xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Əlövsət Şamilov: Azərbaycan regionun ən güclü dövlətinə çevrilib

16-01-2023, 15:29 412 dəfə baxılıb

Əlövsət Şamilov: Azərbaycan regionun ən güclü dövlətinə çevrilib


Sumqayıt şəhəri 1 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinin rəisi,polis polkovniki Əlövsət Şamilov - Bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir..

XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf yoluna çıxarmış müdrik xalqımız XXI əsrin başlanığıcında öz taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. 2003-cü ildə "Əsl siyasət - konkret, real iş görməkdən ibarətdir” deyərək ölkə Prezidenti kimi fəaliyyətə başlayan cənab İlham Əliyev verdiyi vədə sadiq qalaraq ötən 19 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. Ölkəmiz bu illər ərzində saysız-hesabsız uğurlara imza ataraq, böyük inkişaf yoluna çıxmışdır. Məlum olduğu kimi 10 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti, Partiyamızın Sədri İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib və ölkəmizin çiçəklənməsi, xalqımızın maraqları naminə həyata keçirlən güclü siyasətimizin prioritet istiqamətlərini, həmçinin humanizm, tarixi ədalət prinsiplərinə əsaslanan bir sıra gələcək hədəflərimizi ictimaiyyətin diqqətinə çatdırıb. Vətən müharibəsindən sonra dərhal fəal işə başladıq və hesab edirəm ki, bu gün - artıq müharibədən iki il keçəndən sonra tam əminliklə demək olar ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib. Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Bu gün sirr deyil ki, Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Əlbəttə ki, bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Yəni, müharibədən təzə çıxmış ölkə, özü də ərazisinin 20 faizi tamamilə dağılmış vəziyyətdə olan ölkə əgər sosial sahəyə bu qədər vəsait ayırırsa, deməli, bizim sosial siyasətimiz dəyişməz olaraq qalır və əlbəttə ki, bizim iqtisadi gücümüzü göstərir.

Əlövsət Şamilov: Azərbaycan regionun ən güclü dövlətinə çevrilib


Ümumilikdə Prezident İlham Əliyev Azərbaycanın sosial, iqtisadi, ictimai-siyasi, humanitar, sənaye və digər bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini statistik faktlarla diqqətə çatdırdıb. Prezident İlham Əliyevin əhatəli və məzmunlu müsahibəsindən məlum oldu ki, həqiqətən də ölkə başçısının müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycan ötən illər ərzində öz uğurlu hədəfinə çatmaq üçün dünyada baş verən qlobal problemlərə-müharibələrə, pandemiyalara və digər cərəyan edən gərgin proseslərə baxmayaraq, bir an belə öz prinsipial, haqlı və qətiyyətli mövqeyindən çəkilmədən möhtəşəm uğurlara imza atmışdır. Bu gün də məhz mürəkkəb siyasi, iqtisadi və humanitar proseslər müasir islahatçı baxışın tətbiqini aktuallaşdırdığından dövlət başçısı hökumətin bu çağırışlara hazır olmasını da son dərəcə vacib sayır və aidiyyatı qurumların qarşısında mühüm vəzifələr qoyur.

Azərbaycanda eləcə də regionda alternativsiz milli lider olaraq qəbul edilən Prezident İlham Əliyev bu gün ölkəmizin perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək və qalib xalqımızın milli maraqlarını layiqincə təmin etmək üçün əzmlə, yorulmadan güclü iradə ilə çalışır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi