xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Şahin Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib - ÖZƏL

26-06-2020, 00:31 985 dəfə baxılıb

Şahin Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib - ÖZƏL


Masallıda pandemiya ilə bağlı görülmüş işlər barədə

Şahin Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib - ÖZƏL


Masallı rayon ərazisində pandemiya dövründə görülmüş işlər barədə malumatlar.

1. 24 iyun 2020-ci il tarixdə GEM və rayon Dezinfeksiya Stansiyasi ilə birlikdə Mərkəzi Rayon Xəstəxanası, Mərkəzi Poçt, Məşğulluq Mərkəzi, Olimpiya İdman Kompleksi, Polis şöbəsi, 5 Bankın qarşısı, 9 terminal, 14 bankomat, Masallı şəhər ərazisində yerləşən 1 iaişə obyekti, 4 ərazidə 7 küçə, 30 fərdi yaşayış evi, 1 ərzaq mağazası, həkim məntəqəsi dezinfeksiya olunmuşdur. Hal-hazırda dezinfeksiya işləri davam etdirilir.

2. RİHB-sının təşkilatçılığı ilə, YAP rayon təşkilatının Gənclər Birliyinin könüllüləri və DSMF-nin rayon şöbəsinin əməkdaşları tərəfindən 65 yaşdan yuxarı olan 172 nəfər tənha-kimsəsiz vətəndaşlarla görüşülüb onların sosial-məişət xidmətləri, o cümlədən ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və sair işlərdə köməklik göstərirlər. Hal-hazırda işlər davam etdirilir.

3. Masallı rayonu ərazisində 11 434 nəfərə 190 manat vəsait verilmişdir. Habelə 2886 nəfərə 2-ci dəfə 190 manat almaqdan ötrü kart verilmişdir.

4. İşsiz şəxslərin müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədilə (2 ay müddətinə) rayona 474 nəfər üçün ayrılmış iş yerlərinə 40 nəfər əlavə olunmuş, ümumilikdə 410 nəfərlə DOST iş mərkəzi tərəfindən müqavilə bağlanaraq işlə təmin olunmuşlar. 164 nəfər sistem tərəfindən işi və qazancı olmayan kimi təsdiq edilmişdir. Vətəndaşlarla müqavilə bağlanmaqdan ötrü iş davam etdirilir.

5. Karantin dövründə bir sıra məhdudiyyətlərin yumuşaldılmasını nəzərə alaraq vətəndaşların maarifləndirilməsindən ötrü rayon ərazisində “karantin qaydalarının yumşaldılması, karantin qaydalarının aradan qaldırılması deyil” adı altında 114 nəfərdən ibarət 20 mobil qrup (RİH, YAP Masallı rayon təşkilatı, Heydər Əliyev Mərkəzi, rayon Polis şöbəsi, rayon Təhsil şöbəsi, Gənclər və İdman idarəsi, “Gənclər evi” sosial xidmət mərkəzi, Gənclərin İnkişaf və Kariyera Mərkəzi və gənc könüllülərin iştirakı ilə) yaradılmışdır. Mobil qruplar Nazirlər Kabinetinin tövsiyələrinə uyğun olaraq maarifləndirmə işlərini onlayn qaydada müxtəlif sosial şəbəkələr vasitəsi ilə aparmışlar.

6. 24 iyun 2020-ci il tarixdə koronavirusla bağlı 48 nəfərdən yaxma götürülmüşdür. Ümumilikdə rayon ərazisində 6967 nəfərdən yaxma götürülmüşdür.

7. Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 24 iyun 2020-ci il tarixdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 6 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimə olunmuşdur. Ümumilikdə rayon ərazisində karantin qaydalarını pozduğuna görə 125 nəfər vətəndaş haqqında inzibati protokol tərtib edilərək cərimələnmişdir.

Masallı RİH başçısının növbəti onlayn qəbulu

Şahin Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib - ÖZƏL


Masallı Rayon İcra Hakimiyyətinin başçısı vətəndaşlarla növbəti virtual qəbulunu keçirib.
Onlayn qəbulda rayonun hüquq-mühafizə orqanlarının, aidiyyatı idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİHB-nın şöbə müdirləri, ərazi nümayəndələri iştirak edib.
Videobağlantı zamanı Aprel qazisi, ali təhsilli Xırmandalı kənd sakini Mənsur Quliyevin işlə təmin olunması, Masallı şəhər sakinləri Məmmədağa Əhədovun maddi durum, Rəvanə Babayevanın Unvanlı Sosial Yardım və həyat yoldaşının işlə təmin olunması, Təklə kənd sakini Rufulla Abdullayevin, Şərəfə kənd sakini Ülviyyə Cabbarovanın işlə təmin olunması, Ərkivan qəsəbə sakini Yusif Məmmədovun nəvələri ilə görüşə bilməməsi, Boradigah qəsəbə sakini Şakir Həsənovun su kanalının bağlanması səbəbindən arpa əkini sahəsinə ziyan dəyməsi, Viləş kənd sakini, II qrup əlil Teymur Teymurovun maddi durum, həyat yoldaşının işlə təmin olunması və s. ilə əlaqədar müraciətləri dinlənilib.
Vətəndaşların müraciətlərini dinləyən rayon rəhbəri onların problemlərinin, təkliflərinin aidiyyatı təşkilatlar üzrə qeydiyyata alınması və icra hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi üçün müvafiq göstərişlər verib, səslənən bütün müraciətlərin nəzarətə götürüldüyünü diqqətə çatdırıb.


Masallıda taxıl biçini davam edir

Şahin Məmmədov Dövlət Başçısına, Dövlətə və Dövlətçiliyə nə qədər bağlı olduğunu, işinin öhdəsindən peşəkarlıqla gəldiyini təsdiqləyib - ÖZƏL


Masallı rayonu üzrə ümumilikdə 9634 hektar sahədə taxıl əkini aparılmışdır ki, bunlardan 6917 hektarı buğda və 2717 hektarı isə arpa sahəsi olmuşdur.

Masallı rayonu üzrə 281 hektar sahədə buğda biçilmişdir.
Ümumilikdə isə rayon üzrə 8908 hektar sahədə taxıl biçilmişdir ki, bunların 6472 hektarını buğda, 2717 hektarını isə arpa biçini təşkil edir.
Hal-hazırda taxıl biçini işləri davam etdirlir.

Şahin Məmmədovun seçilməsi hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi

Ölkəmizdə prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramı, habelə uğurlu kadr islahatları şəhər və rayonlarımızın, yaşayış məskənlərimizin tamamilə yeni libas almasına, inkişaf və tərəqqisinə rəvac verib

Belə rayonlardan biri də Masallıdır. Masallı rayonu son illər ərzində özünün tərəqqisində böyük nailiyyətlərə imza atıb, keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Həmin prosesin rayonun İcra Hakimiyyəti başçısı Şahin Məmmədovun rəhbərliyi dövründə yüksələn xətt üzrə davam etməsini yaxından müşahidə edirik.

Qurub-yaratmağı özünə həyat amalı və məsləki еtmiş bir şəxsin Masallı Rayon İcra Hakimiyyəti təyin olunanda bu günki infişafı yenidənqurmanı təsəvvur etmək heçnə çətin deyildi. İstənilən rəhbər şəxs üçün etimad və güvən ilkin şərtlərdəndir və bu uğurun açarı hesab olunur. Rayon əhalisinin sevgisi və etimadını qazanan rəhbər şəxslərin bir qayda olaraq uğur qazanması təbii qanunauyğunluq sayılmalıdır. Dövlətin, rayon əhalisinin güvən və etimadını qazanmış, qısa müddət ərzində fəaliyyəti ilə bunun heç də təsadüfi olmadığını təsdiqləmiş belə məmurlardan biri isə Masallı rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovdur. Xatırladaq ki, Dövlət başçısı cənab İlham Əliyevin 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir. Prezidentin məlum sərəncamı həm də Masallı rayonunun sosial-iqtisadi tərəqqisinə təkan vermək, islahatları bir qədər də dərinləşdirmək məqsədi daşıyırdı. Bütün bu işlərin Masallıda reallaşdırılması üçün məhz Şahin Məmmədovun seçilməsi isə hər şeydən öncə ona göstərilən böyük etimadın, inamın təzahürü idi. Ötən müddət ərzində Şahin Məmmədovn sıravi Masallılar tərəfindən müsbət xarakterizə edilməsi, onların yeni icra başçısına böyük ümidlər bəsləməsi isə onun həm də rayon əhalisindən böyük dəstək aldığını düşünmək üçün əsaslar yaradır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi