xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir

8-06-2021, 12:13 130 dəfə baxılıb

Kərim Tahirov: Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir


Azərbaycan Milli Kitabxanası İran İslam Respublikasının Milli Kitabxana və Arxivi ilə əməkdaşlıq müqaviləsi imzalayıb

Kərim Tahirov: Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində dönüş nöqtəsidir


İyunun 8-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında onlayn formada Əməkdaşlıq Memorandumu imzalanıb.

Kitabxananın direktoru, professor Kərim Tahirov Milli Kitabxanası ilə İran İslam Respublikasının Milli Kitabxana və Arxivi arasında təxminən 2000-ci illərin əvvəllərində qurulan əməkdaşlıq əlaqələrinin danışıb: “Bu gün imzalanacaq əməkdaşlıq memorandumu bu əlaqələrin daha da möhkəmlənməsinə, genişlənməsinə səbəb olacaqdır. O qeyd edib ki, hər iki ölkənin qədim tarixi, ortaq mədəni dəyərləri vardır. Biz İran İslam Respublikasının Milli Kitabxanası ilə bir sıra beynəlxalq miqyaslı layihələrdə və İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Kitabxanaları Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik. Bir həftədən sonra bu təşkilatın növbəti konfransında onlayn iştirak edəcəyik”.

İran İslam Respublikasının Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bildirib ki, hər iki ölkənin iqtisadi, siyasi sahədə inkişaf edən yaxınlığı mədəniyyət sahəsində də imzalanan bu memorandumdan sonra daha da möhkəmlənəcəkdir: “İran dünyanın ən zəngin kitab bazarlarından birinə malikdir və hər il keçirilən beynəlxalq kitab sərgiləri buna əyani sübutdur. Bildirmək istəyirəm ki, bu il Azərbaycanda Prezident İlham Əliyevin Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan olunması və hər iki ölkənin kitabxana sahəsində Nizami Gəncəvi əlyazmalarının mübadiləsi bu əməkdaşlığın ilkin göstəricisi olacaqdır”.

Diplomat qeyd edib ki, Mədəniyyət naziri Anar Kərimovla görüşərkən İran kitabxanalarında saxlanılan qədim əlyazma nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi barədə razılığa gəlinib. Bildirib ki, İran Mərkəzi Kitabxanası köhnə nəşrlərin restovrasiyasında böyük təcrübəyə malikdir.

Sonra İran İslam Respublikasının Milli Kitabxana və Arxivinin müdiri Əşrəf Boroujerdi çıxış edərək bildirib ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ölkə arasında qarşılıqlı fikir mübadiləsinin yaranmasına, əməkdaşlığın genişlənməsinə səbəb olacaqdır. Bu əməkdaşlıq müqaviləsindən daha çox iki ölkə Milli kitabxanalarının gənc oxucuları, alimləri, ziyalıları faydalanacaq və yaranan fürsətdən bəhrələnəcəklər.

İran Mərkəzi Kitabxanasında “Xalqlar salonu” olduğunu deyən Əşrəf Boroujerdi bildirib ki, həmin salonda müxtəlif ölkələrin tarixi, mədəniyyətləri nümayiş olunur. Həmin guşədən də daha çox istifadə edən məhz gənc oxuculardır. O, məhz bu guşədə Azərbaycan ədəbiyyatına, tarixinə, mədəniyyətinə dair materialların nümayiş olunacağı bir bölmənin yaradılacağını bildirib.

Əşrəf Boroujerdi, həmçinin qeyd edib ki, İran Mərkəzi Kitabxanasında Nizami Gəncəvinin 192 əlyazması, 1 daş kitabəsi və UNESCO-da qeydə alınan “Xəmsə”nin ən qədim nüsxəsi saxlanılır.

Bildirilib ki, Azərbaycan Milli Kitabxanasında da “Beynəlxalq Əməkdaşlıq zalı” vardır ki, həmin zalda 14 ölkənin tarixinə, mədəniyyətinə dair ədəbiyyatlar nümayiş olunur. “Nizami Gəncəvi İli” çərçivəsində Nizami Gəncəviyə məxsus Tehranda saxlanılan ən qədim əlyazma nüsxələrin digital nüsxələrinin Azərbaycan Milli Kitabxanasına verilməsi böyük təqdirəlayiq addım olacaqdır.

Vurğulanıb ki, Azərbaycan Milli Kitabxanası dünyanın 48 ölkəsində saxlanılan 100-dən artıq Nizami əlyazmalarının digital nüsxələrini artıq əldə edib və payızda Bakıda onların sərgisi keçiriləcək.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Çoxəsrlik tarixində heç vaxt indiki qədər qüdrətli olmayan Azərbaycan inkişaf yolunda inamla irəliləyir. Ölkəmiz bütün sahələrdə davamlı uğurlar qazanaraq öz gücünü daha da artırır. Azərbaycanın 30 ilə yaxın müddəti əhatə edən müstəqillik tarixinə nəzər saldıqda görürük ki, respublikamız heç də bugünkü yüksəliş və tərəqqi mərhələsinə asanlıqla çatmayıb. Müxtəlif situasiyalarla üzləşən ölkəmizin müstəqil və qüdrətli dövlət kimi inamlı inkişafı, hər şeydən əvvəl, məhz lider amili ilə bağlı olub. XX əsrdə ikinci dəfə müstəqillik əldə edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi sayəsində xaos və tənəzzüldən xilas olaraq tərəqqi yoluna qədəm qoyub. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi yadda qalıb. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib.

Ümumiyyətlə, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ikinci ilinə təsadüf edən Qurtuluş Günü ilə əlaqədardır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”. Heç şübhəsiz, XX əsrin sonu Azərbaycan xalqının həyatında taleyüklü bir dövr kimi xarakterizə olunur. Azərbaycan xalqı müstəqilliyimizin ilk illərində böyük faciələrlə, çətinliklərlə üz-üzə qalsa da, 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı və davamlı uğurlara yol açılması bu gün harada yaşamasından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı tərəfindən böyük qürur hissi ilə xatırlanır, gələcəyimizin daha parlaq, işıqlı olacağına böyük əminlik yaradır. Çünki bu yol hər günü Azərbaycanın tarixinə mühüm uğur səhifəsi kimi yazır. Məhz bunun nəticəsidir ki, ölkəmizin ötən 28 ildə əsrə bərabər inkişaf yolu keçməsi beynəlxalq səviyyədə də etiraf olunur və yüksək dəyərləndirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi