Milli Kitabxananın direktoru, professor Kərim Tahirov
29-03-2021, 14:17
293 dəfə baxılıb
Milli Kitabxanada “Xalq şairi Səməd Vurğun – 115” adlı sərgi virtual rejimdə təqdim edilib
Səməd Vurğun xalqımızın dünya mədəniyyətinə bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir. O, mədəniyyət tariximizə Azərbaycan ədəbiyyatının klassiki, böyük şair və dramaturq, nəzəriyyəçi və ədəbi prosesin təşkilatçısı kimi daxil olmuşdur. Əlli illik ömrünün otuz ilini ədəbi yaradıcılığa həsr edən Səməd Vurğun yüksək vətəndaşlıq poeziyasının əbədi yaşamaq hüququ qazanmış nümunələrini yaratmışdır.
Müasir Azərbaycan dilinin və ədəbiyyatının zənginləşməsində böyük rol oynamış sənətkarın bədii irsi mədəniyyətimizin inkişafında bütövlükdə yeni mərhələ olmuşdur. Onun ürəkdən gələn lirik şeirləri, yüksək pafoslu qəhrəmanlıq poemaları, dram əsərləri Azərbaycan ədəbiyyatı xəzinəsinə möhkəm daxil olmuş və Azərbaycan hüdudlarından çox-çox uzaqlarda böyük şöhrət qazanmışdır. O, yorulmaz mübariz, gələcəyə nəzər salan arzular şairi idi.
Mart ayının 21-i Xalq şairi Səməd Vurğunun 115 illik yubileyi tamam olur. Bu münasibətlə, Milli Kitabxananın əməkdaşları tərəfindən “Xalq şairi Səməd Vurğun – 115” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Xalq şairi haqqında görkəmli şəxslərin fikirləri, həyat və yaradıcılığı haqqında kitablar, məqalələr və fotolar nümayiş olunur.
Milli Kitabxanada “Xalq şairi Səməd Vurğun – 115” adlı sərgi virtual rejimdə təqdim edilib Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Nazirinin xanımı Ahu Pakdemirli Milli Kitabxanada olub
Türkiyə Cümhuriyyətinin Kənd Təsərrüfatı Nazirinin xanımı Ahu Pakdemirli və Türkiyənin Azərbaycandakı səfirinin xanımı Milli Kitabxanada olub. Kitabxananın direktoru, prof. Kərim Tahirov qonaqları salamlayaraq onların Azərbaycan Milli Kitabxanasında olmasından məmnunluğunu qeyd edərək iki qardaş ölkənin Milli Kitabxanaları arasında qarşılıqlı əməkdaşlıqdan danışıb. Milli Kitabxananın direktoru Kərim Tahirov 44 günlük Vətən müharibəsi dövründə Türkiyənin Azərbaycana göstərdiyi böyük dəstəkdən danışaraq Azərbaycan və Türkiyənin daim bir millət, iki dövlət olduğunu vurğulayıb.
Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinin qeyd edilməsi və 2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi haqqında sərəncamına uyğun olaraq mart ayının əvvəlində Türkiyənin İstanbul və Ankara şəhərlərində geniş kitab sərgisinin təşkil olunduğunu qonaqların diqqətinə çatdırıb. O, bildirib ki, səfər zamanı Türkiyə Milli Kitabxanasının direktoru Əli Odabaşla görüşüb. Görüş zamanı o, cənab Əli Odabaşdan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880-ci ildönümü münasibətilə Türkiyə Milli Kitabxanasında saxlanılan Nizami əlyazmalarının elektron versiyalarının Azərbaycan Milli Kitabxanasına verilməsini xahiş etdiyini və buna dünən ilkin cavab olaraq Türkiyə Milli Kitabxanasından 8 ədəd əlyazma surətinin göndərildiyini bildirib. Həmçinin, o, vurğulayıb ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana milli mənəvi dəyərlərimizin hamisi və təəssübkeşi olan Heydər Əliyev Fondunun və onun vitse prezidenti Leyla xanım Əliyevanın dəstəyi ilə artıq iki ildir ki, “Milli mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsi çərçivəsində dünyanın Milli Kitabxanalarında və muzeylərində mühafizə edilən Azərbaycan ədəbiyyatının klassiklərinə mənsub olan qiymətli əlyazmaların müəyyən olunaraq onların elektron və kağız nüsxələrinin Milli Kitabxanaya gətirilməsi layihəsini həyata keçirir. Son iki ildə bu layihə çərçivəsində Türkiyədən, Pakistandan, Hindistandan və digər ölkələrdən 58 ədəd əlyazmanın surətlərinin Milli Kitabxanaya gətirilməsi təmin olunmuşdur.
Sonra direktor bildirib ki, Türkiyə Milli Kitabxanasında olarkən orada Azərbaycan mədəniyyətinə, tarixinə, ədəbiyyatına və incəsənətinə dair Azərbaycan guşəsinin yaradılacağı müzakirə olunub və bu məqsədlə Türkiyə Milli Kitabxanasına 147 kitab göndərilib.
Söhbət zamanı qonaqlar Milli Kitabxanada olmalarından məmnunluğunu ifadə edərək, iki qardaş xalq arasında olan əlaqələrin əhəmiyyətindən danışıblar.
Daha sonra Milli Kitabxananın direktoru, professor Kərim Tahirov qonaqlara öz tərtibçisi olduğu analar haqqında bütün dövrlərdə yazılmış şeirlərdən ibarət “Ana” adlı kitabını, “Azərbaycan Milli Kitabxanası: fotoalbom”, “Azərbaycan xalçaları dünya kolleksiyalarında” kitablarını, “Azərbaycan filmləri” CD-i hədiyyə etmiş, eyni zamanda professor Ahu Pakdemirli öz müəllifi olduğu yeni nəşrdən çıxan “Çocuklar için ilkyardım” kitabını Kərim Tahirova hədiyyə etmişdir.
Sonda qonaqlar Milli Kitabxana ilə yaxından tanış olublar. Kitabxananın “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı”, “Nadir kitablar və kitabxana muzeyi” bölmələrində xatirə şəkili çəkdirib və kitabxana fondu ilə tanış olublar.
Milli Kitabxananın direktoru, professor Kərim Tahirov - Tarixi qələbəmiz milli maraqlarımızı tam təmin edən yeni reallıqlar yaradıb. Danılmaz həqiqətdir ki, hər bir xalqın və dövlətin taleyində, xüsusən də onun inkişaf mərhələsinə qədəm qoyduğu bir zamanda böyük nüfuza malik liderə ehtiyac duyulur. Bu gün Ulu Öndər Heydər Əliyev irsinin layiqli davamçısı kimi Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır. Məhz cənab Ali Baş Komandanımızın düzgün strategiyası sayəsində Azərbaycanın ərazilərinin 20 faizini işğal etmiş Ermənistan ordusu darmadağın edildi, işğala son qoyuldu, tarixi qələbə əldə edildi.
Vətən müharibəsində əldə edilən bu hərbi uğur Prezident cənab İlham Əliyevin qələbəsi, onun sərkərdə düşüncəsinin nəticəsidir. Möhtərəm Prezidentimizin yenilməz iradəsi və qətiyyəti, xalqımızın möhtəşəm birliyi və Silahlı Qüvvələrimizin şücaəti, qəhrəmanlığı ilə ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu tarixi Qələbənin böyük əhəmiyyəti və əvəzolunmaz yeri xalqımız tərəfindən həmişə yüksək qiymətləndiriləcək, tarixdə əbədi qalacaq, heç vaxt unudulmayacaqdır.
Hərbi əməliyyatlar bitdikdən qısa müddət sonra Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva azad olunmuş ərazilərə səfər etdilər. Şuşa səfəri isə öz tarixiliyi ilə yaddaşlarda qaldı. Cənab İlham Əliyevin Şuşa səfəri öz tarixi əhəmiyyəti ilə yanaşı, azad olunmuş ərazilərimizdə böyük bərpa-quruculuq işlərinə start verilməsi ilə də əlamətdardır. Bu gün artıq Azərbaycan qalib ölkədir və qalib ölkənin qarşısında duran əsas məsələ, işğaldan azad olunan torpaqlarının bərpasıdır. Azad edilən ərazilərimizdə xalqımıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr erməni faşistləri tərəfindən dağıdılaraq yerlə yeksan edilib, bir qismi isə saxtalaşdırılaraq erməniləşdirilib. Azərbaycanın mədəni irsinə qarşı erməni barbarlığının bir adı var ki, o da vandalizmdir. Azərbaycan Ordusu möhtəşəm qələbəsi ilə tarixi torpaqlarımızı azad etməklə yanaşı, həm də ermənilərin əsl simasını ortaya qoydu, Ermənistanın işğalçılığı, vandalizmi həyata keçirdiyi siyasətin əsas xəttinə çevirdiyini təsdiqlədi. Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. İşğalçılar 30 il ərzində bu ərazilərdə hər şeyi məhv edib. Ermənilərin Qarabağda dağıdıcı əməlləri cavabsız qalmayacaq. Onlar buna görə beynəlxalq məhkəmələr qarşısında cavab verməli olacaqlar.
İşğaldan azad edilən torpaqlarımız ölkə iqtisadiyyatı üçün yaxın gələcəkdə yeni potensial iqtisadi imkanlar yaradır. Ali Baş Komandanımızın rəhbərliyi ilə işğaldan azad olunmuş torpaqlarımızda iqtisadiyyatın bərpası və müasir tələblər səviyyəsində yenidən qurulması iqtisadi gücümüzə güc qatacaq, iqtisadiyyatımız nəzərə çarpan səviyyədə artacaq və böyüyəcək. Bu bölgələrimiz yenidən qurulacaq, əvvəlki şöhrətini bərpa edəcək. Ali Baş Komandanımızın siyasi iradəsi ilə işğaldan azad olunmuş şəhər və kəndlərimizdə həyat yenidən canlanacaq və bütün Qarabağ ərazisi cənnətə çevriləcək. Güclü dövlət olan Azərbaycan işğaldan azad edilən torpaqlarımıza həyatı qaytarmaq, bu əraziləri dirçəltmək əzmindədir. Dövlətimizin başçısı vurğulamışdır ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası artıq başlamışdır
Azərbaycan, tam müstəqil siyasət yürüdən ölkədir. Prezident cənab İlham Əliyevin apardığı düşünülmüş siyasət, artıq özünü doğruldub. Nəticədə Azərbaycan regionda qüdrətli dövlət, sabitliyin qarantı, humanizm ideallarının daşıyıcısı, beynəlxalq inteqrasiya prosesində etibarlı tərəfdaş imicini qazanıb. Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan Prezident cənab İlham Əliyev xalqımızın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün əzmkarlıqla çalışır. Azərbaycan xalqı da qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına ürəkdən inanır.
Azərbaycan qalib ölkədir, Azərbaycan güclü dövlətdir və ən əsası da Azərbaycanın müstəqil siyasət yürüdən və bu siyasətin əsasında ən vacib prioritet kimi ümummilli mənafeləri saxlayan güclü siyasi iradəyə, dünya liderləri arasında yüksək şəxsi nüfuza və ümumxalq rəğbətinə sahib olan Prezidenti var. Dövlət başçısı kimi verdiyi vədləri əməli işi ilə doğruldan Prezident cənab İlham Əliyevin daha qüdrətli Azərbaycan naminə sınaqlardan çıxmış, özünü doğrultmuş siyasətinə daim sadiq qalması xalq-iqtidar birliyini daha da möhkəmləndirir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR