xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır

7-03-2023, 12:56 29 dəfə baxılıb

Kərim Tahirov: Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır


Milli Kitabxanada “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi və eyniadlı kitab sərgisi istifadəçilərə təqdim olunub

Kərim Tahirov: Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır


8 Mart – iqtisadi, ictimai və siyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günüdür. Qadınlar Gününün qeyd edilməsi qərarı alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin təklifi ilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. 1977-ci ildə BMT bu günü qadın günü kimi rəsmiləşdirib.

Qadınların ictimai nüfuzunun artırılması, cəmiyyətdə rolunun yüksəldilməsi, gender siyasətinin gücləndirilməsi istiqamətində həyata keçirilən davamlı tədbirlərin nəticəsi olaraq bu gün Azərbaycan qadınları dövlət qurumlarında, parlamentdə, bələdiyyələrdə uğurla təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir və ölkənin inkişafına hər sahədə böyük töhfələr verirlər.

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən “8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtual sərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş, əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edir

Kərim Tahirov: Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır


Fevral ayının 27-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına AZƏRTAC–Azərbaycan Dövlət İnformasiya Agentliyi də qoşuldu.

AZƏRTAC–Azərbaycan Dövlət İnformasiya Agentliyinin nümayəndələri Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın dağıdılmış kitabxanaların bərpa edilməsi istiqamətində vacib bir addım olduğunu qeyd etdi və 1829 nüsxə kitab, 595 nüsxə jurnal, 95 qəzet bağlamasını işğaldan azad olunan bölgələrdəki kitabxanaların fonduna hədiyyə etdi.

M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Ümummilli Lider Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik dövründə həyatını vətəninə, xalqına həsr etməklə Azərbaycan xalqının məhəbbətini qazanıb.
Hələ sovet dövründə yüksək vəzifələrdə işləmiş Heydər Əliyev müstəqillik əldə etdikdən sonra vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib, Ermənistanla müharibə vəziyyətində olan, iqtisadi böhranlarla mübarizə aparan Azərbaycana rəhbərlik etməklə xalqının, dövlətinin xilaskarkarına çevrildi. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə qeyd edir.

Kərim Tahirov: Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır


Ümummilli Liderin hakimiyyəti dövründə "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 7 ölkəsinin 11 ən iri neft şirkəti ilə müqavilə bağlandı. “Əsrin müqaviləsi”nin imzalanması ilə ölkənin iqtisadi inkişafının əsası qoyuldu. Ümummilli Lider başda Türkiyə olmaqla türk dövlətləri ilə, eləcə də Rusiya, ABŞ və Avropa ölkələri ilə iqtisadi, siyasi əlaqələr quraraq ölkəmizin beynəlxalq aləmdə mövqeyini möhkəmləndirdi. Həmçinin Onun prezidentliyi dövründə ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən konstitusiya referendumla qəbul edildi və ölüm hökmü ləğv edildi. Şübhəsiz, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu dövlət quruculuğu siyasətinin fonunda əldə edilən nailiyyətlərin sayını istənilən qədər artırmaq olar. Ancaq təkcə sadalananlar da onu deməyə əsas verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümummilli Liderin "Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm"- ifadəsi cənab İlham Əliyevin bütövlükdə xarakterini, onun potensialını, böyük qabiliyyət və bacarığını ifadə edirdi. Cənab İlham Əliyev Ümummilli Lider kursunu davam etdirərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması istiqamətində uğurlu fəaliyyət göstərdi. 30 ilə yaxın işğal altında olan Azərbaycan torpaqları İlham Əliyevin fəaliyyəti nəticəsində 44 günə azad olundu.
Ulu öndərin “Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, mən də olacağam” sözləri bütün zamanlar üçün çox aktualdır. Bu gün cəmiyyətimiz çox yaxşı dərk edir ki, Azərbaycanı nicata aparan yol Heydər Əliyev siyasi kursuna-vətəninə, xalqına böyük məhəbbətdən, qanunların aliliyinə sədaqətdən keçir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi