xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:13 – Azərbaycan prezidenti dünyanın ən nüfuzlu liderlərinin siyahısına əlavə edildi 
  • 11:20 – Prezident XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir - Yenilənib 
  • 10:40 – Prezident: Təhlükəsizlik, sabitlik bir nömrəli məsələ kimi qalmalıdır 
  • 10:37 – Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir 

Ramiz Zeynalov: Cənab Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxsiyyətlərə hər zaman böyük dəyər vermişdir

25-01-2022, 10:25 78 dəfə baxılıb

Ramiz Zeynalov: Cənab Prezident İlham Əliyev Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxsiyyətlərə hər zaman böyük dəyər vermişdir


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov - Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində nəcib əməllərin sahibi olan böyük xeyriyyəçi kimi yadda qalıb. Ölkəmizdə bir sıra önəmli layihələrin təşəbbüskarı olan Hacı Zeynalabdin Tağıyev ümumilikdə Azərbaycanın inkişafında xüsusi rol oynamışdır. Beləki Hacı Zeynalabdin Tağıyevin dəstəyi ilə Bakıya təmiz içməli suyun gətirilməsi üçün Şollar su kəməri çəkilmiş, teatr binası, müsəlman qızlar üçün ilk dünyəvi məktəb inşa edilmiş və yüzlərlə azərbaycanlı xaricdə təhsil almışdır.

Dövlətimiz və xalqımız xeyriyyəçi əməlləri ilə yaddaşlarda qalan Hacı Zeynalabdin Tağıyevi hər zaman böyük sevgi ilə yadd edir: “Cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə Hacı Zeynalabdin Tagıyevin abidəsinin açılış mərasiminin keçirilməsi də məhz Azərbaycan dövlətinin və ölkə başçımızın Azərbaycan xalqı üçün xidmətləri olan şəxsiyyətlərə verilən dəyərin göstəricisdir. Hacı Zeynalabdin Tağıyevin abidəsinin şəhərin mərkəzində inşa edilməsi və açılış mərasimində ölkə başçısı cənab İlham Əliyevin Hacı Zeynalabdin Tağıyev haqqında yüksək fikirlər söyləməsi, Azərbaycan xalqı qarşısında xidmətləri olan şəxsiyyətlərin heç zaman unudulmadığını göstərir”.

Eyni zamanda cənab Prezident İlham Əliyevin göstərişi ilə 2000-ci ildə Hacı Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmış, 2003-cü ildə isə Hacı Zeynalabdin Tağıyevin evi təmir edilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, xeyriyyəçilik ənənələrini yaşadan və davam etdirən Heydər Əliyev Fondunun əsas missiyasi və məqsədi, insanlara köməklik etməkdən, Azərbaycan dəyərələrinin və mədədniyyətinin dünayada təbliğ edilməsindən ibarətdir: “Fond tərəfindən bu istiqamətlər üzrə bir çox beynəlxalq layihələr icra edilmiş və Heydər Əliyev Fondunun Azərbaycanın dünyada tanınmasında böyük rolu vardır”.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.

Ramiz Zeynalov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Baş Dövlət Yol Polisi İdarəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ramiz Zeynalov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Ramiz Zeynalov yüksək insanlığı ilə seçilən bir insandır!

Ramiz Zeynalov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda əhalinin, gənclərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ramiz Zeynalov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi