Rəşad Cəbrayılov: “Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidir”
19-04-2023, 01:11
164 dəfə baxılıb

“Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidir” mövzusunda tədbir keçirilmişdir
Salyan Rayon İcra Hakimiyyəti və Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev Azərbaycanda ordu quruculuğunun banisidir” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə şəhid ailələri, I və II-ci Qarabağ müharibəsi iştirakçıları, N saylı Hərbi Hissənin əsgər və zabitləri və ziyalılar iştirak etmişlər. Dövlət himni səsləndirildikdən sonra tədbir iştirakçıları Ulu Öndərin və Vətənin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra tədbirdə Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olunmuşdur. Tədbirdə çıxış edənlər müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin ölkəmizin hərtərəfli inkişafı naminə xüsusi xidmətlərindən və çoxşaxəli fəaliyyətindən danışmışlar. Qeyd etmişlər ki, Azərbaycanda güclü və yüksək döyüş hazırlığına malik ordu yaradılması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilib. Çıxışlarda möhtəşəm Qarabağ Zəfərinə aparan ordu quruculuğundan tutmuş, dövlətimizin inkişaf etmiş bütün sahələrinin təməlində Heydər Əliyevin xidmətləri olduğunu qeyd etmişlər.
“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir
Salyan rayon İcra hakimiyyətinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan təhsilinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Ümummilli Liderin həyat və fəaliyyətinə həsr edilən videoçarx nümayiş olunub. Çıxış edənlər Ümumilli Lider Heydər Əliyevin elm və təhsilin inkişafına böyük qayğı ilə yanaşmasından, milli təhsil quruculuğu sahəsində apardığı islahatlardan, təhsil işçilərinə göstərdiyi xüsusi diqqət və qayğıdan danışmışlar. Sonda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə rayon məktəbliləri arasında keçirilmiş “Sən elə bir zirvəsən” adlı inşa yazı müsabiqəsinin qalibləri qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva aprelin 18-də Salyan Rayon Mərkəzi Xəstəxanasının 80 çarpayılıq Doğum Evində və Uşaq Poliklinikasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olublar.
Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına və birinci xanıma Doğum Evində və Uşaq Poliklinikasında yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, xəstəxananın bina və qurğuları 3,94 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 16 min 472 kvadratmetrdir.
Binada əsaslı təmir işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Xəstəxana Doğum Evi, Uşaq Poliklinikası, Gigiyena və Epidemiologiya Mərkəzi, Yoluxucu xəstəliklər korpusu, Patoloji Anatomiya binası, digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı müasir tələblərə cavab verən Rəqəmsal stasionar ultrasəs müayinə cihazı, rentgen (vizioqraf ilə birlikdə) və rəqəmsal stasionar exokardioqraf cihazı ilə təchiz olunub.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və səviyyəsi də yüksəlib. Bu istiqamətdə görülən işlər vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR