Lerik Rayon İcra Hakimiyyətində rayonun inzibati ərazi dairəsi üzrə nümayəndələri və qərargahın üzvləri ilə videokonfrans keçirilmişdirVidekonfrans vasitəsi ilə keçirilən müşavirədə rayon icra hakimiyyətinin başçısı Rövşən Bağırov çıxış edərək bildirdi ki, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, digər dövlətlərdə tətbiq olunan preventiv tədbirlər, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahının 01 may 2020-ci il tarixli qərarı ilə xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılmışdır. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmişdir.
Müşavirədə qərargah üzvlərindən rayon gigiyena və epidemiologiya mərkəzinin direktoru Abidin Alışanov, rayon təhsil şöbəsinin müdiri Zöhrab Salayev, Lerik şəhər, Kirəvud, Şingədulan, Piran və Mondigah kənd ərazi icra nümayəndələri çıxış edərək karantin dövründə görülmüş işlər və gələcəkdə görüləcək işlər barədə məlumat verdilər.
Sonda rayon icra hakimiyyətinin başçısı qərargah üzvlərinə əhali arasında, fəaliyyət göstərən və fəaliyyəti bərpa ediləcək digər sahibkarlıq subyektlərin rəhbərləri ilə sosial izolyasiya və şəxsi gigiyena tədbirlərinə riayət olunması barədə maarifləndirici işlərin, eləcə də rayon ərazisində çoxmənzilli yaşayış binalarında və onların həyətlərində, küçə və yollarda, qeyri-yaşayış obyektlərində, avtomobil dayanacaqlarında, ödəniş terminalları və bankomatlarda dezinfeksiya işlərinin və profilaktik tədbirlərin davam etdirilməsinə dair müvafiq tapşırıqlarını verdi.
Lerikdə qayğıya ehtiyacı olan rayon sakinlərinə ərzaq bağlamaları verildiKoronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Lerik rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur.
Lerik Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyə orqanları və rayonda yaradılmış könüllü qruplar aztəminatlı ailələrin, xüsusi ilə yaşı 65-dən çox olan tənha və ahıl insanların sosial-məişət problemlərini öyrənir və operativ qaydada həll olunmasına çalışırlar.
Eyni zamanda rayon ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri görülüb. Lerik şəhərində küçə və parklarda, çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.
Rayon ərazisində fəaliyyət göstərən “Relax” turizm-istirahət mərkəzində karantində alınmış vətəndaşlar daim rayon icra hakimiyyəti tərəfindən diqqətdə saxlanılır. Karantin müddətini başa vurmuş vətəndaşların öz evlərinə təhlükəsiz və rahat şəkildə çatdırılması məqsədi ilə onlar pulsuz nəqliyyatla təmin edilirlər.
Bu gün də rayon icra hakimiyyəti tərəfindən yüzə yaxın imkansız, tənha və ahıl insana ərzaq bağlamaları verilmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırmışlar. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.
Xüsusi karantin rejimi dövründə elan olunmuş qaydalara tam şəkildə riayət olunmasından ötrü rayon icra hakimiyyəti ilə yanaşı digər dövlət orqanları, imkanlı şəxslər və ərazilərdə fəaliyyət göstərən kənd icmaları da bu nəcib təşəbbüsə qoşularaq tənha və ahıl insanlara ərzaq bağlamaları təqdim edirlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.
Koronavirus infeksiyası ilə bağlı maarifləndirmə və dezinfeksiya işləri gücləndirilibDünyanın 200-dən çox ölkəsində yayılmağa başlayan koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə Prezident cənab İlham Əliyevin tapşırığına əsasən profilaktik rayonumuzda da geniş miqyaslı qabaqlayıcı tədbirlər həyata keçirilir. Bu infeksiyanın ölkəmizdə yayılmaması və əhalinin sağlamlığının qorunması məqsədi ilə həyata keçirilən tədbirlər Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qəbul etdiyi qərarlarla tənzimlənir.
Xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə rayon ərazisində, o cümlədən Lerik şəhərində əhalinin sıx toplaşdığı yerlərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədilə rayon icra hakimiyyəti başçısının müavinləri, rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri, məsul işçiləri, yaradılan mobil qruplar və rayon polis şöbəsinin əməkdaşları karantin rejiminin tələblərinə əməl etməyən vətəndaşlarla fərdi söhbətlər aparır, vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Fəaliyyət göstərən bütün ticarət obyektlərinin rəhbərləri ilə fərdi qaydada izahat işləri aparılır, karantinin tələblərinə sözsüz əməl edilməsi tələb edilir. Maskasız, əlcəksiz şəhərdə gəzən sakinlərə əlcək və maska paylanmışdır.
Yol patrul xidməti əməkdaşları tərəfindən nəqliyyat vasitələri ilə şəhərin bütün küçə və meydanlarında, məhəllələrində səsgücləndiricilər vasitəsi ilə vətəndaşları ehtiyac olmadıqda evdən çıxmamağa, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə çağırırlar.
Nazilər Kabineti yanında Operativ Qərargahın rayonlararası və şəhərlərarası nəqliyyat hərəkətinin tam dayandırılması və rayondaxili hərəkətin məhdudlaşdırılması ilə əlaqədar müvafiq Qərarına əsasən polis əməkdaşları tərəfindən rayonun giriş-çıxış hissələrində postlar qurulub, təcili-tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, həmçinin yük avtomobillərinin hərəkəti istisna olmaqla, nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdır.
Rayon icra hakimiyyətinin birinci müavini Cəlil Baxşıyev və aparatın digər əməkdaşlarının iştirakı ilə Lerik şəhərində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi vəziyyəti araşdırılmış, qaydaları pozan sakinlərə xəbərdarlıq edilmiş, maskasız, əlcəksiz gəzən sakinlərə rayon icra hakimiyyəti tərəfindən əlcək və maska paylanmışdır.
02-03 aprel 2020-ci il tarixlərində rayon ərazisində 65 yaşdan yuxarı tənha yaşayan 28 nəfər rayon sakininə rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə sosial-məişət xidmətləri göstərilmiş, tibbi ləvazimatlar paylanılmışdır.
Gün ərzində Lerik şəhərində 4 inzibati idarə binasında, 3 çoxmənzilli yaşayış binalarının həyətləri və pilləkən qəfəslərində, Hacı Heydər, Elmar Qarayev, Həzi Aslanov küçələrində koronavirus əleyhinə tibbi-profilaktik dezinfeksiyaedici tədbirlər davam etdirilmişdir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.