xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub - FOTO

12-12-2020, 12:36 75 dəfə baxılıb

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub - FOTO


Azərbaycanın ABŞ-dakı səfirliyində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib. Hazırkı pandemiya səbəbindən tədbir məhdud çərçivədə, səfirliyin və bəzi diaspor üzvlərinin iştirakı ilə reallaşıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra səfir Elin Süleymanov Ümummilli Liderin Azərbaycanın müstəqilliyinin və dövlətçiliyinin möhkəmləndirilməsi, həmçinin xalqımızın rifahı üçün göstərdiyi misilsiz xidmətlərindən danışıb.

Səfir builki anım tədbirinin Azərbaycan tarixində xüsusi dövrə təsadüf etdiyini qeyd edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun Ermənistanın təcavüzünə qarşı şanlı qələbəsinə toxunub. Səfir Ümummilli Liderin əsasını qoyduğu dövlətçilik ənənələri, müəyyən etdiyi uzaqgörən siyasəti və atdığı müdrik addımların bu gün bu tarixi nailiyyətlərin əldə edilməsinə imkan verdiyini qeyd edib. E.Süleymanov Şuşanın işğaldan azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən Ulu Öndərin bu arzusunu bu gün Prezident İlham Əliyevin reallaşdırdığını bildirib. Səfir əlavə edib ki, bu gün torpaqlarımızın azad edilməsi Azərbaycan xalqının böyük qələbəsidir və bu qələbə Ulu Öndərin də ruhunu şad edib.

Sonda Ümummilli Liderin xatirəsi ehtiramla anılaraq, büstünün önünə gül dəstələri düzülüb.Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub - FOTOÜmummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub - FOTOÜmummilli lider Heydər Əliyevin əziz xatirəsi Vaşinqtonda yad olunub - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi