Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alırlar
29-06-2021, 12:51
216 dəfə baxılıb
Yel qayadan nə apara bilər?
Azərbaycanda hal-hazırda minlərlə xəbər saytları, portallar, informasiya agentlikləri fəaliyyət göstərir.
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərov haqqında bəzi jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alırlar. Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərovdur.
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərov daima dövlətə, dövlətçiliyə və prezidentinə sadiq insansıdır və elə də qalacaq.
İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o heç vaxt yaltaq və ikiüzlü olmayıb. O, vətəni, dövləti, xalqı uğrunda qan, dostu uğrunda qöz yaşı, ailəsi uğrunda tər tökən əqidə adamıdır.
Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Əsgərov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Yusif Əsgərov bu işin müqəddəsliyini qoruyub saxlayır. Yusif Əsgərov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Sorğu apardıq ağız dolusu Yusif Əsgərovdan danışdılar yaxşı ki, Yusif Əsgərov Abşeron Suvarma Sistemləri İdarəsinin rəisidir… Yusif Əsgərov öz isguzarlığı ilə tanınır və seçilir….
Yusif Əsgərov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Heç bir qüvvə Yusif Əsgərovu heç vaxt əqidəsindən döndərə bilməz.
Yusif Əsgərov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!
Yusif Əsgərov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!
Yusif Əsgərov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!
Prezident İlham Əliyevdən nümunə götürən Yusif Əsgərovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!
Yusif Əsgərov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!
Yusif Əsgərov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Ona etibar edilən bütün işlərdə Yusif Əsgərov özünü doğruldub. Bizdə hörmətli Yusif Əsgərovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR