xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

“Instagram”da yeni fırıldaq — AŞKAR EDİLDİ

27-09-2019, 09:55 83 dəfə baxılıb

“Instagram”da yeni fırıldaq — AŞKAR EDİLDİ

Kibertəhlükəsizlik məsələləri ilə məşğul olan “Naked Security” şirkətinin mütəxəssisləri “Instagram” sosial şəbəkəsində yeni fırıldaqçılıq üsulu aşkarlayıblar.
“Ölkə.Az” “ICTnews”a istinadən xəbər verir ki, mütəxəssislərin məlumatına görə, əvvəlcə istifadəçilərin poçtuna əqli mülkiyyət hüquqlarının pozulması ilə əlaqədar onların “Instagram” hesabının 24 saat sonra bloklanacağı barədə elektron məktub göndərilir.

Ekspertlər məktubun çoxlu qrammatik səhvlərə yol verilməklə tərtib olunmasına diqqət yetiriblər.

Bildirilir ki, məktubda aktiv keçidə malik “Copyright Objection Form” (Əqli mülkiyyət hüquqlarının pozulmasına etiraz forması) adlı düymə yer alıb. İstifadəçiyə hesabın bloklanmaması üçün onun üzərinə basmaq təklif olunur. Düyməyə basılan zaman “Instagram”da elektron ünvanı “.com” ilə deyil, “.cf” ilə bitən saxta səhifəyə keçid baş verir.
Səhifədə istifadəçiyə doğum tarixi, elektron poçt ünvanı və “Instagram” parolunun daxil edilməsi təklif olunur. Daha sonra bu məlumatları daxil edən istifadəçi “Instagram” şəbəkəsində mövcud olan profil səhifəsinə yönləndirilir.

Ekspertlər tərəfindən istifadəçilərə elektron poçta daxil olan məktubları diqqətlə oxumaq və hesab parolunun oğurlanması zamanı onu ələ keçirməyi çətinləşdirən ikifaktorlu autentifikasiyadan istifadə tövsiyə edilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi