xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik

Bugün, 14:06 1 dəfə baxılıb

“İnanıram ki, var qüvvənizi əsirgəməyəcəksiniz” – İlham Əliyevdən Xalq rəssamına təbrik


Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovu 80 illiyi münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir:

"Hörmətli Fərhad Xəlilov!

Sizi – müasir Azərbaycan rəssamlıq sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 80 illiyi münasibətilə ürəkdən təbrik edirəm.

Siz Azərbaycan mədəniyyətinin inkişafına xüsusi töhfələr vermiş sənətkarlardansınız. Mahir fırça ustası olaraq müxtəlif janr və mövzularda yaratdığınız boyakarlıq və qrafika əsərləri forma rəngarəngliyi, kompozisiya həlli, estetik mükəmməlliyi və ideya-bədii dəyəri ilə seçilir. Yurdumuzun əsrarəngiz təbiətini, xüsusən Abşeron mənzərələrini əks etdirən tablolarınız milli boyakarlıq irsini zənginləşdirən dəyərli sənət nümunələridir.

Ölkəmizdə və onun hüdudlarından kənarda təşkil olunmuş sərgilərdə, muzey və qalereyalarda nümayiş etdirilən əsərlərinizlə Siz Azərbaycan rəngkarlıq mədəniyyətini həmişə layiqincə təmsil etmiş, novator ruhlu sənətkar və eyni zamanda milli təsviri sənətimizin çoxəsrlik ənənələrinə sadiq istedadlı rəssam kimi tanınmışsınız.

Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində göstərdiyiniz təşkilatçılıq bacarığı və yeni dövr rəssamlar nəslinin formalaşmasında uzunmüddətli təqdirəlayiq səmərəli fəaliyyətiniz yüksək qiymətləndirilmişdir.

İnanıram ki, Siz sənətinizin pərəstişkarlarını bundan sonra da yeni-yeni əsərlərlə sevindirəcək, milli mədəniyyətimizin inkişafı üçün var qüvvənizi əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xoşbəxtlik və yaradıcılıq uğurları arzulayıram".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi