xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

DİQQƏT! - Bu telefonlarda "WhatsApp" işləməyəcək

26-11-2019, 11:42 57 dəfə baxılıb

DİQQƏT! - Bu telefonlarda "WhatsApp" işləməyəcək


"WhatsApp" messencerinin "Windows Phone" və "Windows 10 Mobile" əməliyyat sistemləri üçün versiyasının buraxılışı dekabrın 31-də tam dayandırılacaq. Bu barədə "Microsoft" korporasiyasının saytında deyilir.
"Ölkə.Az" "ictnews"a istinadla xəbər verir ki, "WhatsApp" nümayəndələrinin sözlərinə görə, onlar hazırda "Microsoft" mobil platformaları üçün messencerin yeni versiyalarının hazırlanması ilə məşğul olmurlar. "WhatsApp"ın "Microsoft" əlavələr mağazasında ləğv edilməsi ilə əlaqədar "Windows" sistemli smartfona quraşdırılan proqramdan istifadə mümkün olmayacaq.

Bildirilir ki, "Windows Phone" və "Windows 10 Mobile" ilə yanaşı, 1 fevral 2020-ci ildən etibarən "WhatsApp" messencerinin "Android 2.3.7" və "iPhone iOS 7" (və daha köhnə versiyalar) sistemləri üçün dəstəklənməsi dayandırılacaq.
Məlumata görə, "Windows 10 Mobile" üçün istifadəçi dəstəyi 10 dekabr 2019-cu ildə başa çatacaq. Həmin tarixdən etibarən "Microsoft" korporasiyası tərəfindən ümumistifadəli yenilənmə və ya düzəlişlərin buraxılışı dayandırılacaq. "Windows" sistemli smartfon istifadəçilərinə dəstəklənən "iOS" və "Android" qurğularına keçmək tövsiyə olunur.

Qeyd edək ki, "Windows Phone 8.1" sisteminin yeni versiyaları 11 iyul 2017-ci ildən buraxılmır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi