır

10-02-2022, 10:27 102 dəfə baxılıb

Vaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır




Ağdamda şəhidin xatirəsinə həsr olunmuş futbol turniri keçirilib

Vaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır


Ağdam Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun Qaradağlı kəndində Vətən müharibəsi şəhidi, İsizadə Elvin Azim oğlunun xatirəsinə həsr olunmuş rayonlararası futbol turnirinin final oyunu keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra dövlət himni səsləndirildi. Finalda Ağdam rayonunun Qaradağlı kənd və Ağcəbədi rayonunun Sarıcalı kəndlərini təmsil edən futbol komandaları qarşılaşıb. Start fitindən əvvəl Ağdam Rayon İcra Hakimiyyəti başçısının finala yüksələn komanda üzvlərinə təbriki və finalda hər iki komandaya uğurlar arzusu çatdırıldı. 15:00-da başlanan final oyununu Ağdam Rayon İcra Hakimiyyətinin müavini Xəqani Nəzərov, Yeni Azərbaycan Partiyasının Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev, Ağdam rayon Təhsil şöbəsinin müdiri Tahir Abbasov, şəhid İsizadə Elvinin valideynləri, digər şəhid ailələri, qazilər, ictimaiət nümayəndələri və futbolsevərlər izləyib. Oyun Qaradağlı kənd futbol komandasının 2-0 hesablı qələbəsi ilə başa çatıb. 1-ci yerə çıxan Qaradağlı kənd futbol komandasının üzvləri Rayon İcra Hakimiyyəti tərəfindən kubok, medallar və fəxri fərmanla, 2-ci yeri tutan Ağcəbədi rayonunun Sarıcalı kənd futbol komandasının üzvləri isə fəxri fərmanla təltif edilmişlər.

Vaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalırVaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalırVaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır
Vaqif Həsənov: Prezident İlham Əliyevin yeni inkişaf strategiyasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır



Ağdam Rayon İcra Hakimiyyətinin Başçısı Vaqif Həsənov - “Prezident İlham Əliyev ölkədə makroiqtisadi sabitliyin qorunması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində hər zaman ciddi addımlar atır. Elə Vətən müharibəsindəki şanlı Zəfərdən sonra Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi yeni inkişaf strategiyasında da əhalinin sosial müdafiəsinin gücləndirilməsi prioritet olaraq qalır. Həmçinin Azərbaycanda əhalinin sosial müdafiəsinə göstərilən diqqət hər il dövlət büdcəsində də öz əksini tapır. Hər il dövlət büdcəsində sosialyönümlü xərclər artırılır. Məhz 2022-ci ilin büdcəsi də bu baxımdan istisna təşkil etmədi və bu ilin büdcəsinin də sosialyönümlü olması bir daha göstərir ki, dövlətin əsas məqsədi xalqın rifahının yaxşılaşdırılmasıdır. Heç şübhəsiz ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı Sərəncam da dövlət başçısının yürütdüyü sosial siyasətin növbəti təntənəsi, pensiyaçılara növbəti qayğısıdır”.

Prezident İlham Əliyevin 2022-ci il 8 fevral tarixli “Əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı COVID-19 pandemiyasının, habelə beynəlxalq bazarlardakı qiymət artımlarının ölkədaxili inflyasiyaya və əmək pensiyaçılarının sosial rifahına mənfi təsirlərinin yumşaldılması məqsədinə xidmət edir: “Sərəncama əsasən, sığorta prinsipi ilə pensiya alanlara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardımın da verilməsi nəzərdə tutulur. Həmin vəsait rüblər üzrə bölünməklə pensiyaçılara ödəniləcək və ilkin ödəniş fevral ayının pensiyaları ilə birgə veriləcək. Eyni zamanda, yeni Sərəncamla 2022-ci il 1 yanvar tarixinədək təyin edilmiş əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək artırılacaq. Xüsusilə qeyd edilməlidir ki, Sərəncamla müəyyən edilən indeksasiya və maddi yardım 2021-ci il üzrə orta inflyasiya dərəcəsini üstələyir və bu da pensiyaçılara dövlət dəstəyinin növbəti bariz nümunəsidir”.

“Yeni Sərəncam pensiyaçıların 92 faizini əhatə edəcək. Nəzərdə tutulmuş məqsədlər üçün il ərzində əlavə olaraq 1,1 milyon nəfərə 352 milyon manat xərclənəcək”, artımlar ölkə üzrə pensiyaların orta aylıq məbləğinə münasibətdə təqribən 9 faiz təşkil edəcək: “300 manatadək pensiya alan şəxslərdə bu artım 10 faizədək, daha yüksək məbləğlərdə pensiya alanlarda isə 7-8 faizədək olacaq. Eləcə də, 6,7 faizlik indeksləşdirilmə ilə yanaşı, yeni Sərəncam qulluq stajına görə əlavələrlə pensiya təyin edilmiş şəxsləri də əhatə edir. Bir sözlə, yeni Sərəncam bu şəxslərə də 2022-ci ildə dövlət dəstəyinin göstərilməsinə və ümumi pensiya məbləğlərinin hər il artırılmasına imkan yaradacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi