xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Bahəddin Leysanov: Azərbaycan xalqı yumruq kimi birləşdi və tarixi missiyanı yerinə yetirdi

17-11-2022, 12:21 98 dəfə baxılıb

Bahəddin Leysanov: Azərbaycan xalqı yumruq kimi birləşdi və tarixi missiyanı yerinə yetirdi


MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - Azərbaycanda xaos və anarxiyanın hökm sürdüyü şəraitdə Şuşa şəhərinin 1992-ci il mayın 8-də təcavüzkar Ermənistan tərəfindən işğal edilməsi aparılan müharibənin düşmənin xeyrinə həllinə gətirmiş, tariximizə ağır günlərdən biri kimi daxil olmuşdu. Fakt bu idi ki, Şuşanın işğalı bütövlükdə Qarabağın işğalı reallığını ortaya qoymuşdu. Lakin Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən başlayan Qarabağa Zəfər yürüşü uzun onilliklərə söykənən həsrətə son qoydu. Xalq öz Ali Baş Komandanının və Ordusunun ətrafında sıx birləşməklə qələbəyə doğru inamla getməyə başladı. Uzun illər boyu davam edən mənasız danışıqlar heç bir nəticə verməmişdi. Dövlətimizin başçısı vurğuladı ki, əzəli tarixi torpaqlar 30 ilə yaxın işğal altında qaldı, danışıqlar prosesində Ermənistan tərəfi vaxt udmaq, status-kvonu möhkəmləndirmək və əbədi etmək istəyirdi. Bu illər ərzində dəfələrlə müxtəlif güc mərkəzlərindən göndərilən siqnallar vəziyyətlə barışmağa təhrik etmək istəsə də, Azərbaycan dövləti qətiyyət, cəsarət, siyasi iradə göstərərək milli maraqlara cavab verməyən heç bir razılaşmaya getməmişdi. Azərbaycanın əsas vəzifəsi ərazi bütövlüyü idi. Prezident İlham Əliyev Şuşaya səfəri zamanı vurğulayıb: “Danışıqlar heç bir nəticə vermədi. Sadəcə olaraq, bizim başımızı aldadırdılar, sadəcə olaraq, məsələni dondurmaq istəyi müşahidə olunurdu. Biz bu Qələbəni döyüş meydanında qazandıq, şəhidlər verərək bu Qələbəni qazandıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin! ...Biz xalqımızın, əsgərlərimizin, zabitlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik. İşğalçıları torpaqlarımızdan qovuruq və qovacağıq!”.

Bahəddin Leysanov: Azərbaycan xalqı yumruq kimi birləşdi və tarixi missiyanı yerinə yetirdi


Bəli, Azərbaycan xalqının tarixində müstəsna yeri olan Şuşa şəhəri 28 ildən çox işğal altında qalmışdı. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla Azərbaycanın mədəni irsinə böyük zərbə vurmuş, tarixi abidələri, məscidləri dağıtmış və təhqir etmişdi. Bununla bağlı ölkə rəhbəri bildirib: “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl - 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.

Prezident eyni zamanda, qələbəyə gətirən başlıca amillərdən olan və gələcək nəsillərin də bilməsi zəruri olan iqtisadi güc məsələsinə diqqəti yönəldərək vurğulayıb ki, əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı: “İlk növbədə, iqtisadi müstəqillik təmin edilməli idi və təmin edildi. Bu gün Azərbaycan iqtisadi cəhətdən heç kimdən asılı deyil, heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Müstəqillik və bu, bizə imkan verdi ki, ölkəmizi inkişaf etdirək, eyni zamanda, Ordumuzu gücləndirək. Biz Ordumuz üçün lazım olan bütün hərbi texnikanı, silahları xarici bazarlardan alırıq. Əgər bizim iqtisadi imkanlarımız olmasaydı, biz bunları necə əldə edə bilərdik?”.

Lakin daha bir mühüm məqam bu idi ki, qələbənin qazanılmasında milli birlik və siyasi iradə müstəsna rol oynamışdı. Ölkə daxilində uğurlu siyasətin aparılması nəticəsində Azərbaycan dünya üçün çox nadir inkişaf modelini yaratmışdı. Daxildəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşmək əlavə güc vermiş, bəzi mənfur xarici dairələrin öz çirkin planlarını Azərbaycanda həyata keçirmələrinin qarşısını almışdı.

Digər tərəfdən, daha bir fakt Azərbaycan Prezidenti İlham Əliyevin xarici diplomatik sahədə öz praqmatik və qətiyyətlilik prinsiplərini sübuta yetirməsi ilə bağlıdır. Onun sözlərinə əsasən, biz – Azərbaycan dövləti və xalqı sübut etdi ki, Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və bu məsələ beynəlxalq hüququn norma və prinsipləri əsasında öz həllini tapmalıdır. “Biz bu illər ərzində bir çox ölkələrlə səmimi, işgüzar, qarşılıqlı hörmət əsasında münasibətlər qura bildik, bir çox ölkələr Azərbaycanı strateji tərəfdaş hesab edir və artıq bu ifadə beynəlxalq sənədlərdə öz əksini tapır”, deyə dövlət başçımız xüsusilə vurğulayıb.

Prezident İlham Əliyevin xalqımızı növbəti qələbə və zəfərlərə doğru inamla aparması həm də sübut edir ki, Azərbaycan dövləti qarşıya qoyulan bütün məqsədləri icra edir və burada da xalqın iqtidarla vahid sistemdə bir araya gəlməsi öz uğur sözünü deməkdədir: “Bizim zəfər yürüşümüz davam edir. Hələ də işğal altında torpaqlar var, hələ də döyüşlər gedir. Əgər Ermənistan rəhbərliyi mənim tələblərimə cavab verməsə, sona qədər gedəcəyik. Heç kim bizi dayandıra bilməz. Dünyada elə qüvvə yoxdur ki, bizi dayandıra bilsin. Ermənistan artıq öz acı məğlubiyyətini etiraf edib, özünü alçalda-alçalda, xalqını təhqir edə-edə. Ermənistan rəhbərliyi indi dünya ölkələrindən yardım istəyir, hərbi yardım istəyir, silah, texnika istəyir. Bəs, hanı sənin yenilməz ordun? Məhv etmişik onu. Onların bütün sözləri, onların bütün bəyanatları mif idi, yalan idi. Yenilməz ordu Azərbaycan Ordusudur! Bunu döyüş meydanında göstərir, düşməni torpaqlardan təkbaşına qovur. Otuz il ərzində milyardlarla dollar xərclənib oraya, istehkamlar qurulub, mühəndislik qurğuları inşa edilib. Amma hamısını vurub dağıtmışıq - mənəvi ruh, güc hesabına, birlik hesabına! ...İşğal edilmiş bütün torpaqlardan düşmən qüvvələri çıxarılmalıdır. Bu, bizim tələbimizdir. Beynəlxalq norma və prinsiplər, beynəlxalq təşkilatların qərar, qətnamələri bunu tələb edir”.

Beləliklə, Şuşa ölkəmizdə sabitlik, qayda-qanun, güclü dövlət, qüdrətli dövlət rəhbəri olanda işğaldan xilas edildi. Deməli, Azərbaycan xalqının bundan sonrakı bütün inkişafının və qarşıya qoyduğu hədəflərə çatmasının təməlində məhz bu amillər dayanır. Məhz iki il əvvəl bu qürurverici tarixi yaradan da, yeni yolun təməlini qoyan da Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarıdır!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi