xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Dilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı – FOTOLAR

11-09-2020, 15:49 319 dəfə baxılıb

Dilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı – FOTOLAR


Erməni əsirliyində saxlanılan Dilqəm Əsgərovun vəkili Əziz Qənbərov Dövlət Təhlükəsizlik Xidmətinə Melorasiya və Su Təsərrüfatı Acıq Səhimdar Cəmiyyətindən şikayət ərizəsi verib.

Bu barədə Konkret.az-a açıqlamasında Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib.

Onun sözlərinə görə, Dilqəm Əsgərovun vəkilinin şikayət ərizəsində Melorasiya və Su Təsərrüfatının özbaşınalığı qeyd olunub.

“Melorasiya və Su Təsərrüfatı ASC-nin rəsmiləri açıqlama veriblər ki, Dilqəm Əsgərova məxsus Şəmkir və Daşkəsən rayonları ərazilərində torpaq sahələri, torpaq sahələrində ferma və digər olacaqları “olmayıb və bu, ağ yalandır”. Bildirmək istəyirəm ki, sonuncu dəfə Kəlbəcər rayonuna ziyarətə getməzdən bir gün qabaq, yəni 2014-cü ilin may ayında atam bizə 100 illik etibarnamə verib. Biz də o etibarnamədən istifadə edərək atamın adından Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bu məsələ ədalətli şəkildə araşdırılsın” – deyə K.Əsgərov qeyd edib.

O, həmçinin vurğulayıb ki, qaldırılan məsələ “ağ yalandırsa”, torpaq sahələrinin icarəyə götürülməsi ilə bağlı müqavilələr necə imzalanıb?

“Bilmək istəyirik, icarə müqavilələrinə imza atanlar, rəsmi möhür vuranlar kimlərdir? Xahiş edirik ki, məsələ tam, ədalətli şəkildə araşdırılsın və düzgün şəkildə həllini tapsın” – deyə K.Əsgərov sözlərinə əlavə edib.

Dilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı – FOTOLARDilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı – FOTOLARDilqəm Əsgərovun vəkili DTX-ya şikayət ərizəsi yazdı – FOTOLAR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi