xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir

24-05-2023, 12:51 35 dəfə baxılıb

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir


M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Milli Kitabxanada “Azərbaycan Milli Kitabxanası-100” adlı virtual sərgi və “100 il Xalqın Xidmətində” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir


Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur.

Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olmuşdur. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundovun adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranmış, fondunda olan ədəbiyyat sayı artmışdır.

Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 5 milyondan artıq fondu olan kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb.

Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev cənabları 1995-1997-ciillərdə 4 dəfə Milli Kitabxanaya səfər etmiş və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə etmişdir.

2004-ci ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

Yubiley münasibətilə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası-100” adlı virtual sərgi həmçinin “100 il Xalqın Xidmətində” adlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr, ənənəvi sərgidə isə kitabxananın nəşrləri və tarixi haqqında kitablar nümayiş olunur.

Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Milli Kitabxanada qonaq olub

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir


Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Mohammed Al Blooshi Milli Kitabxanada olub. Görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir. Görüş zamanı bildirilib ki, Azərbaycan Milli Kitabxanasının Qətərlə və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Belə ki, Milli Kitabxana Dubay şəhərində Məhəmməd İbn Rəşid kitabxanasının təşkilində də iştirak edib.

Qeyd olunub ki, bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaqdır.

Səfir görüş zamanı Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs etdi.

Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir


Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev və kitab” adlı tədbir

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir


Mayın 19-da Azərbaycan Maliyyə-İqtisad Kollecində Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Səbail Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kitabxanasının və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Azərbaycan Maliyyə-İqtisad Kollecinin birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev və kitab” mövzusunda tədbir keçirilib.
Çıxışçılar müasir Azərbaycanın memarı və qurucusu, dünya şöhrətli dahi siyasi və dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinin tarixi əhəmiyyətindən, Ulu Öndərin kitaba münasibətindən, Milli Kitabxanaya hədiyyə etdiyi kitabların onun mütaliə dairəsinin geniş əhatəliyindən, təhsil siyasətindən və gənclərə sevgisindən Prezident İlham Əliyevin uğurlu siyasətindən danışıblar.
Tədbir iştirakçıları “Ulu Öndər Heydər Əliyev gənclərin gözü ilə” adlı layihə işlərinin sərgisi, Ümummilli Lider Heydər Əliyevin və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin şərəfinə hazırlanmış stendlərlə, 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər və zabitin əziz xatirəsinə həsr edilmiş “ZƏFƏR ŞAHİNLƏRİ” adlı daimi mövcud olan guşə ilə, kollecin şəhid məzun və tələbələrinin xatirə löhvəsi ilə yaxından tanış olublar.
Tədbir zamanı Azərbaycan Milli Kitabxanası tərəfindən “Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyası” iştirakçılara nümayiş etdirilib.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında silsilə tədbirlər davam edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi