Bəzi sayt rəhbərləri əsası olmayan şantaj xarakterli yazılar dərc edir - Bulat Ağabəyov
9-04-2021, 11:34
747 dəfə baxılıb
Jurnalistlərin ağlına nə gəldi onu da qələmdə alır
Bəzi media qurumlarında adı çəkilən vəzifə sahibi haqda xoşagəlməz məqalələr dərc olunur. Elə ki, bu yöndə bir qədər araşdırmalar aparırıq, o halda dərc olunan məqalələrin sifarişlər əsasında işıq üzü gördüyü bəlli olur. Bu da onu söyləməyə əsas verir ki, Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyovla bağlı məqalə dərc edən KİV nümayəndələri hansısa qruplaşmanın “muzdlu nökər”inə çevrildiklərindən, məhz belə bir addımlarını atırlar. Ona görə də, “muzdlu nökər”ə çevrilən həmin şəxslərə məsləhət görürük ki, gözlərinizi silin və ətrafa açıq gözlə baxın ki, ağı qaradan seçməyi bacara biləsiniz. Yoxsa, ...
Onu da unutmaq olmaz ki, Bulat Ağabəyov həyat yolu parlaq olan simalardan biridir və ona qarşı yönəlik addımlar, hər kəs tərəfindən ikrah hissi ilə qarşılanır. Bulat Ağabəyov bəzi vəzifə sahiblərindən fərqli olaraq oliqarx məmur deyil, sadə həyat tərzi keçirən bir şəxsdir. Əldə etdiyimiz məlumatlara görə, o, bir çoxları kimi hansısa vəzifəyə sahib olmaq uğurunda mübarizə aparmayıb, məhz ona daşıdığı vəzifəsi həvalə olunub. Bu da adı çəkilən vəzifə sahibinə rəhbərliyin bəslədiyi münasibətdən irəli gələn addımdır. Odur ki, bu şəxs haqda şər-böhtan yazmaq, barəsində əsassız açıqlamalar dərc etdirmək, əslində şərəfsizlikdir. Həmçinin belə bir şəxsin məmur nüfuzuna xələl gətirməyə çalışmaq, heç bir fakta, sübuta əsaslanmadan şantaj xarakterli məlumatlar yaymaq və s. onu sübut edir ki, məqalə müəllifləri çirkin məqsədlərə xidmət edirlər. Guya "Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi dövlət büdcəsindən ayrılan vəsaitləri harasa xərcləyir". Apardığımız araşdırma zamanı o da məlum oldu ki, əsassız açıqlamalar dərc edən saytlar bəzi vəzifə sahiblərinin sifarişlərini yerinə yetirirlər, amma onu dərk etmirlər ki, onlar heç də uzağa gedə bilməyəcəklər.
Baş Mil-Muğan Kollektoru İstismarı İdarəsinin rəisi Bulat Ağabəyov - 44 gündə 30 illik ədalətsizliyə son qoyuldu
2021 –ci il 31 mart tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının qeyri –formal zirvə görüşü keçirildi. Görüşdə Cənab Prezidentimizin qalib ölkənin Ali Baş Komandanı olaraq iştirakı Azərbaycan vətəndaşı olaraq hər birimizin qəlbində fəxarət hissi oyatdı. Hörmətli Prezidentimiz 44 günlük zəfərimizdən və bu müharibəyə qədərki 30 illik nəticəsiz qalan danışıqlar prosesindən danışdı. Cənab Prezident beynəlxalq təşkilatların bu münaqişnin həlli üçün heç bir fəaliyyət göstərmədiyini xüsusilə qeyd etdi, Minsk Qrupunun yarıtmaz fəaliyyəti, Ermənistana qarşı heç bir sanksiya tətbiq etməməsi, cinayətkar dövlətə qarşı təzyiq göstərməməsini pislədi. Cənab Ali Baş Komandan Ermənistanın danışıqlar prosesini uzatmasını , eyni zamanda son iki ildə işğalçı ölkə rəhbərlərinin “Qarabağ Azərbaycandır!“ deməklə təxribatçı çıxışlarla danışıqları mənasız etdiyini qeyd etdi. Şuşaya qondarma dövlətin parlamentinin köçürülmək və andiçmə mərasimi keçirilməsi xalqımızın heysiyyatına və mənliyinə toxunmaq idi. 2020-ci il iyul ayında Tovuz rayonu ərazisində ermənilərin növbəti təxribatı Azərbaycan xalqının səbrini tarıma çəkdi . Xalqımız və dövlətimiz bu işğalla heç bir vaxt barışmamışdı. Buna görə də minlərlə Azərbaycan vətəndaşı Ali Baş Komandanla birlik nümayiş etdirdi və könüllü cəbhəyə yazıldı.
Nəhayət, 2020 –ci ilin 27 sentyabrında mənfur düşmənin növbəti təxribatı münaqişənin hərbi yolla həllini labüd etdi. Azərbaycan ordusu başda Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla 44 gündə 30 illik ədalətsizliyə son qoydu. Müzəffər ordumuzun gücü ilə qələbə qazandıq . Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi zəfərimiz xalqımızın tarixində qızıl səhifədir. Bu zəfərə imza atan Azərbaycan dövləti və xalqı bütün türk dünyasını birləşdirdi. Zəngəzur dəhlizi bütün türk dünyasının birlik simvolu olacaq.
İndi minlərlə şəhid və qazimizin qanı ilə suvarılan yurdumuza dönürük. Bu dönüşümüzlə şəhidlərin müqəddəs ruhlarını sevindirməli, Qarabağımızı gülüstana çevirməliyik. Böyük qayıdışımızla düşmənə göz dağı verməli , bir daha Vətənimizə yağı əlinin uzanmasına yol verməməliyik.
Zəfərin mübarək, Azərbaycan!.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR