xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Rəşad Mahmudov: Prezident İlham Əliyevin diplomatik bacarğı sayəsində ölkəmizin milli maraqları təmin olundu

11-10-2022, 12:16 46 dəfə baxılıb

Rəşad Mahmudov: Prezident İlham Əliyevin diplomatik bacarğı sayəsində  ölkəmizin milli maraqları təmin olundu


Zaqatala Meşə İdarəsinin müdiri Rəşad Mahmudov - Oktyabrın 6-da Prezident İlham Əliyevin Praqaya səfəri öz proqram zənginliyi və məhsuldarlığı ilə yadda qaldı. Ölkə başçımız hər zaman olduğu kimi bu dəfə də öz qətiyyətli mövqeyi və diplomatik məharəti ilə milli maraqlarımızı müdafiə edərək Azərbaycanın növbəti diplomatik qələbəsini təmin etdi. Praqa səfəri zamanı Azərbaycan televiziyalarına verdiyi müsahibəsində Prezident İlham Əliyev Azərbaycanın haqlı mövqedə olduğundan, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud vəziyyəti, eyni zamanda, Ermənistanın öz öhdəliklərindən yayınmağa çalışmaq cəhdlərindən bəhs edərək məlum mövzuda dünya ictimaiyyətini bir daha obyektiv formada məlumatlandırmış oldu.

2020-ci ildə Vətən müharibəsi zamanı Azərbaycan Ordusu qarşısnda diz çökən Ermənistan 10 noyabr tarixində kapitulyasiya aktına imza ataraq öz üzərinə bir çox öhdəliklər götürüb. Həmin öhdəliklərin bir qismini yerinə yetirməsinə baxmayaraq Ermənistan bu öhdəlikləri hələ də tam yerinə yetirməkdən yayınır. Bu öhdəliklərdən biri də Naxçıvana keçidin verilməsidir. Ermənistan tərəfindən Naxçıvana könüllü olaraq keçidin verilməməsi anlaşılan deyil.

Rəşad Mahmudov: Prezident İlham Əliyevin diplomatik bacarğı sayəsində  ölkəmizin milli maraqları təmin olundu


Praqada Azərbaycan televiziyalarına verdiyi müsahibəsində Prezident İlham Əliyev bu məsələyə də toxunaraq Ermənistan tərəfindən öz öhdəliyinin pozulması faktının son dərəcə biabırçı olduğunu bildirdi. Lakin Azərbaycanın hələ səbir edərək təmkin göstərdiyini diqqətə çatdıran ölkə başçısı bu vaxta qədər kommunikasiyaların açılmalı olduğunu qeyd etdi. Çünki bu, Ermənistanın 2020-ci il noyabrın 10-da öz üzərinə götürdüyü, amma yerinə yetirmədiyi öhdəlikdir. Ümumiyyətlə, Ermənistan məğlub olmuş ölkədir və öz üzərinə götürdüyü bütün öhdəlikləri birmənalı olaraq yerinə yetirmək məcburiyyətindədir.

Praqada 5 saatdan artıq çəkən dördtərəfli görüşdə Azərbaycanın milli maraqlarını qətiyyətlə müdafiə edən ölkə başçımızın siyasi bacarığı sayəsində ölkəmiz uğura imza atdı. Görüşünün sonunda ölkəmizin maraqlarını təmin edən birgə bəyanat qəbul edildi. Bəyanata əsasən Ermənistan ölkəmizin ərazi bütövlüyü və suverenliyini tanımış oldu. Ermənistanın Azərbaycanın suverenliyini tanıması, eyni zamanda, ölkəmizin Qarabağ üzərindəki hakimiyyətini də tanımaq deməkdir. Bununla da Ermənistan Qarabağ haqqında bundan sonra artıq heç bir iddia ilə çıxış edə bilməz.

Qəbul edilmiş bəyanata əsasən sərhədlərin delimitasiyasına razılıq əldə olunub. Ermənistan Azərbaycanla sərhədə Avropa İttifaqının mülki missiyasının göndərilməsinə razılıq verib. Missiya öz işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq. Ölkəmiz də bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya etibarlı mühitin yaradılmasına və sərhədlərin delimitasiyasına xidmət edəcəkdir. Sülh müqaviləsi imzalanmazdan öncə iki ölkə arasında sərhədlərin dəqiqləşdirilməsi mühüm məsələdir. Əgər Ermənistan tərəfindən xoş məram olarsa hətta ilin sonuna kimi Sülh müqaviləsi imzalana bilər. Azərbaycan Cənubi Qafqazda davamlı sülh və təhlükəsizlik mühitinin bərqərar olmasında maraqlıdır. Məhz bunun üçün də ciddi və intensiv addımlar atır. Praqada təşkil olunmuş görüşlərdə də Azərbaycan bu mövqedən çıxış etdi. 5 saatdan artıq davam edən görüşlərdə yenə də Prezident İlham Əliyevin diplomatik bacarğı sayəsində ölkəmizin milli maraqları təmin olundu.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi