Aztəminatlı ailələrin üzvləri dövlətimizə və Səbuhi Abdullayevə minnətdarlıqlarını ifadə ediblərKoronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun və “Regional İnkişaf” İctimai Birliyinin başladığı sosial aksiya davam edir.
“Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri, onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir.
Sovqatların regionlara çatdırılmasına və paylanılmasına qədər xüsusi şəraitdə saxlanılmasına “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti, ailələrə çatdırılmasına isə “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti təmənnasız dəstək verir.
Aksiya çərçivəsində rayonumuzda qeyd edilən kateqoriyadan olan ailələrə rayon icra hakimiyyətinin əlaqələndirici şəxsinin iştirakı ilə aprelin 28-də ərzaq məhsullarından ibarət 650 ədəd sovqat bağlaması paylanılıb.
Göstərilən diqqətə görə aztəminatlı ailələrin üzvləri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı növbəti video-konfrans keçirmişdirİnzibati ərazi nümayəndələrinin iştirakı ilə keçirilən video müşavirədə rayonda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər müzakirə olunub. Müşavirəni giriş sözü ilə açan Qəbələ Rayon İçra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzadıldığını, eyni zamanda əhali arasında virusa yoluxma və xəstələrin sağalma dinamikası nəzərə alınmaqla tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul olunduğunu bildirib. Videomüşavirədəki çıxışında mövcud şəraitdə aparılan dezinfeksiya işlərinə və əhalini narahat edən digər məqamlara toxunan natiq özünütəcrid şəraitində qalan aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsinə də toxunub, proses zamanı şəffaflığın və çevikliyin tam təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. Sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etməyin vacibliyini vurğulayan rayon rəhbəri bu sahələrdə qanunazidd hallara yol verilməməsi ilə bağlı yerli icra nümayəndələri qarşısında ciddi vəzifələr qoyub. Onlayn müşavirədə yerli icra nümayəndələri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər. Müşavirədə RİH-nin başçısı rayon sakinlərini şəxsi gigiyenaya, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə çağırıb, Operativ Qərargahın bütün qərarlarının icrası ilə bağlı onlara öz tapşırıq və tövsiyələrini verib.
Koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində Qəbələ RMX PHŞ-nin tibb işçiləri də aktiv iştirak edirlərYeni növ koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə tədbirlərində Qəbələ RMX PHŞ-nin tibb işçiləri də aktiv iştirak edirlər. Bu günə kimi 2065 nəfərdən diaqnostik məqsəd ilə yaxma götürülmüş, Bakı şəhərində laborator müayinə olunmuş, bu zaman birinci növbədə əhali ilə daha çox təmasda olan şəxslərin tibbi müayinə olunmasına üstünlük verilmişdir. Bu müddət ətzində Qəbələdə pozitiv nəticə çıxmış şəxslərin ayrılmış tibb müəssisələrində müalicə və müşahidəsi təmin edilmiş, ölüm hadisəsi və ağırlaşma baş verməmişdir. Bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
Koronavirusa qarşı qabaqlayıcı profilaktik tədbirlər təşkil olunubDünyanı bürüyən koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Qəbələ rayonunda da dövrü qaydada bu virusa qarşı qabaqlayıcı profilaktik tədbirlər görülür.
Xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılmasına baxmayaraq rayon ərazisində fəaliyyət göstərən prospekt və küçələrdə, yollarda, səkilərdə, parklarda, meydançalarda, ticarət obyektlərində, yaşayış evlərinin ümumi istifadə olunan yerlərində, sanitar-təmizlik, tibbi-profilaktik və dezinfeksiyaedici işlər davam etdirilir. Mayın 4-də Heydər Əliyev prospektində, 5 gündəlik tələbat malları mağazasında və həmin mağazaların ətraflarında, 1 müəssisədə sanitar-dezinfeksiya işləri aparılıb.
Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan yaşlı sakinlərə ərzaq yardımları olunub.
Bu istiqamətdə işlər davam etdirilir.
Koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması məqsədilə profilaktik tədbirlər və maarifləndirmə işləri görülmuşdürAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması istiqamətində Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müvafiq tapşırıqlarına əsasən profilaktik tədbirlərin həyata keçirilməsi davam edir. Profilaktika məqsədilə mayın 3-də Qəbələ şəhərinin ərazisindəki 2 küçədə, 2 çoxmərtəbəli binada, həmin binaların girişlərində, 3 marketdə və ətraflarında sanitar-dezinfeksiya işləri aparılmışdır. Koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə rayonda parklar, küçələr daim təmiz saxlanılır və müntəzəm olaraq dezinfeksiya olunur. Həmçinin rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan ahıllara ərzaq yardımları edilmiş, yaşı 65-dən yuxarı olan insanların elan olunmuş karantin rejimi ilə əlaqədar evdən çıxmaması ilə bağlı maarifləndirmə işləri aparılmışdır.
Qəbələ rayonunda dezinfeksiya tədbirləri və aztəminatlı ailələrə ərzaq yardımları davam etdirilirAzərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq koronavirus infeksiyasının yayılması hallarının qarşısının alınması ilə bağlı mayın 2-də Qəbələ şəhərinin ərazisindəki İsmayıl Bəy və H.Aslanov küçələrində, eyni zamanda 1 aptektdə və 2 müəssisədə sanitar-dezinfeksiya işləri aparılmışdır.
Şəhərin parkları, küçələri, piyada səkiləri daim təmiz saxlanılır və həftədə bir neçə dəfə dezinfeksiya olunur.
Həmin gün rayon icra hakimiyyəti tərəfindən ehtiyacı olan aztəminatlı ailələrə və tənha yaşayan ahıl insanlara ərzaq yardımları da edilmişdir.
RİH-də yaradılan Qərargahın üzvləri pandemiya ilə əlaqədar əhali arasında evdən çıxmamaq şərtlərinə əməl olunması istiqamətində gündəlik maarifləndirmə işləri aparır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.