xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

“WhatsApp” istifadəçiləri belə aldadılıb

15-01-2020, 09:00 49 dəfə baxılıb

“WhatsApp” istifadəçiləri belə aldadılıb


Kibercinayətkarlar “WhatsApp” messencerinin istifadəçilərinə hücumlar üçün “Adidas” brendindən istifadə etməyə başlayıblar. Belə ki, fırıldaqçılar şirkətin hədiyyələri haqqında məlumatlar vasitəsilə login və parolları oğurlayırlar.
"Ölkə.Az" “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, fırıldaqçılar qurbanları “Adidas” şirkətinin yubileyi münasibətilə hədiyyələr vermək vədləri ilə bağlı məlumatlarla aldadırlar.

Pulsuz mayka və ayaqqabıların alınması üçün istifadəçilərə qeyd olunan sayta keçmək təklif olunur.

Saxta mənbəyə keçid “Adidas” şirkətinin rəsmi saytına deyil, istifadəçilərə sorğuda iştirakın təklif olunduğu məlumatların oğurlanması üçün istifadə edilən saxta səhifəyə aparıb. Hədiyyələrin əldə edilməsi üçün müsabiqə haqqında məlumatın 20 kontakta göndərilməsi təklif edilib. Beləliklə, yeni istifadəçilərin fişinq kampaniyasına cəlb edilməsi təmin olunub.
Elanda “Adidas” şirkətinin köhnə loqotipindən istifadə edilib. Fırıldaqçılar tərəfindən istifadə edilən domen bir neçə ay əvvəl qeydiyyata alınıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi