xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Əbülfət Qocayev: Müstəqil Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək

11-01-2021, 11:33 236 dəfə baxılıb

Əbülfət Qocayev: Müstəqil Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcək


“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev - Eşq olsun Azərbacan Əsgərinə, 2020-ci ilin yekununa "Nidanı" sən qoydun Azərbaycan əsgəri. Bu, o nidadir ki, Cənab prezident Müzəffər Ordumuzun Ali Baş Komandanı İlham Əliyev "Qarabağ Azərbaycandır və Nida" demişdi. 2020-ci ilin yekunu ifadəsinə boşuna diqqət çəkmədim. Bəlkə də 2020-ci ilin ən həyəcan verici cümləsini seçmək istəsək müharibə dövründə bu cümlə "Prezident İlham Əliyev xalqa müraciət edəcək" cümləsi olar. O anları yaşayarkən hər bir Azərbaycan vətəndaşının Cənab Prezident müraciət edən zaman ən vacib işlərini belə dayandırıb televiziya qarşısında necə həyəcanla müraciəti izləməsinin şahidi olmuşuq və o möhtəşəm anları birlikdə yaşamışıq. Bütün bu hadisələrin və müraciətlərin yekunu olaraq diqqətimizi Cənab Prezidentin 2020-ci ilin yekununa həsr olunan müşavirədəki çıxışa çəkmək istəyirəm.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edərkən bir sıra mühüm məqamları qeyd etmişdir. Cənab Prezident nitqi zamanı söyləmişdir ki, son 30 ilin əsas yekunu torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan 44 gün ərzində tarixi Qələbə qazanaraq öz torpaqlarını azad etdi,düşmənə sarsıdıcı zərbələr endirdi, Ermənistanı məğlub etdi. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi. Şanlı Qələbəmiz bizim güclü iradəmizi, xalqımızın güclü əzmini bütün dünyaya nümayiş etdirdi, Azərbaycan dövlətinin gücünü nümayiş etdirdi. Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Azərbaycan tarixdə heç vaxt bu qədər güclü olmamışdır. Azərbaycanın dövlətinin gücü yürüdülən siyasət, iqtisadi uğurlar, xalq-iqtidar birliyi, hərbi qüdrəti, regionda oynadığı müsbət roldan qaynaqlanır. Biz bu gücdən istifadə edərək qarşımızda duran əsas vəzifəni şərəflə yerinə yetirdik. Ermənistan ordusu 44 gün ərzində darmadağın edildi, Ermənistan ordusu yoxdur. Ermənistan faktiki olaraq diz çökdü, məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Bu Qələbə tarixdə əbədi qalacaq. Bu Qələbə bütün dünyaya sübut etdi ki, Azərbaycan dövlətinin sözü ilə əməli arasında heç bir fərq yoxdur.
Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq, dünyada kifayət qədər güclü erməni lobbisi olmasına, bir çox aparıcı dövlətlərin Ermənistanı dəstəkləməsinə baxmayaraq Azərbaycan dövləti öz vədini yerinə yetirdi. Bizim gücümüz, iradəmiz qarşısında Ermənistana verilən dəstək sıfıra bərabər oldu. Azərbaycan ordusu Ermənistan öz alçaldıcı məğlubiyyətini etiraf edib, diz çökdükdən, ağ bayraq qaldırdıqdan sonra dayanıb. Biz tarixi ədaləti bərpa etdik. Biz bütün dünyaya gücümüzü göstərdik. Azərbaycan müharibə aparılmasını tənzimləyən konvensiyalara, beynəlxalq humanitar hüquqa əməl edərək Ermənistan ərazisinə girmədi, dünyaya ədalətli, əxlaqlı orduya malik olduğunu göstərdi Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq. Ermənistanın 30 il davam edən işğalçılıq siyasətinə son qoyuldu və tarixi ədalət bərpa edildi.
Prezident cənab İlham Əliyevin çıxışlarında dəfələrlə vurğuladığı və 30 il boyunca danışıqlar zamanı səslənən fikirlər tarixi Azərbaycan torpaqlarında heç vaxt ikinci erməni dövləti yaradılmayacaq, heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq, Azərbaycan münaqişəni istənilən yolla həll edəcək, fikirləri 44 günlük müharibənin nəticəsində öz təsdiqi tapdı. Prezident cənab İlham Əliyev çıxışındı müharibədən sonra 10 noyabr bəyannaməsinə görə bölgəyə yerləşdirilmiş sülhməramlıların funksiyasından və gördüyü işlərdən də danışdı. Cənab prezident vurğulayıb ki Sülhməramlı qüvvələrin Fransa nümayəndə heyətinin Qarabağa getməsinə icazə verməsi anlaşılmazdır. Ermənistan xarici işlər nazirinin Qarabağa qanunsuz səfərində sülhməramlıların rolu məsələsinə də toxunub. Ermənistanın xarici işlər nazirinin Xankəndidə nə işi var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Azərbaycana xəbərsiz edilən bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. Qırmızı Xaç istisna olmaqla, heç bir beynəlxalq təşkilat oraya gedə bilməz. Sülhməramlı qüvvələrin funksiyası noyabrın 10-da təsbit edildi. Sülhməramlıların humanitar işlərlə məşğul olması imzalanmış bəyanatda təsbit edilməsə də, Azərbaycan buna göz yumur. Çünki orada insanlar yaşayır, müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır.Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Noyabrın 10-da imzalanmış bəyanat gələcək fəaliyyət üçün əsas olmalıdır. Bu bəyanatdan başqa, hər hansı bir digər sənəd imzalanmayıb. Çıxışdan da aydın olduğu kimi Cənab prezident böyük humanistlik göstərir və özü də göstərdiyi bu humansitliyin fərqindədir və haqlı olaraq vurgulayır ki "Biz bir çox hallarda humanistlik göstərmişik və Ermənistan tərəfi bunu qiymətləndirməlidir".
Bütün dünyaya bəllidir hətta ermənilərin özləri də çox gözəl bilirlər ki tarix boyu erməni dövləti mövcud olmasada erməni xalqı olub. Ermənilər haqqında böyük sərkərdə Teymur Ləngin, rus ədibi A. S. Puşkinin və bir sıra dünya miqyaslı tanınmış ədiblərin söylədikləri mənfi və eyni zamanda doğru fikirləri təkrarlamaq istəmirəm yeniləmək istəyirəm. Cənab Prezidentin "Biz özümüzü ermənilər kimi apara bilmərik, biz azərbaycanlıyıq, biz özümüzə hörmət edən xalqıq" deməsi erməniləri tam dolğun xarakterizə etməyə kifayət edəcək qədər müəkəmməl deyim olmasıyla yanaşı ermənilər haqqında söylənmiş mənfi sloqan kimi tarixlərdə uzun müddət qalacaq.

Ölkədə baş verənləri davamlı olaraq doğru-dürüst araşdırıb ictimaiyyəti dolğun məlumatlandıran KİV-lərin sayı günbəgün azalmaqdadır. Əslində özünü qərəzsiz hesab edən kiv istənilən situasiyada onu izləyənləri heyrətləndirməyi bacarmalıdır. Müasir jurnalistika texniki imkanlardan yararlanmaqla ən gizli saxlanılmış mövzuları cəmiyyətin üzünə açmaq iqtidarında olmalıdır. İctimaiyyətə təqdim olunan istənilən mövzu səmimi və qərəzsiz olmalıdır. Ancaq çox təəssüf ki, günümüzdə özünə əziyyət vermədən, heç bir araşdırma filan aparmadan, qeyri ciddi yazılar dərc edib, özünü cəmiyyətə operativ və qərəzsiz medya nümayəndəsi kimi sırımaq istəyənlər var.

Burada akademik olmağa ehtiyac yoxdur. Hər şey gün kimi aydındır. Yaxşı əgər obyektivlikdən söhbət gedirsə onda nədən əyriyə düz, düzə əyri deyilir? Əgər dəqiq qərəzsiz jurnalistikadan söhbət gedirsə,onda harda qaldı bu qərəzsizlik? Bu yazılanların qərəzlə ortaya çıxdığını kimsə də bilməsə şəxsən Xezerinformasiya.com olaraq biz bilirik. Onu da bildirək ki, uzun müddətdir xarab olmuş qramafon kimi eyni mövzunu təkrarlayan media orqanları isə hələ də bu şəxsin adından istifadə edirlər. Halbu ki, həmin çeynənmiş yazılarda göstərilən məlumatlar, “Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev haqqında iftira və böhtanlarla bağlı məsələ məhkəmə predmeti də olmuş və nəticədə deyilənlərin təsdiqini tapmaması bəlli olmuşdur.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, “Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayevdir.

“Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Əbülfət Qocayev peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Əbülfət Qocayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Əbülfət Qocayev kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Gunxeber.az olaraq sorğu apardıq ağız dolusu Əbülfət Qocayevdən danışdılar yaxşı ki, Əbülfət Qocayev “Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri təyin olunub… Əbülfət Qocayev öz isguzarlığı ilə tanınır və seçilir….

Əbülfət Qocayev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Əbülfət Qocayevi heç vaxt əqidəsindən döndərə bilməz.

Əbülfət Qocayev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Əbülfət Qocayev yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Əbülfət Qocayev ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Əbülfət Qocayevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Əbülfət Qocayev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Əbülfət Qocayev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “Meyvəli” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Əbülfət Qocayev özünü doğruldub. Bizdə hörmətli Əbülfət Qocayevi dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar başarılar diləyirik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi