xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 11:07 – İlham Əliyev Bişkekdə Narendra Modi ilə söhbət etdi - FOTO 
  • 13:26 – İlham Əliyevin Paşinyanla görüşü keçirilir - Yenilənib - Fotolar 
  • 12:50 – Prezidentlə xanımı Qırğızıstandadır - Fotolar - YENİLƏNİB 
  • 12:06 – Prezidentlə xanımını alqışlarla qarşıladılar 

Azərbaycan və Türkiyənin Zəngəzur həmləsi Rusiyanı hərəkətə keçirdi – "Tehran və Moskva..."

Bugün, 14:00 1 dəfə baxılıb

Azərbaycan və Türkiyənin Zəngəzur həmləsi Rusiyanı hərəkətə keçirdi – "Tehran və Moskva..."


Zəngəzur dəhlizinin reallaşdırılması Cənubi Qafqazda qüvvələr balansına və Ermənistanın Rusiya və İranla münasibətlərinə ciddi təsir göstərə bilər.

Rusiyalı politoloq Dmitri Suslov bu barədə “Sputnik Ermənistan”ın efirində danışıb.

Suslovun sözlərinə görə, “Şimal-Cənub” dəhlizi Avrasiyanın konsolidasiyasını gücləndirdiyi halda, Zəngəzur dəhlizi əks istiqamətdə təsir göstərir. O hesab edir ki, layihənin həyata keçirilməsi Ermənistanın Avrasiya məkanındakı mövqeyini dəyişdirəcək.

Rusiyalı politoloq bildirib ki, Zəngəzur dəhlizinin reallaşdırılması halında Ermənistan Avrasiya ölkəsi olmaqdan uzaqlaşaraq, Avrasiyadan kənar güc mərkəzlərinin maraqlarının həyata keçirilməsi üçün alətə çevrilə bilər.

Suslov xüsusi olaraq Azərbaycan və Türkiyənin bu məsələdə öz maraqlarının olduğunu vurğulayıb və hər iki ölkənin həmin maraqlardan imtina etməyəcəyini bildirib.

Politoloq Ermənistanın tarixən əsas müttəfiqləri və təhlükəsizlik təminatçıları kimi Rusiya və İranı göstərib. Onun fikrincə, İrəvan Zəngəzur dəhlizini inkişaf etdirməklə eyni vaxtda həm Moskva, həm də Tehranla münasibətlərini korlamaq riski ilə üzləşir.

Suslov Ermənistanın bunun müqabilində ciddi siyasi qazanc əldə etməyəcəyini də iddia edib. O, Ermənistanın Avropa İttifaqına üzvlük perspektivlərini “tamamilə illüziya” adlandırıb.

Rusiyalı politoloq Ermənistanla Türkiyə arasında münasibətlərin tərəfdaşlıq səviyyəsinə qədər istiləşməsi perspektivini də real hesab etmədiyini bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi