Allahverən Əliyev: 2023-cü il yeniliklər ilə zəngin il olacaq
24-01-2023, 12:47
104 dəfə baxılıb
Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib
Ağdam Rayon Heydər Əliyev Mərkəzində Ağdam Rayon İcra Hakimiyyəti Başçısı yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Şuranın 2022-ci ildə görülmüş işləri və 2023-cü ildə qarşıda duran vəzifələri müzakirə olunub.
Ağdamda 20 yanvar faciəsinin 33-cü ildönümü münasibətilə tədbir keçirilib
20 yanvar faciəsinin 33-cü ildönümü münasibətilə Ağdam rayonunda Şəhidlər Abidə Kompleksinin qarşısında tədbir keçirilib. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev, şəhid ailələri və qazilər, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, ictimaiyyət nümayəndələri və rayon sakinləri iştirak etmişlər. Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev və digər natiqlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, sovet ordusu tərəfindən fövqəladə vəziyyət elan edilmədən Bakı şəhərində dinc əhaliyə divan tutulmasından, yüzlərlə insanın qətlə yetirilməsindən, vaxtında dərindən araşdırılmayan və lazımi qiymətini almayan faciəyə yalnız xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışından sonra məhz Ulu Öndərin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilməsindən, Azərbaycan xalqının iradəsinin sarsılmazlığından, 20 yanvar hadisəsinin dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmasından geniş söhbət açmışlar. Sonda tədbir iştirakçıları Şəhidlər Abidə Kompleksinin önünə gül dəstələri düzərək şəhidlərin ruhuna ehtiramlarını ifadə etmişlər. Respublikanın hər yerində olduğu kimi Ağdam rayonunda da saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Ağdam Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev - Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına geniş müsahibə verib, media nümayəndələrinin suallarını cavablandırıb. Bir çox vacib məqamlara toxunan ölkə başçısı ictimaiyyəti Azərbaycanın siyasi xətti, atdığı və atacağı addımlar haqqında məlumatlandırıb, qarşıda duran prioritetlərdən bəhs edib.
Prezident Davos İqtisadi Forumu, təhlükəsizlik xarakterli Münxen və digər beynəlxalq tribunalar kimi Cənubi Qafqazda da bu cür diplomatik, siyasi və ümumiyyətlə regionun gələcəyi ilə bağlı daimi model yaradır. Dövlətimizin başçısı müsahibə verdiyi gün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan da media təmsilçiləri ilə görüş keçirmişdi və orada söylənən hər bir tezis Ermənistanın təhlükəsizliyinə zərbə vurmaqda idi.
İkinci Qarabağ müharibəsindən sonrakı vəziyyətə və prioritetlərə xüsusi əhəmiyyət verən Prezident İlham Əliyev əsas vəzifəmizin şanlı hərbi Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək olduğunu vurğuladı. Artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycan bölgədə və dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır.
Dövlət başçısının da qeyd etdiyi kimi, Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bu qətiyyətin təməlində isə bizim həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Müharibənin bitməsi mübarizənin də dayandığı anlamına gəlməməlidir. Vətən müharibəsindən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı.
Prezident İlham Əliyev müsahibəsində hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi tərəqqiyə diqqət çəkdi. Ölkəmizin iqtisadi və sosial siyasətinin biri-birini tamamladığını qeyd edən dövlətimizin başçısı islahatların davamlılığının ölkənin dayanıqlı inkişafının əsası olduğunu bildirdi.
Ölkə başçısının media nümayəndələri ilə bölüşdüyü önəmli mesajlara diqqət edərək söyləyə bilərik ki, bu il ölkəmizdə hələ 2022-ci ildə bir sıra sahələrdə tam gerçəkləşdirilməmiş layihələr tamamlanacaq. Kəlbəcərdən Zəngilanadək qayıdış üçün addımlar atılacaq, Böyük Qayıdış yalnız Ağalı kəndi üzərindən deyil, daha böyük miqyasını artıracaq. 2023-cü il islahatlar, iqtisadi və siyasi yüksəlişlər, yeniliklər, tamamlanmamış layihələrin işıq üzü görəcəyi, düşünülmüş və uzaqgörən siyasətin nəticəsində məhsuldarlıqla seçiləcək bir il olacaq. Çünki 2023-cü ilin ilk müsahibəsində Prezident ölkəmizdə aparılan islahatlar, dövlət idarəetmə sistemində yeni idarəetmə modelinin tətbiq olunacağının anonsunu da verdi. Qarabağ və Zəngəzurda tətbiq edilən yanaşmanın müsbət təzahürlərindən bəhs edən dövlətimizin başçısı bunun bütün ölkə üzrə həyata keçiriləcəyini bildirdi. İlham Əliyev qeyd etdi ki, üzərində işlər aparılan yeni idarəetmə modeli formalaşdırılarkən kadr potensialı önəmli rol oynayacaq.
Azərbaycan dövləti iqtisadi cəhətdən günü-gündən inkişaf edir, güclənir, hər hansı bir kənar dəstək olmadan müstəqil şəkildə öz problemlərini özü həll edir. Yəni Azərbaycanın digər beynəlxalq təşkilatlardan, hansısa bir ölkədən aslılığı yoxdur. Bu da imkan verir ki, Azərbaycan müstəqil siyasətini öz dövlət maraqlarına, öz milli maraqlarına uyğun şəkildə aparsın. Prezidentimizin də qeyd etdiyi kimi, ölkəmizin yerini düzgün seçməliyik, qarşıya qeyri-real xülyalarla dolu hansısa bir hədəf qoymamalıyıq. Bizim real maraqlarımız təmin edilməlidir. Maraqları təmin etmək üçün bizdə imkanlar var, həm siyasi, həm iqtisadi, həm hərbi, həm diplomatik, istənilən imkanlar var. Biz öz gücümüzdən çox ehtiyatla istifadə edirik. Uzun məsafəyə qaçan atletlər adətən öz qaçış tempini elə nizamlayırlar ki, nəticədə birinci olsunlar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR