xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının ədalətli mübarizəsini dəstəkləyib

4-07-2022, 16:01 55 dəfə baxılıb

Qoşulmama Hərəkatının üzv dövlətləri Azərbaycan xalqının  ədalətli mübarizəsini dəstəkləyib






Dünyanın 120 ölkəsini özündə birləşdirən Qoşulmama Hərəkatı səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olmaqla bərabər, beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. Bu təşkilatın əsas məqsədi üzv dövlətlər arasında sülh və sabitliyi təmin etməkdir. Bu təşkilat Birləşmiş Millətlər Təşkilatından sonra dünyanın ən çox sayda dövlətini bir araya gətirən ikinci böyük təşkilatdır.
Qoşulmama Hərəkatının beynəlxalq müstəvidə hər zaman Azərbaycana çox ciddi dəstəyi olub. İstər İkinci Qarabağ müharibəsindən əvvəl, istərsədə sonra bu təşkilatın üzvləri arasında Azərbaycanın haqlı davasında ölkəmizin mövqeyini dəstəkləyənlər olub. Azərbaycan Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Qoşulmama Hərəkatı tərəfindən ölkəmizə olan etimadın və dövlətimizin artan nüfuzunun göstəricisidir ki, qısa müddət ərzində üzv olmasına baxmayaraq, üzv dövlətlər tərəfindən yekdilliklə Azərbaycanın bu təşkilata sədrliyi dəstəklənib. Qoşulmama Hərəkatının Azərbaycan üçün önəmini artıran amillərdən biri də bu təşkilatın prinsiplərinin ölkəmizin xarici siyasət prioritetləri ilə tam üst-üstə düşməsidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurlu və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan təkcə regionun lideri olmaqla bərabər, eyni zamanda artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilmişdir. Dünyanın mühüm təşkilatlarından biri Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatın sədri olması və üzərinə düşən missiyanı uğurla yerinə yetirməsi, beynəlxalq təşkilatlarda göstərdiyi qətiyyətli mövqe nəticəsində böyük dövlətlər Azərbaycanla artıq daha sıx tərəfdaşlıq etmək niyyətində olduqlarını bəyan ediblər. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi COVID-19 ilə üst-üstə düşdü və Azərbaycan beynəlxalq arenada bu xəstəliklə mübarizədə öz rolunu fəal oynayan ölkələrdən biri idi. 2020-ci ilin əvvəlində COVID-19 pandemiyasına məruz qaldığı dövrdə Azərbaycan Hərəkatda sədrliyinə məsuliyyətlə yanaşaraq pandemiya nəticəsində yaranmış təhdidlərə vaxtında və adekvat cavab verilməsi üçün ciddi səylər göstərdi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu günlərdə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak edib. Dövlət başçısı qeyd edib ki, 2011-ci ildə Qoşulmama Hərəkatı ailəsinə qoşulan Azərbaycan hər zaman həmrəylik, qarşılıqlı dəstək və Bandunq prinsiplərinin təşviqinə töhfəsini verməyə çalışıb.
Dövlət başçısı regional mövzular və qlobal məsələlərdə hər zaman Qoşulmama Hərəkatının üzv dövlətlərinin böyük dəstəyinin şahidi olduğunu vurğulayaraq, Azərbaycana Qoşulmama Hərəkatına sədrliyin verilməsi və sonra da onun uzadılması ilə bağlı yekdil qərar ölkələrin Azərbaycana olan münasibətini aydın nümayiş etdirirdi.
Azərbaycanın Qoşulmama Hərəkatında üzvlüyünün ilk günlərindən bu təşkilat ölkəmizin suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını birmənalı şəkildə dəstəkləyib, qəbul olunmuş bütün sənədlərdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini məhz həmin prinsiplər əsasında nizamlamağa çağırıb. Bu fakt 2019-cu ilin iyul ayında Qoşulmama Hərəkatı təşkilatının Nazirlər Şurasının iclasında qəbul olunmuş yekun sənəddə də öz əksini tapıb.
Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatımızın institusional inkişafına və bəlkə də müəyyən mərhələdə onu təşkilata çevrilməsinə yönəlib. Qoşulmama Hərəkatının Sədri kimi Azərbaycan beynəlxalq münasibətlərdəki qlobal çağırışların həlli istiqamətində Hərəkatın rolunun daha da gücləndirilməsi, habelə ədalətin, beynəlxalq hüququn və Qoşulmama Hərəkatına üzv dövlətlərin maraqlarının müdafiəsi istiqamətində səylərini əsirgəməyəcəkdir.



Vüqar Usubov,
Salyan rayon Marışlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi