Şair Alxasov: Xalqın dəstəyinə arxalan Lider
23-06-2023, 11:10
142 dəfə baxılıb

Zindanmuruqqışlaq kəndində keçirilən səyyar qəbulda daha çox sosial və məişət problemlər səsləndirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən rayonun Zindanmuruqqışlaq kəndində keçirilən vətəndaşların səyyar qəbulunda kənd sakinləri fasiləsiz elektrik enerji ilə təmin olunması, Langi-Kuzunqışlaq-Avaranqışlaq avtomobil yolunun yenidən qurulması, kənddə tibb məntəqənin inşası və bir sıra digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri, RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Qusar rayonunun Nəcəfkənd kəndində səyyar qəbul keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Nəcəfkənd kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Kənd sakinləri internet xidmətlərindən yararlanmaq üçün mövcud EATS-in nömrə tutumunun artırılmasını, kənd təsərrüfatı texnikasının maniəsiz hərəkət etməsi üçün kənddaxili yolunun bir hissəsinin genişləndirilməsini və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov - Azərbaycan xalqı 1993-cü ilin may-iyun aylarında çox ciddi sınaqlarla üz-üzə qalmışdı. Ölkə vətəndaş müharibəsinin astanasında idi. AXC-Müsavat hakimiyyəti xalqı və ölkəni parçalanmaq, məhv olmaq həddinə gətirib çıxarmışdı. Belə ağır günlərdə xalq öz nicat yolunu Naxçıvanda yaşayan dahi şəxsiyyət Heydər Əliyevə müraciət etməkdə gördü. İnsanlar çox yaxşı anlayırdılar ki, xalqı və ölkəni mövcud bəlalardan məhz Heydər Əliyev xilas edə bilər. Təbii ki, xalq düzgün qərar vermişdi. Xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gələn Ulu Öndər Heydər Əliyev iyunun 15-də Ali Sovetin sədri seçildi. Bu təqvim müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü olaraq yazıldı. Bu əlamətdar hadisədən cəmi 9 gün sonra Ali Sovetin qərarı ilə Heydər Əliyev Azərbaycan Prezidentinin səlahiyyətlərini icra etməyə başladı. Çünki o vaxtkı Prezident ölkədə baş verən hadisələrə biganə yanaşaraq Bakını tərk etməklə faktiki olaraq prezidentlik səlahiyyətlərindən imtina etmişdi.
Ulu Öndər Heydər Əliyev Prezident səalhiyyətlərini icra etməyə başladıqdan sonra aparılan düşünülmüş siyasət nəticəsində ölkədə həyat öz axarına qayıtmağa başladı. İlk olaraq ölkə daxilində ictimai təhlükəsizlik bərpa olundu. Ölkənin müxtəlif hissələrində özləri üçün ayrıca “respublikalar” yaratdıqlarını elan etmiş separatçı şəxslərin qarşısı alındı və Azərbaycanın parçalanmaq təhlükəsi aradan qaldırıldı. Ölkədaxili vəziyyəti sabitləşdirən Ulu Öndər Heydər Əliyev Ermənistanın aktiv hərbi təcavüzünü dayandırmaq məqsədi ilə atəş müqaviləsinin imzalanmasına nail oldu. AXC-Müsavat hakimiyyəti qısa zaman ərzində qonşu ölkələrlə də münasibətləri korlamış, Azərbaycanın təklənməsi üçün şərait yaratmışdılar. Lakin Ulu Öndər Heydər Əliyev həyata keçirdiyi düzgün xarici siyasətlə həm qonşu ölkələr, həm də digər ölkələrlə münasibətlərin qurulmasını təmin etdi. İqtisadi cəhətdən tamamilə zəifləmiş ölkəyə xarici investorların cəlb edilməsi üçün işlər həyata keçirildi. Düzgün xarici siyasət nəticəsində Azərbaycanla əməkdaşlıq etmək istəyən ölkələrin sayı artmağa başladı. Nəticədə isə Azərbaycan iqtisadiyyatı canlanmağa başladı. Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində xalqın təhlükəsizliyi bərqərar oldu və insanların gündəlik həyatlarında irəliləyişə nail olundu. Bir sözlə, xalqımızın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi Ulu Öndərin adı ilə bağlıdır. Müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır.
Azərbaycan xalqı öz çətin günündə böyük oğlu Heydər Əliyevə müraciət etdi. Ulu Öndər də hər zaman xalqın dəstəyinə arxalanır, xalqdan güc alırdı. Zamanın ağır sınaqları göstərdi ki, Azərbaycanı məhz Heydər Əliyev kimi böyük siyasətçi qoruyub saxlaya bilər. Ulu Öndər öz ömrünü müstəqil Azərbaycana və xalqımıza həsr edərək xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirdi. Ömrünü xalqına həsr edən Ulu Öndər Heydər Əliyev milli liderliklə siyasi liderlik keyfiyyətlərini özündə cəmləşdirmiş böyük siyasətçi olmuşdur. Belə hal isə bəşəriyyət tarixində nadir rast gəlinən haldır. Odur ki, Azərbaycan xalqı xoşbəxt xalqdır. Zamanla keşməkeşli tarix yaşamasına baxmayaraq Heydər Əliyev kimi dahi şəxsiyyətinin olması xalqımızın xoşbəxtliyidir. Xalq və dövlət qarşısındakı misilsiz xidmətləri sayəsində Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın memarı adını qazanmışdır. Onun siyasi dəst-xətti və Prezident İlham Əliyevin Ulu Öndər siyasətinə sadiqliyi ilə müstəqil Azərbaycan bu gün Cənubi Qafqazın lider, dünyanın isə yüksək nüfuz sahibi olan dövlətinə çevrilib. Bugünkü Azərbaycan məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Odur ki, Azərbaycan xalqı var olduqca Ulu Öndər Heydər Əliyev də var olacaqdır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR