xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ağsu Rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı görülmüş tədbirlər yüksək qiymətləndirilir

22-09-2020, 11:59 269 dəfə baxılıb

Ağsu Rayon Mərkəzi Xəstəxanasında koronavirusa qarşı görülmüş tədbirlər yüksək qiymətləndirilir


Ağsu Rayon Mərkəzi Xəstəxanasında keçirdiyi sorğu nəticəsində əhalinin, fikirləri bir mənalı olaraq müsbətdir. Onlar bu xəstəxanada hər bir işin öz qaydasında olduğunu bildirdilər. Xəstəxanada xəstələrə çox yaxşı münasibət göstərirlər. Ağsu Rayon Mərkəzi Xəstəxanası 195 çarpayıdan ibarətdir və burada 7 şöbə, həmçinin mamaginekoloji, terapiya, infeksion və poliklinika şöbələri fəaliyyət göstərir. İmkansız xəstələr qanunla nəzərdə tutulmuş şəkildə pulsus dərmanlarlada təmin olunur. Hazırda rayonda 15 həkim məntəqəsi və 19 tibb məntəqəsi də əhaliyə tibbi xidmət verməkdədir.

Ölkə rəhbərliyi tərəfindən səhiyyə sektorunun koronavirusa qarşı tədbirlərin inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirir. Bu məqsədlə büdcədən milyonlarla manat vəsait ayrılıb. Rayonda Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov zəhmətkeşlik, savad və fədakarlıq nəticəsində, rayonda normal səhiyyə mühiti formalaşıb. Təbii ki, səhiyyəmizin belə inkişafında nazir Oqtay Şirəliyevlə bərabər, ayrı-ayrı səhiyyə ocaqlarının rəhbər şəxslərinin də əziyyəti az deyil. Məhz belə şəxslərdən olan Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov əhalinin rəğbəyini qazana bilmişdir. İnsanlar Ağsu Rayon Mərkəzi Xəstəxanasına daxil olan zaman əlləri spirtlənir, və gələn xəstələrə dövlətin xəstəxanalara ayırdığı bütün tibbi ləvazimatlardan yararlanırlar.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynovun vaxtında həyata keçirilən tədbirlər nəticəsində savad və fədakarlıq nəticəsində, rayonda gözəl səhiyyə mühiti formalaşıb. 7/24 daim koronavirus xəstələrinin və digər xəstələrin qayğısına qalaraq, onların rəğbətinin qazanıb.

Ağsu Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini, YAP-ın sədri Əli Hüseynov - Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti koronavirus infeksiyasının yayılmasının qarşısını almaq, onun iqtisadiyyata və insanların sosial vəziyyətinə vurduğu zərəri qarşılamaq üçün vaxtında və uğurlu tədbirlər hazırlayaraq həyata keçirdi.

Bu tədbirlərdən bir istiqaməti sərt karantin rejiminin tətbiqi oldusa, digər istiqamətləri vətəndaşlara vaxtında tibbi-sosial qayğının təmin olunması, iqtisadiyyatın zərərçəkən sahələrinin dəstəklənməsidir.

Fevralın sonlarından etibarən karantin tədbirləri başlandı, martın ortalarında isə bir sıra istiqamətlərdə fəaliyyətlər dayandırıldı. Koronavirusa yoluxanların vaxtında aşkarlanması üçün təcili tədbirlər həyata keçirildi, yoluxma hallarının müşahidə olunduğu ölkələrdən gələnlər karantinə alındı.

Vaxtında həyata keçirilən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusa yoluxma, ondan ölüm halları dünya üzrə orta göstəricidən xeyli aşağıdır.

Bütün bunlar Azərbaycana imkan verəcək ki, pandemiyadan sonrakı bərpa və inkişaf templərini daha qısa müddətdə təmin edə bilsin.

Ağsu rayonunda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tətbiq olunmuş xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün zəruri tədbirlər görülür.

Rayon ərazisində koronavirus pandemiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq üçün qabaqlayıcı profilaktik tədbirlər ciddi şəkildə həyata keçirilir. Yaradılan mobil qruplar tərəfindən Ağsu şəhərində, eləcə də kəndərdə sakinlərlə söhbətlər aparılır, əhali karantin rejiminin tələbləri və davranış qaydaları barədə maarifləndirilir. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız zərurət yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq tövsiyə edilib.
Ağsu şəhərinin bir sıra inzibati binalarında, çoxmənzilli yaşayış binalarının həyətlərində və giriş qapılarında, eləcə də rayonun kəndlərində sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiya işləri də davam etdirilib. Bundan başqa şəhərin bütün küçələri xüsusi avtomaşınla yululub, parklar, dayanacaqlar, ödəniş terminalları, bankomatlar, bir sıra ticarət obyektləri, sərnişindaşıma xidməti göstərən avtonəqliyyat vasitələri dezinfeksiya olunub.

Ağsu rayon Mərkəzi Xəstəxanasında hər həftənin çərşənbə günləri İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyinin nümayəndə heyətindən ibarət komisiya vətəndaşları qəbul edir. Əsas məqsəd əlillik dərəcəsi almaq istəyən vətəndaşlara şəffaf xidmət olsa da gələn xəstələrin digər problem və çətinlikləri dinlənilir, onlara lazımı köməklik olunur. Komisiya tam obyektiv olaraq xəstələrdə əlillik dərəcəsini müəyyən edir, lazımı göstərişlər verir onlara əlillik dərəcəsinin alınmasında böyük köməklik göstərirlər. Mərkəzi Xəstəxananın baş həkiminin müavini Əli Hüseynov da daima xəstələri diqqət mərkəzində saxlayır. Onlara qayğı və səmimiyyətlə yanaşaraq problemi olanları, əlillik dərəcəsi almaq istəyənləri həmin komisiyaya yönəldərək öz vəzifə borcunu həmişə olduğu kimi şərəf və ləyaqətlə yerinə yetirir. Bizdə öz növbəmizdə Ağsu rayon sakinlərinə müraciət edərək bildiririk ki, əlillik dərəcəsi almaq istəyən, səhiyyə ilə bağlı hər hansı problemi olan vətəndaşlar çərşənbə günləri qəbula gələrək öz problemlərini dilə gətirsinlər. Obyektiv və son dərəcə şəffaf fəaliyyət göstərən komisiyanın hər bir vətəndaşa lazımı köməklik edəcəyinə əminik...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi