xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ramiz Zeynalov: Dövlət Başçısının verdiyi hər bir qərar, atdığı hər bir addım əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir

17-01-2022, 12:01 490 dəfə baxılıb

Ramiz Zeynalov: Dövlət Başçısının verdiyi hər bir qərar, atdığı hər bir addım əhalinin rifah halının yaxşılaşdırılmasına xidmət edir


Azərbaycanda həyata keçirilən siyasətin əsasını əhalinin sosial rifahının yüksəldilməsi amili təşkil edir, bu siyasətin mərkəzində insan amili dayanır. “Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində vətəndaş dayanır”, “Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır” fikrilərinin müəllifi Prezident İlham Əliyevin əhalinin rifah halının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində verdiyi hər bir qərar, atdığı hər bir addım cəmiyyətdə razılıqla qarşılanır, böyük rəğbət doğurur.

Bunu Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov bildirib. Ölkə əhalisinin rifahının yaxşılaşdırılması ölkəmizdə aparılan sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biridir. Hesablamalar göstərir ki, ötən illərdə mütəmadi olaraq Azərbaycan dövləti tərəfindən əhalinin sosial rifahının yüksəldilməsi məqsədilə çoxlu sosial paketlər həyata keçirilib, bu istiqamətdə ciddi irəliləyişlərə nail olunub. Dövlətimizin apardığı uğurlu siyasətin nəticəsidir ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək haqqlarının, təqaüdlərin davamlı şəkildə artırılması, ölkədə sosial infrastruktur lahiyələrinin ən müasir standartlara cavab verən səviyyədə formalaşdırılması, şəhid ailələrinə, müharibə veteranlarına, keçmiş məcburi köçkünlərə yaşayış şəraitinin və sosial rifahının yaxşılaşdırılması üçün xüsusi tədbirlərin həyata keçirilməsi vətəndaşlar tərəfindən rəğbətlə qarşılanır.

Ruh yüksəkliyi ilə qeyd etməliyik ki, əvvəlki illərdə böyük məbləğdə və milyonlarla insanı əhatə edən sosial paketlər, iqtisadi islahatlar nəticəsində əldə olunan gəlirlər bilavasitə əhalinin rifahının yüksəldilməsinə yönəldilib. 2022-ci ilin əvvəlindən sosial ödənişlərin əhəmiyyətli dərəcədə artırılması, 1,5 milyard manat vəsaitə başa gələn və 2.1 milyon insanı əhatə edən növbəti sosial paketin həyata keçirilməsi bunu bir daha təsdiq edir. Bu da ondan xəbər verir ölkəmizin iqtisadi gücünün artırılması əhalinin həyat səviyyəsinin yüksəlməsinə xidmət edəcək. Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər ölkə vətəndaşları, onların ali mənafeyi üçündür. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi və iqtisadi qüdrətinin artması daha səmərəli və çoxşaxəli sosial müdafiə tədbirlərinin həyata keçirilməsinə imkan verir. İşğaldan azad olunmuş ərazilərimizdə quruculuq, abadlıq işlərinin yüksək sürətlə və keyfiyyətlə həyata keçirilməsi ən qısa zamanda keçmiş məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıtmalarını təmin edəcək.

2022-ci ildə də dövlətimiz tərəfindən sosial ödənişlər, sosial paketlər və islahatlar davam etdiriləcək. Əldə edilən gəlirlər vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılmasına yönləndiləcək. Prezident İlham Əliyevin rəhbərliyi ilə məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının yüksəlməsi bir daha Azərbaycanda vətəndaşların rifah halının yüksəldilməsinin və sosial müdafiə tədbirlərinin genişləndirilməsinin qarşıdakı illərdə də prioritet olacağını söyləməyə əsas verir.

***

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalov - İlham Heydər oğlu Əliyev...bu ad milyonlarla insana çox əziz və doğmadır.

Dünyada çox az insan, dövlət xadimi, rəhbər var ki, İlham Əliyev kimi xalqı tərəfindən sevilsin, dəstəkləsin. Dünyaya göz açdığı ailə, tərbiyə aldığı mühit, aldığı təhsil, xalqına vicdanla xidməti məhz onu bu cür sevilən və inamlı etmişdir. İlham Əliyevin daha bir xoşbəxtliyi onun Ulu öndər Heydər Əliyevin ailəsində doğulmasi, Heydər Əliyev məktəbini keçməsi olmuşdur. Atalar düz deyir ki,ot öz kökü üstə bitər. Bəli, özünün qeyd etdiyi kimi o, həmişə bu məsuliyyəti dərk etmiş və ata nəsihətini yerinə yetirməyə çalışmış və bu gün də şərəf və uğurla yerinə yetirir.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Onun həyatının hər bir mərhələsi Azərbaycan xalqına, onun çiçəklənməsinə, inkişafına, onun tanınmasına xidmət edir.

İlham Əliyev 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. İndiki vaxta qədər xidmətlərinə görə İlham Əliyev həm dövlətimiz, həm də xarici dövlətlər tərəfindən orden və medallarla, fəxri adlarla təltif olunmuşdur. Ancaq onun ən böyük təltifi xalq sevgisidir.Azərbaycan xalqı öz ləyaqətli oğluna bütün varlığı ilə inanır, ona etibar edir və onu həmeşə dəstəkləyir. Bu inam və etibarın birlyindən 28 ildən sonra Ali Baş Komandanımızın rəhbərliyi ilə Qarabağ ermənilərdən azad oldu.

Bu gün hər bir azərbaycanlının evində İlham Əliyev adı çox doğma və əzizdir. Hər kəs onu özünə arxa-dayaq bilir. Kübar, savadlı, ziyalı, bacarıqlı, gözəl nitqə malik olan prezidentimiz apardığı uzaqgörən siyasəti, qətiyyətli addımları,inamlı mövqeyi ilə hər zaman qeyri-adi qərarlar verərək xalqımızın müqəddəratı üçün mövqeyini nümayiş etdirir. Biz qalib prezidentimizi dəstəkləyir, ona güvənir, onun hər an yanında olduğumuzu bildiririk.

**

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalov üstünə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməyə çalışır.

Ramiz Zeynalov vəzifəyə gəldiyi gündən görülən işlərin siyahısına nəzər salanda Baş Dövlət Yol Polisi İdarəsində həyata keçirilən genişmiqyaslı işlərin bariz nümunəsini görmək olar.

Ramiz Zeynalov əsl ziyalı vicdanlı və vətənpərvər şəxsiyyət kimi milli “mən”i şəxsi “mən”dən hər zaman uca tutur, özünə hörməti şəxsi iddialarda deyil, uğurlu əməllərdə axtarır.

Ramiz Zeynalov yüksək insanlığı ilə seçilən bir insandır!

Ramiz Zeynalov - əsl ziyalı üçün vacib sayılan mühüm keyfiyyətlərdən biri də onun aydın mövqeyə sahib olması, taleyüklü məqamlarda əhalinin, gənclərin mənafeyi baxımından ən doğru, dürüst olanı seçməsi, lazımi anda qətiyyət, cəsarət nümayiş etdirməsidir.

Belə bir deyim var: Hər hansı vəzifə kürsüsü insan üçün həm də özünüifadə və özünütəsdiq vasitəsidir. Bu mənada, Ramiz Zeynalov fəaliyyətinin ilk gündən işində layiqli xidmət vasitəsi kimi yanaşaraq ona göstərilən etimadı layiqincə doğrultmağa çalışdı.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin fəaliyyəti hər zaman cəmiyyətin diqqət mərkəzində olub və bu da təbii qarşılanmalıdır. Çünki Dövlət Yol Polisi İdarəsinin fəaliyyətinin spesifikası ondan ibarətdir ki, bu fəaliyyət növü demək olar ki, bütün ölkə əhalisinin həyatına, yaşam tərzinə bu və ya digər dərəcədə təsir göstərir.

Hər kəs - sürücü və ya piyada olmasından asılı olmayaraq dövlət yol polisi əməkdaşları ilə sıx təmasdadır və onların fəaliyyəti kütləvi xarakter daşıdığından daha çox müzakirələrə səbəb olur. Bu müzakirələrdə, mətbuatda açılan polemikalarda bəzən ifrata varmalar, qərəzli yanaşmalar da müşahidə olunur. Bütün bunlara baxmayaraq Azərbaycan vətəndaşı və Dövləti Yol Polisi İdarəsinin işini həmişə yüksək qiymətləndirmişdir.

Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin təşkilində yüksək nailiyyətlər əldə edən Baş Dövlət Yol Polisi İdarəsi eyni zamanda hüquqi və fiziki şəxslər tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununa riayət olunmasına nəzarəti yüksək səviyyədə həyata keçirir. Bu sahədə son illər aparılmış hüquqi və praktiki islahatlar artıq öz müsbət nəticələrini göstərməkdədir. Belə ki, artıq əvvəlki illərdə müşahidə olunan bəzi neqativ halların aradan qaldırılması, fəaliyyətin müasir standartlar səviyyəsində qurulması danılmaz reallığa çevrilib. Bütün bu işlərin həyata keçirilməsində, böyük uğurların qazanılmasında isə Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun gərgin və yorulmaz əməyi isə xüsusi olaraq qeyd olunmalıdır.
Xüsusi qeyd olunmalıdır ki, Ramiz Zeynalov cəmiyyətdə yol polisi sisteminə bir sıra yeniliklər gətirən, Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarının nümunəvi xidmət göstərməsində böyük zəhməti olan və ictimaiyyətə, mətbuata açıqlığı ilə seçilən şəxs kimi tanınır. Təsadüfi deyil ki, Baş Dövlət Yol Polisi İdarəsi yalnız yol hərəkətinin təhlükəsizliyinin təmin olunması işində deyil, eyni zamanda ictimaiyyətdən gələn faydalı təşəbbüslərin dəstəklənməsində də xüsusilə fərqlənir.

Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general - mayor Ramiz Zeynalovun səmərəli fəaliyyətinin nəticəsidir ki, bu gün Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin təhlükəsizliyinin təmini və yol hərəkəti qaydalarının təbliği işində media və ictimaiyyət təmsilçiləri ilə yaxından əməkdaşlıq edir. Aparılan maarifləndirmə, təbliğat, maddi-texniki bazanın gücləndirilməsi, İKT-nin tətbiqi və düzgün təşkil edilmiş xidmət nəticəsində ötən il respublikada avtomobil sayının yüz mindən çox artmasına baxmayaraq yol qəzaları və bu qəzalarda ölən və yaralananların sayı azalmışdır. Onu da qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlardan daxil olan müraciətlərin diqqətlə və obyektiv araşdırılıb, müsbət nəticələr əldə olunduğu nümunəvi dövlət qurumlarındandır.
Hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsində yeniliklərin tətbiqi isə yalnız alqışlana bilər. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində şəffaflıq tamamilə təmin olunmuş, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılmışdır. Bu isə vətəndaşların razılığı ilə qarşılanmaqla yanaşı həm də Dövlət Yol Polisi İdarəsinin ictimai rəydə müsbət xatırlanmasını təmin edən faktora çevrilmişdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi