xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”

26-11-2022, 09:16 38 dəfə baxılıb

Rusiyalı politoloq: “Ermənistan ikinci Ukrayna ola bilər”


İrəvan qeyri-sabitliyin yeni vektoruna çevrilə bilər.

Oxu.az xəbər verir ki, bunu Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov “İctimai Xəbərlər Xidməti”nə müsahibəsində deyib.

Onun fikrincə, qlobal tənəzzül prosesinə başlamaq istəyən elitalar Ukrayna ssenarisi üzrə Cənubi Qafqazda böhran təşkil edə bilərlər.

“İrəvanda baş verənlər qlobal beynəlxalq proseslərin əksidir. Beynəlxalq böhran, qlobal sabitlik böhranı Cənubi Qafqazdakı vəziyyətdə də özünü göstərir. Bu, kiçik münaqişə deyil, bu, bütün dünyanı öz cənginə alan yeni qeyri-sabitlik vektorudur. Eyni zamanda, Türkiyənin Suriya və İraqla sərhədində qeyri-sabitlik artır, Belqrad və Priştina, Çin və Tayvan arasında vəziyyət gərginləşir, Ukrayna münaqişəsi hələ də davam edir. Cənubi Qafqazda da dünya nizamının dağılması ssenarisini işə salmaq istəyənlərin qızışdırdığı növbəti münaqişə baş qaldıra bilər”, - deyə Solonnikov bildirib.

Ekspert Cənubi Qafqazda münaqişəni süni və səhnələşdirilmiş adlandırıb.

“Bu oyun – əvvəlcə mitinqlər, sonra isə Nikol Paşinyanın artıq razılaşdırılmış sazişləri pozması KTMT-nin səmərəsizliyini mediada nümayiş etdirmək üçündür. Vəziyyət Ukrayna ssenarisinə bənzəyir: İnsanları küçələrə çıxarmaq və küçənin təzyiqi altında rəhbərliyi qəbul etdiyi qərarlardan boyun qaçırmağa sövq etmək”, - ekspert vurğulayıb.

Eyni zamanda o əlavə edib ki, hazırda Ermənistanın KTMT-dən çıxması sərfəli deyil. İnstitut direktorunun sözlərinə görə, respublikanın baş naziri Nikol Paşinyan ölkənin gələcəyini riskə atmayacaq.

“Ermənistanı Avrasiya İqtisadi İttifaqından və Rusiya ilə müttəfiqlikdən ayırmaq vəzifəsi qarşıya qoyulsa, bu, baş verəcək. Lakin, sabah Ermənistanın bugünki Ukraynaya çevrilməməsi vacibdir”, - deyə Solonnikov yekunlaşdırıb.

Qeyd edək ki, bir müddət öncə Paşinyan KTMT Kollektiv Təhlükəsizlik Şurasının bəyannaməsini imzalamaqdan imtina edib. Onun fikrincə, sənəd kifayət qədər işlənməyib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi