xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:33 – İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 21 il ötür 
  • 13:09 – İlham Əliyev Kremldədir - Video 
  • 20:44 – Prezident İlham Əliyevin Cəbrayılda yerli sakinlərlə görüşü | CANLI 
  • 09:37 – İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib - VİDEO 

Bahəddin Leysanov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır

20-10-2022, 13:38 84 dəfə baxılıb

Bahəddin Leysanov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


ALLAH tərəfindən ucalanları bəndə alçada bilməz.

Çox pis zəmanədə yaşayırıq. Vəzifə, səlahiyyət sahibi olanlar arasında onlara yuxarılardan və aşağılardan olan inam və etimadı doğruldanları barmaqla saymaq olar. Ömrünü-gününü bu müqəddəs amala həsr edənlər, həmin barmaqla sayılanlar arasında MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov adının olması kimsəyə sirr deyil. Kişi əsl saflıq, təmizlik nümunəsidir.

Bahəddin Leysanovun hər bir rəhbər şəxsə əsl nümunə, görk olan yüksək məziyyətlərindən danışmaqla onun portretinin cizgilərini cızmaq belə mümkün deyil. Bir də sözümüzü tərsə başa düşməyələr. O portreti cızılacaq adam kimsənin xəyalından belə “inanan daşa dönsün” fikri o böyük ürək sahibinə qarşı çox böyük hörmətsizlik olardı.

MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Bahəddin Leysanov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Xezerinformasiya.com-ın əməkdaslarının araşdırması nəticəsində şəhər sakinləri haqqında sorğu keçirdik. Bir ağızla dedilər: MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov ilə bağlı yayılan məlumatlar tamamilə əsassızdır

Son günlər bəzi internet saytlarında MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilir. Bahəddin Leysanov ölkə prezidentinin söz etdiyi “böyük bəla”nı yaradanlardan biridir…" başlıqlı yazı yazaraq gözdən salmağa çalışırlar. Amma məlumatların hardan qaynaqlandığını deyə bilmərik. Lakin tam məsuliyyətlə qeyd edirik ki, MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır. Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır.

Bəzi saytlar bunun əksini yazmaqla cəmiyyət arasında ajiotaj yaratmağa çalışırlar. Amma alınmayacaq.

MKT İstehsalat Kommersiya” MMC-nin Neftçala filialının Direktoru, əməkdar pambıqçı Bahəddin Leysanov - Mən 1985-ci ilin Avqust ayından Neftçala pambıqtəmizləmə zavodunda Direktor vəzifəsində çalışmışam. İşlədiyim müddətdə Kollegiyanın üzvü olmuşam. Hər il yaxşı işlədiyimizə görə zavodumuz keçici Qırmızı Bayraqla təltif olunub və mükafatlar almışıq.

1987,1988,1989-cu illərdə kənar rayonlardan, Biləsuvar (o vaxtki Puşkin) rayonunun Ağalıkənd və Bolqarçay məntəqələrindən, Beylaqan (Jdanov) rayonunun Azərbaycan və Sarısu məntəqələrindən, Ağcabədi rayonunun Ağcabədi,Hüsülü və Beylaqan məntəqələrindən hər il cəmi 60-62 ton pambıq qəbul etməklə yüksək keyfiyyətli mahlıc istehsal edib (QOST normasında) kapitalist ölkələrinə göndərmişik.

Neftçala işləyən pambıq zavodunun illik pambıq emal gücü başqa zavodlar kimi 40 min ton olub.Biz istirahət günləri də olmaqla, bütün il boyu Avqust ayının 10-15 nə kimi yüksək mahlıc emal etməklə göstərilənlərin öhdəsindən gəlmişik.Bizim zavodun layihəsi ilə tikilmiş eyni güclə olan respublikada heç bir zavod bir il ərzində bizim qədər pambıq emal etməmişdir.

1990-1991-ci illərdə Neftçala Xalq Deputatlar Sovetinin İcrayyə Komitəsinin Sədri vəzifəsində çalışmışam. Bu vəzifənin 1991-ci ildə Dövlət tərəfindən ləğv olunması və seçkili orqanda işlədiyim üçün yenidən 1991-ci ilin Noyabr ayından pambıq zavoduna Direktor vəzifəsinə qayıtmışam.

1994-cü ildə Respublikada yeganə bizim rayonda Kənd Təsərrüfatı Nazirliyinin təşəbbüsü ilə İsraildən yeni gətirilən “Akala” pambıq sortunu nəzarətimizlə əkmişik. Bununla əlaqədar 2 dəfə Ulu Öndərin qarşısında Prezident Aparatının akt zalında çıxış etmişəm. 1994,1995,1996-cı illərdə Kənd Təsərrüfatı Nazirliyindən Prezident Aparatında Ulu Öndər Heydər Əliyev tərəfindən keçirilən reformalarla əlaqədar kiçik qrup şəklində (15-20 nəfərlə) yığıncaqlarda iştirak etməklə Kənd Təsərrüfatı Nazirliyini təmsil edərək nümayəndə kimi təkliflərlə çıxış etmişəm. Həmin illərdə bizim zavodun göstəriciləri yaxşı olduğu üçün Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yeni texnologiyalı İtaliya və Fransa dövlətlərin xarici, toxunmayan parça sexi tikilmiş və işləmişdir.

1997-ci ildə zavod Açıq Səhmdar Cəmiyyətə çevrildiyi zaman zavodda Sədr kimi fəaliyyət göstərdim. 2000-ci ilin Yanvar ayından nisbətən pambıq istehsalı Neftçalada azaldığından MKT Rəhbərliyi tərəfindən Salyan ASC-nin Sədri işləməklə Neftçala ASC-yə də Rəhbərlik etdim.

2016-cı ildə Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının “Regionların iqtisadi inkişaf” proqramına uyğun olaraq Neftçalada pambıq istehsalı artdığına görə indiki Rəhbərliyin göstərişi ilə 2017-ci ilin May ayından “MKT Neftçala” filialında Direktor işləməyə başladım. Bu illərdə ildən ilə bütün sahələrdə şəxsən “MKT Sistehsalat Kommersiya” MMC-nin İdarə heyətinin Sədri Rövşən Həsənovun bizim Filiala göstərdiyi qayğı və diqqətin nəticəsində göstəricilərimiz artaraq yüksək olmaqla nəticədə 2018-ci ildə mən şirkət tərəfindən “İlin Direktoru” nominasiyasında Diplom ilə təltif olundum. Hal-hazırdada göstəricilərimiz və işimiz kollektivin birgə səyi nəticəsində göz qabağındadır. Bütün Rəhbərliyə və kollektivimə minnətdaram ki, bizi hörmətli edib, gözdən salmadılar. Söz verirəm ki, bu işlərin davamı olacaq.


Bahəddin Leysanov haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır


“MKT İstehsalat Kommersiya” MMC Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda 25 ildən artıq iş təcrübəsinə malikdir. Şirkətin əsas fəaliyyət istiqaməti ölkənin 20 pambıqçılıq rayonunun 15-də pambığın yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrində emalından ibarətdir.
“MKT İstehsalat Kommersiya” MMC xam pambıqdan əsasən mahlıc, çiyid habelə lint, uluk və tiftik əldə edərək iplik , pambıq yağı, pambıq toxumu və jımıx istehsalını həyata keçirməkdədir. Bu məhsullar əsasən Türkiyə, İran, Rusiya və digər MDB ölkələrinə ixrac edilir. Şirkətin istehsal etdiyi pambıq mahlıcı ortaliflidir və özünəməxsus rəngə malikdir, bununla da o, məsələn, Amerika pambığından öz sarımtıl çalarları ilə fərqlənir.
Regionlarda yerləşən Pambıq Emalı, Qəbul Məntəqəsi və İnnovasiya filiallarından başqa “MKT İstehsalat Kommersiya” MMC-nin Bakı şəhəri və Mingəçevir şəhəri ərazisində xam pambıq mahlıcından müxtəlif növ ipliklər istehsal edən "Bakı Tekstil Filialı" və "Mingəçevir Tekstil Parkı", Şirvan şəhərində çiyiddən pambıq yağı istehsal edən "Şirvan Yağ Emalı Zavodu" fəaliyyət göstərməkdədir.

“MKT İstehsalat Kommersiya” MMC tərəfdaşlarına və alıcılara öz mallarının yüksək keyfiyyətinə və vaxtında çatdırılmasına zəmanət verir. Cəmiyyət inkişaf dinamıkasını qorumaq üçün strateji əhəmiyyətli regional filiallarda əsaslı təmirlər, yenidənqurma işləri və modernizasiyalar həyata keçirir.

Zavod və müəssisələrə yeni və daha müasir Türkiyə, ABŞ, Özbəkistan Respublikası, İsveçrə və Ukrayna Respublikasında istehsal olunmuş avadanlıqlar, texniki vasitələr və mütəxəssislər cəlb edilir.

“MKT İstehsalat Kommersiya” MMC hazır məhsulları üzrə "Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi"ndən Uyğunluq Sertifikatı almışdır.

2021 mövsümündə cəmiyyət 45,7 min ha sahədən 29 s/ha xam pambıq istehsal etmişdir. 2021-ci ilin bütün ayları üzrə və 2022-ci ilin ilk rübü üzrə “MKT İstehsalat Kommersiya” MMC qeyri-dövlət ixracatçı subyektlərin reytinqində birinci yerdə qərarlaşmışdır. Hal-hazırda müəssisəmizdə işçi sayısı 3200 nəfərdən çoxdur və regionlarda 23 filialımız fəaliyyət göstərməkdədir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
 Valyuta məzənnəsi