Narkotik, əkin-biçin işləri və meşələrin qırılması. İran Qarabağ işğalda olan zaman məhz bu vasitələrlə torpaqlarımızdan istifadə edərək külli miqdarda gəlirlər əldə edib. Vətən müharibəsində əldə olunan qələbədən narahat olan bu ölkənin əsas məqsədləri gün keçtikcə ortaya çıxır. Mövzunu politoloq Fərhad Məmmədov şərh edib.
Torpaqlarımızın işğaldan azad edilməsindən sonra İranın əsl siması üzə çıxmağa başladı. Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının xarabalığa çevrilməsi, bu ərazilərdə bir evin belə salamat qalmaması, Ermənistanın İranla hansı səviyyədə əlaqələrinin olduğunu ortaya çıxardı.
Mövzunu şərh edən Politoloq Fərhad Məmmədovun sözlərinə görə,Birinci Qarabağ döyüşlərində qeyd olunan rayon və şəhərlərin ərazisində şiddətli döyüşlər baş verməmişdi. Yəni, 1990-94-cü illərdə həm Azərbaycanın, həm də Ermənistanda elə bir silah-texnikası yox idi ki, bu qədər dağıntılara səbəb olsun. Döyüşlərdən sonra Ermənistana qardaş ölkə olan İran, işğal dövründə Qarabağda vətəndaşlarımıza məxsus yaşayış evlərindən tikinti materiallarını və digər əşyaları bu ölkəyə daşımağa başladı.
İran Azərbaycanın işğal altında olan torpaqlarında narkotik bitkilərinin əkilməsindən, bəzi rayonlarda torpaqlarda əkin-biçin işlərinin aparılmasından, eləcədə meşələrin qırılmasından milyonlarla dollar qeyri-leqal gəlirlər əldə edib.
Fərhad Məmmədov bildirdi ki, ümumilikdə işğaldan azad olunan ərazilərə dəymiş ziyanın ölçülməsi prosesinə start verilib və bu məqsədlə də xüsusi komissiyalar yaradılıb. Bir sözlə demək olar ki, İran tərəfinin bir vaxtlar torpaqlarımızdan əldə etdiyi qeyri-qanuni gəlirlər səbəbindən Azərbaycandan üzr istəmək əvəzinə, hazırda uydurma ittihamlarla çıxış etməsi yolverilməzdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.