xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:04 – İlham Əliyev: Xəritəyə nəzər salsaq, görərik ki, Azərbaycandan yan keçmək çətindir 
  • 11:08 – “Kiməsə dərs deməyə çalışmazdan öncə güzgüyə baxmalısınız” 
  • 10:56 – “Düşmən kapitulyasiya etdikdən sonra bundan o tərəfə getmədik, dayandıq” 
  • 10:50 – “Hər zaman ayıq-sayıq olmalıyıq” - Prezident 

Sahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi — “Göstəriş nazirlikdən gəlib”

1-09-2020, 12:24 213 dəfə baxılıb

Sahil Babayev Dilqəm Əsgərovun həyat yoldaşının təqaüdünü kəsdi — “Göstəriş nazirlikdən gəlib”


“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 6 ildən artıqdır erməni girovluğunda saxlanlılan Dilqəm Əsgərovun həyat yoldaşı Firuzə Əsgərovanın təqaüdü kəsilib.”
Bu fikirləri Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, məsələ ilə bağlı ƏƏSMN nin Şəmkir rayonunda yerləşən 20 saylı Region Üzrə Dövlət Əmək Müfəttişliyində olub.
“Mənə dedilər ki, anamın təqaüdünün kəsilməsi ilə bağlı göstəriş Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən gəlib. İndi mən nazir Sahil Babayevə müraciət edirəm. Niyə 6 ildən artıqdır erməni əsirliyində olan Dilqəm Əsgərovun həyat yoldaşının 220 manatı kəsilib? Axı dövlət başçısı dəfələrlə şəhid, qazi və girov ailələrinə diqqət və qayğı ilə yanaşılması istiqamətində tapşırıqlar verib. Məmurların vətəndaşlara yaxın olmasını tapşırıb. Təəssüf ki, bu tapşırıqlar yerlərdə yerinə yetirilmir. Görünür Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mənim anama verilən 220 manata ehtiyacı var” – deyə K.Əsgərov bildirib.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərovun həyat yoldaşı Əsgərova Firuzə Şura qızı 2-ci qrup əlillik dərəcəsi ilə təqaüd alırdı. 7news.az






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi