xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Eyvaz Hüseynov: Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq

21-04-2022, 15:08 109 dəfə baxılıb

Eyvaz Hüseynov: Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq



Yeni Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

Eyvaz Hüseynov: Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq


Yeni Xocavənd qəsəbəsində Rayon İcra Hakimiyyəti başçısının vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir.
Qəbulda Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov, başçının müavinləri, hüquq mühafizə orqanları və aidiyyəti idarə, müəssisə, təşkilat rəhbərləri və qəsəbə sakinləri iştirak etmişdir. Qəbul zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən mübaribəsində ordumuzun şanlı qələbəsi, işğaldan azad olunmuş ərazilərdə bərpa işlərinin aparılması, cənab Prezident tərəfindən qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilmiş qərarlar barədə geniş məlumat verdi.
Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri dinlənildi. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qisminin həllinə yerindəcə köməklik göstərildi, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi. Həlli mərkəzi icra hakimiyyəti orqanlarından asılı olan məsələlərlə bağlı qeydlər aparıldı.
Qəbul zamanı vətəndaşlar onların müraciətlərinə xüsusi diqqət göstərildiyinə görə ölkə başçısına və rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Eyvaz Hüseynov: Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq
Eyvaz Hüseynov: Azərbaycan öz gücü hesabına qarşıya qoyulmuş bütün məqsədlərinə çatacaq


Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov - Aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilmişdir. Dövlət başçısının müşavirədə çıxışı zamanı bir çox mühüm məsələlərə münasibət bildirilmişdir. Ötən ildə və bu ilin birinci rübündə Azərbaycanın sosial, iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlar, qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflər nəzərdən keçirilmişdir. Cənab Prezidentin vurğuladığı kimi, “Keçən il qarşıya qoyulan əsas məqsədimiz həm azad edilmiş torpaqlarda bərpa işlərinə start vermək, eyni zamanda, beynəlxalq müstəvidə yeni reallıqları qəbul etdirmək idi. Azərbaycan hər iki istiqamət üzrə məqsədlərinə nail olmuşdur.” Qazanılan uğurlar, görülən işlər və qarşıya qoyulan vəzifələrlə yanaşı reallaşdırılması nəzərdə tutulan müxtəlif istiqamətli layihələr, islahatlar da müşavirədə diqqətə çatdırılmışdır. Qalib Azərbaycanın iqtisadi qüdrəti hesabına bütün bölgələr kimi, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında misli görünməmiş quruculuq işlərinin getdiyi də vurğulanmışdır.

İşğaldan azad edilən ərazilərimizdə görülən işlərdən danışan Prezident İlham Əliyev qeyd edib ki, müharibədən çıxmış bir ölkədə ən genişmiqyaslı proqram icra edilməyə başlayıb. İlkin olaraq Qarabağda və Şərqi Zəngəzurda minalardan təmizlənərək elektrik təsərrüfatı yaradılıb, yollar çəkilib. Dövlət başçısının qeyd etdiyi kimi, “Qarabağ və Zəngəzur nümunəvi bölgə kimi inkişaf olunacaq. Azərbaycan vətəndaşları orada rahat, firavan yaşayacaqlar. Dünya üçün də bu inkişaf bir nümunə olacaq”.

Tarixi ədalətin bərpa edilməsi nəticəsində əsl sahibinə qaytarılan Qarabağda aparılacaq quruculuq işləri sayəsində bölgənin həyatında keyfiyyətcə yeni mərhələ başlamışdır. Bu gün Azərbaycan yalnız öz daxili imkanları hesabına, heç bir xarici ölkədən və ya beynalxalq təşkilatlardan maliyyə dəstəyi almadan özü işğaldan azad eydiyi ərazilərdə bərpa və quruculuq işəri aparır. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Bütün bu naliyyətlər Azərbaycanın daxili gücünün hesabına əldə olunub. Heç kəsdən bir manat dəstək almamışıq. Azad edilmiş torpaqlar da yüz faiz daxili imkanlar hesabına bərpa olunur. Xarici şirkətlər yalnız podratçı kimi işləyir. Bizə heç kim heç bir yardım göstərmir, nə işğal dövründə, nə də sonra”.

Artıq bu il Böyük Qayıdışın ilk addımı olaraq Zəngilanın Ağalı kəndində insanların qayıdışı təmin olunacaq. Şuşa şəhərində artıq insanlar yaşayır. Şuşada bərpa işləri gedir. Qarabağın döyünən qəlbi, Şərqin konservatoriyası, muğamımızın beşiyi adlandırılan şəhərə gediş-gəlişin asanlaşdırılmasına xidmət edən Füzuli-Şuşa yolunun inşası Şuşanın bərpasına, dirçəldilməsinə, tarixi simasının qaytarılmasına hesablanan addımlardan oldu. Şuşanın elektrik təsərrüfatı, suyun verilməsi bərpa olundu. Şuşanın tarixi abidələrinin bərpasına başlanılıdı. Hazırda üç məsciddə - Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa və Saatlı məscidlərində restavrasiya işləri davam edir. Bu məscidlərin təmirini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Natəvan bulağı bərpa edilib. "Xarıbülbül” hoteli istifadəyə verilib, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyulub. "Qarabağ” hoteli əsaslı təmirdən sonra öz qapılarını yenidən qonaqların üzünə açıb. Şuşada yeni teleqüllənin təməli qoyulub. 960 şagirdlik məktəb, 90 çarpayılıq xəstəxana inşa edilir.

2022-ci ilin Azərbaycanda "Şuşa İli” elan edilməsi Şuşanın bu günü və gələcəyi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üçün mühüm əhəmiyyətə malikdir. TÜRKSOY Şuşanı 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan etmişdir. Prezident İlham Əliyevin göstərişi, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən "Xarıbülbül” musiqi festivalı qazanılmış böyük Zəfərin region üçün əhəmiyyətini göstərdi, mövcud olan yeni reallığı nümayiş etdirdi. Azərbaycanın mədəniyyətə, tarixə, dinə, milli-mənəvi dəyərlərə verdiyi qiyməti əyani nümayiş etdirdi. Ötən il avqustun 30-da Şuşada böyük Azərbaycan şairi, dövlət xadimi, Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin önündə Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi. Prezident İlham Əliyevin göstərişi ilə təşkil olunan Vaqif Poeziya Günləri Azərbaycan xalqının mədəniyyətinə, milli kimliyinə sadiqliyini sübuta yetirdi. Gələn ay Şuşada yenidən “Xarıbülbül” festivalı keçiriləcək. Dövlət baçşımız 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirədəki çıxışında bu məsələni xüsusilə vurğulayıb: “Gələn ay Şuşada “Xarıbülbül” festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz istedadını nümayiş etdirmişlər. Bu gün isə, eyni zamanda, biz dünyanın müxtəlif ölkələrindən folklor kollektivləri dəvət etmişik”.

Müşavirədə Prezident İlham Əliyevin səsləndirdiyi qətiyyətli fikirlər bir daha onu deməyə əsas verir ki, müharibə nəticəsində növbəti dəfə erməni vandalizminin şahidi olan beynəlxalq ictimaiyyətə, dünya birliyinə də aydındır ki, Azərbaycan öz konstitusion hüquqları çərçivəsində, BMT-nin Nizamnaməsi, Helsinki Yekun Aktı çərçivəsində yeni reallıq yaradıb və hamı bu reallıqla hesablaşmalıdır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi