xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bahəddin Leysanov: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib

19-01-2023, 14:53 121 dəfə baxılıb

Bahəddin Leysanov: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib


MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - 20 yanvar 1990-cı il… Bu tarix taleyüklü bir təqvim kimi dövlət müstəqilliyinin bərpası yolunda Azərbaycanın üzləşdiyi böyük faciə və eyni zamanda ilk şəhidlik zirvəsi kimi xalqımızın qürur günü, qəhrəmanlıq salnaməsinin ən dəyərli səhifələrindən biridir. İllər keçdikcə tariximizə qanla yazılmış bu faciənin müxtəlif aspektlərdən təhlili onun bütövlükdə keçmiş sovet imperiyasının çöküşündə, hətta deyərdim ki, sosializm sisteminin dağılmasında əhəmiyyətli amillərdən biri olduğunu şübhə yeri qoymur. Bu hadisə ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq respublikadan başlayan xalq hərəkatının kulminasiya nöqtəsi kimi həm də Azərbaycan xalqının müstəqillik uğrunda sarsılmaz mübarizə əzmini, iradəsini və qətiyyətini dünyaya nümayiş etdirdi. Həmin günə qədər artıq keçmiş separatizm yuvasına çevrilmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri üzərindən nankor qonşumuzun dövlət səviyəsində həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində artıq 300 minədək soydaşımız öz dogma yurdlarından qovulmuşdu, demək olar ki, xalqımız hər gün erməni terroru ilə üzləşirdi.

Məlumdur ki, o zaman bütün müttəfiq respublikalarda olduğu kimi Azərbaycanda da keçmiş kommunist ideologiyasından imtina meyilləri güclənmişdi. Lakin bunun əvəzində xalqı səfərbər edən, onun kimliyini, yaratdığı dövlətin xarakterini, milli mənəvi dəyərlərini qoruyub saxlayacaq və yönəldəcək milli sistem və ideya ortaya qoyulmamışdı. İnsanların keçmişin bütün varlıqlarından, o cümlədən elmi, intellektual, mənəvi, ictimai dəyərlərindən uzqlaşması Azərbaycanda, sözün həqiqi mənasında, ciddi ideoloji boşluq yaratmışdı.

Bahəddin Leysanov: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib


Həmin illərdə Azərbaycana “rəhbərlik” edən Əbdürrəhman Vəzirovun fəaliyyətsizliyi, ölkəni idarə edə bilməməsi, baş verən proseslərin mahiyyətini dərk edə bilməməsi, imperiyaya sədaqəti, əslində, dövlət aparatını iflic vəziyyətinə salmışdı. Azərbaycanda dərinləşməkdə olan içtimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin qorxaqlığı və həmçinin milli azadlıq hərəkatına yamaq kimi qoşulmuş, ölkədə siyasi xaos yaratmağa nail olmuş və bu qarışıqlıqdan öz çirkin məqsədləri üçün istifadə etməyə çalışan AXC və müsavatçıların təxribat xarakterli davranışları 1990-c ilin 19 yanvarında Sovet qoşunlarının Bakıya yeridilməsi ilə nəticələndi. Bu zaman xalq hərəkatının “önündə gedənlər” sanki qeybə çəkildilər, küçə və meydandakı etirazçılar başsız qaldılar. Vəziyyət hətta o həddə çatmışdı ki, şəhidləri heç bir təşkilatçılıq olmadan xalq dəfn etməyə məcbur olmuşdu. Bu məsələlərə aydınlıq gətirilməsində AXC-nin başında duranlardan biri kimi Əli Kərimovun Moskvada dərc olunan "Komsomolskaya pravda" qəzetinə 1990-cı ilin mart ayında verdiyi müsahibə mühüm detaldır. Sovet ordusunun Azərbaycana müdaxilə etməsinin qaçılmaz olduğunu, Bakıda avantüristlərin, təxribatçıların qarşısının alınmasının vacibliyini qeyd edən Əli Kərimovun Azərbaycan milli azadlıq hərəkatında “yer almasının” arxasında hansı qüvvələrin və hansı maraqların durduğuna işarədir.

Bakıda baş verənlərin əsl mahiyyətini dünya ictimaiyyətindən gizlətməyə çalışan Kreml müdhiş 20 yanvar qırğınını “zəruri addım, vəziyyətin nizama salınması” kimi qələmə verirdi. Bu baxımdan Azərbaycana qarşı törədilmiş hərbi və siyasi cinayət beynəlxalq hüquqi riyakarlığın təzahürüdür. SSRİ Baş Prokurorluğunun istintaq qrupu hərbçilərin hərəkətlərində cinayət tərkibi olmaması nəticəsinə gəlməsi və 20 iyul 1990-cı il tarixində cinayət işinə xitam verilməsi barədə qərarı bu fikrin təsdiqidir.

Tarixi hadisələrə ən doğru-düzgün qiymət verən mütəfəkkir və dövlət xadimi kimi 20 yanvar faciəsinə ilk olaraq kəskin etirazını bildirən isə məhz ulu öndər Heydər Əliyev olmuşdur. Onun heç nədən çəkinməyərək cəsarətli bəyanatından ruhlanmış Azərbaycan xalqının milli azadlıq hərəkatı daha da vüsət aldı. Sonralar bu hadisələrlə bağlı düşüncələrini bölüşən ulu öndər “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə”,- deyə söyləyərək yüksək mənəviyyat nümunəsini ortaya qoymuşdur. Bu baxımdan onun 20 Yanvar hadisələri ilə bağlı siyasi fəaliyyəti və bu faciəyə verdiyi qiymət özü mükəmməl bir tarixi nümunədir.

Bahəddin Leysanov: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib


Lakin Heydər Əliyev haqlı olaraq, hər şeydən əvvəl, bu faciəni Azərbaycana qarşı törədilmiş bəşəri cinayət adlandırmışdır. Moskvada Azərbaycan Nümayəndəliyində keçirdiyi mətbuat konfransında Heydər Əliyev vəziyyəti vaxtında nizama salmağın mümkünlüyünə diqqət yönəltmişdi: “Artıq iki ildir ki, Azərbaycan və Ermənistan arasında millətlərarası münaqişə gedir. Həmin münaqişəni Dağlıq Qarabağ və onun ətrafında baş verən hadisələr törətmişdir. Azərbaycan və Ermənistan, eləcə də, ölkənin ali siyasi partiya rəhbərlərinə bu məsələni tənzimləmək, daxili müharibəyə, millətlərarası münaqişəyə son qoymaq və milli mənsubiyyətindən asılı olmayaraq hər bir adamın ümumi federativ ittifaq olan SSRİ-də azad yaşamasına şərait yaratmaq üçün iki illik müddət kifayət idi. Hesab edirəm ki, ötən iki ildə bu istiqamətdə lazımi səviyyədə iş aparılmamışdır. Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, gərginlik indiki həddə çatmaz, tərəflər itkilərə məruz qalmaz, başlıcası isə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün də zəmin yaranmazdı… Hesab edirəm ki, Azərbaycandakı vəziyyəti öz axarına salmaq, siyasi həyatdakı qeyri-sabitliyi nizamlamaq üçün kifayət qədər imkan olmuşdur. Təəssüf ki, Azərbaycan rəhbərliyi, həmçinin ölkənin ali siyasi rəhbərliyi bu imkanlardan istifadə edə bilməmişdir. Sərhədlərə edilən təcavüzü vaxtında aradan qaldırmaq mümkün idi. Axı üç ay əvvəl sərhəd zolağı ilə bağlı camaat öz tələblərini irəli sürmüşdü. Fəqət heç kəs onlarla görüşmək, izahat işi aparmaq və lazımi ölçü götürmək istəməmişdir. Təkrar edirəm: camaatı sakitləşdirmək üçün də imkanlar tükənməmişdi”.

SSRİ-nin hələ hökm sürdüyü bir vaxtda belə bir addım, sözün əsl mənasında, böyük hünər və cəsarət tələb edirdi. Heydər Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq borcunu və milli mövqeyini nümayiş etdirdi. Həmin günlərdə Ümummilli liderimizin yanında olan cənab İlham Əliyev o anları belə xatırlayır: “Hamımız yaxşı xatırlayırıq ki, pensiyada olan Heydər Əliyev faciə baş verəndən dərhal sonra Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlmişdi, öz etiraz səsini ucaltmışdı. O vaxt Sovet İttifaqının çökməsinə hələ iki il vaxt qalırdı. Biz o vaxt Sovet İttifaqının rəhbərliyinə qarşı açıq ittihamları, demək olar ki, çox nadir hallarda görürdük. Bu, böyük cəsarət tələb edirdi. Heydər Əliyev həmişə olduğu kimi, o ağır günlərdə də xalqla bərabər, birlikdə idi”.

Ulu öndər az sonra Azərbaycana dönəndə öz yekun qənaətini ifadə edərək Mixail Qorbaçovun 20 Yanvarla bağlı cinayətinə belə qiymət vermişdi: “Azərbaycan Respublikasının ali hakimiyyət orqanından tələb etməliyik ki, qısa müddətdə, yaxud heç olmasa növbəti sessiyada bu məsələ müzakirə olunsun. Yanvar hadisələrinə siyasi qiymət verilsin və bu hadisənin günahkarları - kim olursa-olsun, Qorbaçovdan tutmuş aşağı respublika rəhbərlərinə kimi, keçmiş, ya indiki - fərqi yoxdur, bu, xalqa qarşı cinayətdir, - cəzalandırılsın. Bir nəfəri öldürənə qanunlara görə ən yüksək cəza verirlər. Ancaq burada gör nə qədər adam həlak olubdur - bir nəfər günahkar meydana çıxmayıbdır. Bu qədər qanunsuzluğa, demokratiyanın bu qədər pozulmasına dözmək olmaz. Ona görə bu məsələyə biz özümüz siyasi qiymət verməliyik, respublikanın Ali hakimiyyət orqanından tələb etməliyik ki, buna baxsın və günahkarlar cəzalandırılsın”.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət tapmadı. 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi ilə bağlı kifayət qədər vaxtları və imkanları olsa da, nə o zamankı iqtidar, nə də ondan sonra hakimiyyəti zəbt etmiş AXC--Müsavat qaragüruhu bunu etdi. Əksinə, onlar müxtəlif səthi qərarlar qəbul edə-edə bu cinayəti xalqımıza unutdurmağa çalışdılar. Qəribədir ki, dəfələrlə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi tələbi ilə çıxış edən AXC-Müsavat cütlüyü hakimiyyətə gəldikdən sonra nədənsə bu mövzunu gündəliyə çıxarmadı və faciəyə siyasi-hüquqi qiymət vermək üçün öz imkanlarından istifadə etmədi. Bu, onu deməyə əsas verir ki, həmin hadisələr məhz onların özlərinin təhriki ilə baş vermişdir.

Bahəddin Leysanov: 20 Yanvar faciəsinə ilk obyektiv hüquqi və siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib


Yalnız Ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”. Ulu öndərin 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı 1994-cü il yanvarın 5-də imzaladığı fərmanda həm də Milli Məclisə hadisəyə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunurdu. Bu qiymət xalqımızın müstəqillik yolunda çarpışmasının dolğun mənzərəsini əks etdirməli idi. 1994-cü il mart ayının 29-da ölkə parlamenti “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul etdi. Beləliklə də 20 Yanvar faciəsi məhz Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini aldı.

Prezident İlham Əliyev 2021-ci il martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı zamanı o dövrdə gedən siyasi proseslərə münasibətini açıqlayarkən Qanlı Yanvar hadisələrində günahkar olan qüvvələrin pozucu və xəyanətkar fəaliyyətini ciddi şəkildə ifşa etmişdir: "Biz bu tarixi bilməliyik, bilirik və bundan sonra öz fəaliyyətimizi bu möhkəm təməl üzərində quracağıq, necə ki, bu vaxta qədər qurmuşuq... 20 Yanvar faciəsinə siyasi qiymət verilmişdir. Nə üçün Xalq Cəbhəsi-Müsavat cütlüyü 20 Yanvar faciəsinə siyasi qiymət verməmişdir? Onların bir il vaxtı var idi. Nə üçün? Çünki onların da əli Azərbaycan xalqının qanına batmışdır. Onlar da 20 Yanvar faciəsini ört-basdır etmək istəyirdilər. Yalnız Heydər Əliyev 20 Yanvar faciəsinə siyasi qiymət verdi...”

Beləliklə, ulu öndər Heydər Əliyevin təbirincə desək, 20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, lakin o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin, azadlıq arzusunun oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.

20 Yanvar hadisələri Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazılıb. Məhz bu rəşadət nümunəsi və azadlıq eşqi 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpaqlarının işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün bərpası yolunda əsgər və zabitlərimizi Zəfər ruhuna kökləyən əsas amillərdəndir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi