xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:53 – Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər 
  • 13:15 – Azərbaycan Türkmənistana tanker hədiyyə edib 
  • 13:05 – İlham Əliyevin Türkmənistan Prezidenti ilə geniş tərkibdə görüşü olub 
  • 13:41 – Prezident fərman imzaladı 

Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

11-09-2023, 13:16 40 dəfə baxılıb

Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Xətai rayonunda Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun xatirəsi anılıb
Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

10.09.2023-cü ildə Xətai rayonunda Vətən Müharibəsi şəhidi Babayev İqbal Zəki oğlunun doğum günündə xatirə lövhəsinin qarşısında anım tədbiri keçirilib. Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Anar Məmmədov, İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdiri Pənah İmanov, şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları iştirak ediblər.

Tədbirdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin qarşısına üzərinə tər güllər düzülüb.

Çıxışlarda qeyd olunub ki, bütün şəhidlərimiz Azərbaycanın qəhrəmanlıq salnaməsini yazan, bizim qəlbimizdə əbədi yaşayan igid Vətən övladlarıdır. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu, bütün xalqımız vahid birlik nümayiş etdirərək 30 ilə yaxın işğal altında olan ərazilərimiz yağı tapdağından azad edib. Bununla da qürurumuzun, şücaətimizin varlığı bir daha təsdiq olunub. Vətən uğrunda canını fəda etməkdən müqəddəs heç nə ola bilməz. Şəhidlərimiz bizim üçün əbədi yaşayacaqlar.
Şəhidin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildiriblər.

Vətən uğrunda canını fəda etmiş Şəhidlərimizin xatirəsini hörmətlə anır, Allahdan rəhmət diləyirik!

Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir
Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Xətai rayonunda inklüzivlliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası və konsert proqramı təşkil olunub

Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

09 sentyabr 2023-cü ildə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkının amfiteatr səhnəsində Xətai rayon İcra Hakimiyyəti, YAP Xətai rayon təşkilatının və “Hello” İxtisaslaşdırma və İnkişaf Mərkəzinin təşkilatçılığı ilə inklüzivlliyi olan şəxslərin və rayon ictimaiyyətinin iştirakı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Mən də bir Ulduzam” adlı konsert proqramı, eləcə də inklüzivliyi olan şəxslərin əl işlərindən ibarət sərgi-satış yarmarkası təşkil olunub.

Layihə, inklüzivliyi olan şəxslərin reabilitasiyasının, onların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasının Azərbaycan hökümətinin prioritet fəaliyyət istiqamətlərindən olduğunu rəhbər tutaraq, autizm və daun sindromlu yeniyetmə və gənclərin, o cümlədən fiziki məhdudiyyətli əlil şəxslərin sosial fəaliyyətlərdə irəli çəkilməsi məqsədi ilə həyata keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xalq artisti Mələkxanım Eyyubova ilə 44 günlük Vətən müharibəsinin qazisi, üzərində döyüş bölgəsində keçirilən əməliyyat zamanı həkim masasında əməliyyat boyu “Can Qarabağ” mahnısını canlı ifa etməsi ilə tanınan Məbud Əhmədovun dueti ilə başlayan konsert proqramı, Azərbaycan Respublikanın əməkdar artisti Fərid Əliyevin, sevilən ifaçılar Elnarə Xəlilovanın, Nərmin Kərimbəyovanın və ProMetenin istedadlı inklüzivliyi olan şəxslərlə biri-birindən maraqlı duet, həmçinin inklüzivlərin ayrı-ayrılıqda solo ifaları ilə davam etdirilib. Murad Sadıqın, 11 nömrəli xüsusi təhsil məktəbinin şağırdlərinin valideynləri ilə birgə dueti, “Səma” rəqs ansamblının təqdim etdiyi rəqs nömrələri və popular ifacı İlhamə Qasımovanın ifasında səslənən “Vətən” mahnısı isə gecəyə xüsusi rənq qatıb.

Tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanan konsert zamanı səhnədə quraşdırılmış ekranda Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolunu əks etdirən fotomateriallar, onun siyasi kursunun davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərlə bağlı və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın olkəmizdə yaşayan əlilliyi olan şəxslərin sosial həyatlarına yaxından iştirak etdiyini əks etdirən kadrlar nümayiş etdirilib.

Tədbir tamaşaçılarda xoş təəssüratlar yaradıb.

Yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid övladları ilə görüş təşkil olunub
Xətai rayon İcra Hakimiyyətində silsilə tədbirlər davam edir

Yeni dərs ilinin başlanması ilə əlaqədar Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “McDonald’s” restoranında şəhid övladları ilə görüş təşkil olunub.

Görüşdə qeyd olunub ki, Respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Rayon İcra Hakimiyyətinin nümayəndələri qarşıdan gələn Bilik günü münasibətilə məktəbliləri təbrik edib, ölkəmizdə dövlət rəhbərliyi tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğını xüsusi vurğulayıblar.
Tədbirdə şən klounlar, nağıl qəhrəmanları məzəli oyunları ilə uşaqları əyləndiriblər. Bir-birinin ardınca şən əhval ruhiyyəli musiqi və rəqslər şənlik iştirakçılarının könlünü oxşayıb, xoş əhval-ruhiyyə yaradıb.

Sonda məktəblilərə dərs ləvazimatları almaq üçün maddi dəstək göstərilib.

Şəhid ailələri göstərilən diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi