xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı

14-10-2021, 13:45 51 dəfə baxılıb

İran Azərbaycana hərbi yardım etməyib... - Polkovnik tarixdə olanları açıqladı


Son günlərdə İran tərəfinin Birinci Qarabağ savaşı zamanı həm insani resurs, həm də hərbi silah-sursat, texnika cəhətdən Azərbaycana yardım etdiyi barədə fikirlər səslənməkdədir.

Məsələ ilə bağlı Birinci Qarabağ savaşında və Azərbaycan ordusunun formalaşmasında özünəməxsus yeri olan polkovnik Şair Ramaldanovla əlaqə saxladıq.

“Ölkə.Az”a açıqlamasında polkovnik Şair Ramaldanov bildirib ki, əlində bu məsələlərlə bağlı konkret fakt yoxdur.

Bununla belə Ramaldanov İranın Birinci Qarabağ savaşında Azərbaycana hansısa güzəştli şərtlərlə silah vermədiyini də qeyd edib.

Bildirib ki, İran bizə yardım etməyib, İran bizə silah satıb: “Bu da biznesdir. Burada yardımdan söhbət gedə bilməz. Yardım o vaxt olur ki, hansısa güzəştli şərtlərlə və ya hansısa formadasa sənə köməklik olunur. Əgər satış varsa, burada yardımdan yox, biznesdən söhbət gedə bilər”.

Polkovnik konkret olaraq bir fakta diqqət çəkərək bildirdi ki, Horadiz əməliyyatları zamanı nazirliyə top mərmiləri almaqla bağlı müraciət etdim: “Mənə nazirlikdən bildirdilər ki, biz İrandan D-20 toplarının bir mərmisinə 248 dollar ödəyirik. Onu da deyim ki, biz həmin top mərmilərini heç də ucuz almırdıq. Bu da hərbi-texniki cəhətdən biznesdir. İran silahını satırdı, biz də pulunu ödəyib alırdıq”.

Polkovnik əlavə edərək onu da bildirib ki, Azərbaycana ordu formalaşması zamanı yaxından yardım edən ölkə qardaş Türkiyə olub: “İstər Birinci Qarabağ savaşı zamanı, istərsə də sonrakı dövrdə ordunun formalaşmasında, peşəkarlığının artırılmasında qardaş Türkiyə bizə dəstək verib. Bunu cənab Prezident də etiraf edib. Azərbaycan ordusunun ilk gündən formalaşmasında iştirak edən adam kimi deyə bilərəm ki, İran hərbçiləri burada olmayıb. Mən onları yanımızda görmədim”.

İsraillə bağlı məsələyə toxunan polkovnik deyib ki, Azərbaycan müstəqil dövlətdir və beynəlxalq hüququn ona verdiyi imkanlardan istifadə edərək, istənilən ölkə ilə hərbi-texniki sahədə əməkdaşlıq edə bilər və bu onun suveren hüququdur.

“Kimsə bu məsələyə müdaxilə edə bilməz. Müstəqil ölkə olaraq Azərbaycan istənilən ölkə ilə öz təhlükəsziliyinin müdafiəsini daha etibarlı şəkildə təmin etmək üçün hərbi-texniki sahədə əməkdşalıq edə bilər. Necə ki digər ölkələr də bunu edir. Amma onu deyə bilərəm ki, bu gün Azərbaycanda heç bir xarici ölkənin hərbi qüvvəsi yoxdur”.

Son günlərdə İran-Azərbaycan arasında yaranan gərginlikdən narahatlığını qeyd edən Ramaldanov bildirib ki, İrandan belə bir münasibət sərgiləməsini gözləməyib: “Çox təəssüf edirəm. Mən İranın bir İslam ölkəsi olaraq tamamilə fərqli münasibət gözləyirdim. Gözləyirdim ki, İran bir müsəlman ölkəsi kimi Azərbaycana bölgədə sülhün, sabitliyin, sıx əməkdaşlığın yaranmasına və möhkəmlənməsinə dəstək verəcək.

Axı necə ola bilər ki, bir işğalçı ölkə müsəlman dövlətinin ərazilərini işğal edən və orada yaşayış məntəqələri ilə yanaşı, İslamın müqəddəs hesab etdiyi məscidləri məhv edib, İslamı təhqir edib, orada donuz və digər heyvanlar saxlayan başqa dindən olan ölkəni özünə dost, qardaş sayasan. Odur ki özünü İslam ölkəsi hesab edən İranın bu hərəkətlərini anlamaq çətindir və başadüşülən deyil. Onun bu hərkəti ilk növbədə Azərbaycana yox, bütövlükdə İslam dünyasına hörmətsizlikdir. Çünki İslam dininin müqəddəs ocaqlarının təhqir edilməsi, təkcə bir ölkəyə aid deyil, bütün İslam dünyasına addir”.

İranın Azərbaycana qarşı təhdidlərinə gəldikdə isə Ş.Ramaldanov qeyd edib ki, bütün bunlar mənasız və əbəs hərəkətlərdir: “Bu gün Azərbaycan dünyada güclü orduya, böyük nüfuza malik dövlətdir. Azərbaycan müstəqil dövlətdir və beynəlxalq hüququn tələblərinə əsaslanaraq öz müstəqil siyasətini yürüdür. Azərbaycanın yürütdüyü siyasət bölgədə sülhə, əmin-amanlığa, sabitliyə və bölgənin inkişafına, sıx əməkdaşlığa xidmət edir. Azərbaycanın Zəngəzur dəhlizi də daxil olmaqla həyata keçirmək istədiyi layihələr ancaq və ancaq bölgə ölkələrinin marağına, əhalisinin rifah halında yaşamasına xidmət edir. Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlər normal məcraya yönələcək. Artıq son günlərdə İran tərəfinin mövqeyindəki yumşalmanı müşahidə etməkdəyik. Düşüncəmə görə, İran tərəfi artıq baş verənləri analiz edib, özü üçün nəticə çıxarıb”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi