xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

İranın Qarabağla bağlı mövqeyi niyə dəyişdi? - Politoloq: “...Rusiya imkan vermədi” - ŞƏRH

5-11-2020, 13:03 58 dəfə baxılıb

İranın Qarabağla bağlı mövqeyi niyə dəyişdi? - Politoloq: “...Rusiya imkan vermədi” - ŞƏRH


"Azərbaycan 1991-ci ilin dekabrında öz müstəqilliyini bərpa etdikdən sonra, İslam Əməkdaşlıq Təşkilatının üzvü oldu. Azərbaycan təşkilata daxil olan zaman Ermənistan İranın təşəbbüsü ilə təcavüzkar dövlət elan edildi".
Bu sözləri Modern.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə İranın ali dini rəhbəri Ayətullah Əli Xameneyinin "Azərbaycanın ərazilərinin hamısı azad edilməlidir” fikrinə münasibət bildirikən deyib:

"İran münaqişənin ilk illərində Azərbaycana hərbi, maliyyə, siyasi, mənəvi - hər cür yardım göstərdi. Azərbaycanın o zamankı millətçi rəhbərliyi İrana qarşı düşmən münasibət bəsləməyə başladı. Ona görə İran Ermənistanla normal münasibət qurdu. Münaqişənin ilk illərində İran çalışdı ki, vasitəçi kimi tərəfləri barışdırsın, amma Rusiya buna imkan vermədi".

Z.Əlizadə qeyd edib ki, İran vaxtilə Heydər Əliyevin hakimiyyətə gəlməsinə müsbət yanaşıb:

"Yəni İranın Azərbaycana münasibəti hər zaman müsbət idi. Sadəcə, Azərbaycan tərəfindən İrana biganəlik sərgilənib. Azərbaycan rəhbərliyi daha çox Qərbə baxmağa üstün tutub nəinki İrana. Bu səbəbdən İran Qarabağ məsələsində bir qədər seyirçi mövqe tuturdu.

Amma hazırda Azərbaycana dəstək olduğunu açıq şəkildə elan edib".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi