12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Əlfəddin Həsənov: Dünya dövlətlərinin Azərbaycana olan hörmət, inam və etimadi sonsuzdur
5-07-2022, 12:41
137 dəfə baxılıb
Sabunçu bələdiyyəsinin sədri Əlfəddin Həsənov - Bu bir reallıqdır ki, ölkəmiz hər bir dövlətlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu həyata keçirir. Məhz Prezident cənab İlham Əliyevin sayəsində dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun, Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın göstəricisidir ki, üzv olmasından qısa müddət keçməsinə baxmayaraq, üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib.
Dünyada qütbləşmələr mövcuddur və hal-hazırda da çox ciddi şəkildə hərbi siyasi böhranlar, o cümlədən də ayrı- ayrı bolgələrdə müharibələrin baş verdiyi bir şəraitdə “Digər ölkələr hansı addımlar atmalıdır?, Dövlətlərin üzərinə hansı vəzifələr düşür və həmin addımların mahiyyəti nədən ibarət olmalıdır?” kimi suallar da gündəmdədir və müzakirə obyektidir. Əlbəttə belə bir halda Qoşulmama Hərəkatının üzərinə də müxtəlif vəzifələrin düşdüyü indiki şəraitdə açıq – aydın müşahidə olunmaqdadır.
Məlum olduğu kimi, İyunun 30-da Heydər Əliyev Mərkəzində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin “Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr olunan Bakı konfransı keçirilmişdir. Konfransda Prezident İlham Əliyev iştirak etmişdir. Dövlətimizin başçısı çıxış edərək mühüm məqamlara toxunmuş, mövcud reallıqları, erməni barbarlıq və vandalizmini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır.
Prezident İlham Əliyev çıxışında Bakıda biz Qoşulmama Hərəkatının Parlament Şəbəkəsini yaradırıq deyərək qeyd etdi ki, Həmrəylik və qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində əlavə bir addım olan Azərbaycanın bu təşəbbüsünü dəstəklədiyinə görə Qoşulmama Hərəkatına üzv olan dövlətlərə minnətdarlığımı bildirirəm. Ölkə başçımız əminliyini bildirdi ki, yaradılan parlament şəbəkəsi təkcə ölkələrimiz arasında həmrəyliyə töhfə verməyəcək, eyni zamanda, dünyanın müxtəlif parlament təşkilatları ilə sıx iş münasibətləri quracaq.
Dövlətimizin Başçısı Azərbaycanın Qoşulmama Hərəkatına üzv olma tarixindən,üzv dövlətlərin nədən Azərbaycanı dəstəklədiyini, Azərbaycan üzv dövlətlərin inam və etimadını qazanma səbəblərindən söhbət açdı. Pezidentimiz qeyd etdi ki, fəaliyyətimizin ilk günlərindən Azərbaycan Qoşulmama Hərəkatının bütün təşəbbüslərinə çox fəal cəlb olunmuşdur.Məhz bunun nəticəsidir ki, Qoşulmama Hərəkatına sədrliyimizin yenə də 120 ölkənin yekdil qərarı ilə 2023-cü ilin axırına kimi uzadılmışdır.Bu ölkəmizə böyük bir hörmət və fəaliyyətimizin yüksək qiymətləndirilməsinin əlamətidir.
Bütün dünya şahidi oldu və olur ki, Qoşulmama Hərəkatının sədri olaraq Azərbaycan hər zaman ədalətsizliyə, beynəlxalq hüququn pozulmasına, müxtəlif münaqişələrə qarşı sərgilənən selektiv yanaşmaya və ayrıseçkiliyə qarşı mübarizə aparıb. Prezidentimiz cənab İlham Əliyevində çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan dünyada ən böyük ədalətsizliklə üzləşmiş ölkələrdən biri idi. Ərazimizin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsi etnik təmizləmə ilə nəticələndi. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşdü.
Erməni vandalizmini, barbarlığını bir daha konfrans iştirakçılarının diqqətinə çatdıran Dövlət başçımız onuda qeyd etdi ki, bizim tarixi və dini irsimiz erməni işğalçıları tərəfindən yer üzündən silinib. Bu gün azad olunmuş ərazilərə səfər edənlər bu barbarlığın və vandalizmin şahidi ola bilərlər. Məscidlərimizin təhqiri, mədəni və dini abidələrimizin dağıdılması – bunlar faktlardır və bunu heç kəs görməzdən gələ bilməz. Ermənipərəst qüvvələr nə qədər də bunu görməzdən gəlməyə çalışsalar da, buna müvəffəq ola bilmirlər.
Qarabağ münaqişəsinin ədalətli həll edilməsi üçün 1992-ci ildə təsis edilən ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinə toxunan cənab İlham Əliyev qeyd etdi ki, bu qurum 30 ilə yaxın bir müddətdə münaqişənin həll edilməsi üçün heç bir iş görmətdi, əksinə Minsk qrupu bu münaqişənin əbədi olmasını istəyənlərin əlində alətə çevrildi. Bu gün Azərbaycanın münaqişəni həll etməsindən, işğala son qoymasından, özünün ərazi bütövlüyünü hərbi-siyasi yollarla bərpa etməsindən sonra Minsk qrupuna ehtiyac yoxdur. Prezidentimiz çıxışı zamanı onu da qeyd etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir ki, orada erməni qoşunlarının bizim ərazimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin bu qətnamələr 28 il ərzində kağız üzərində qaldı. Əgər cəsur azərbaycanlı hərbçilər torpaqlarımızı azad etməsə idi həmin qətnamələr yəqin ki, daha 28 il ərzində kağız üzərində qalacaqdı. Ölkə başçımız haqlı olaraq qeyd etdi kİ, BMT-nin və onun Təhlükəsizlik Şurası çərçivəsində islahatların aparılması məsələsi vacibdir və bu məsələ gündəmə gətirilməlidir.
Beləliklə,cənab İlham Əliyevin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransdakı çıxışı yeni yaranan reallıqları, əhəmiyyətli məsələləri qabartması ilə yadda qaldı və eyni zamanda bu çıxış Preziedntimizin heç kimdən çəkinmədən tam müstəqil siyasət yürütdüyünü bir daha nümayiş etdirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: