Ramiz Şabanov: Artıq Şuşasız günlər arxada qalıb!
18-05-2021, 13:07
203 dəfə baxılıb
Tərtər rayonunda inzibati binalarda dezinfeksiya işləri davam etdirilir
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının inzibati binalarında dezinfeksiya işləri davam etdirilib.
Tərtərdə yeni asfalt örtüyü salınmış yollarda nişanlama xətlərinin çəkilişi işləri aparılır
44 günlük Vətən müharibəsi dövründə düşmənin Tərtər rayonunun ərazisini intensiv raket və artilleriya atəşinə tutması nəticəsində yol infrastrukturuna da ciddi ziyan dəymişdir. Dəymiş ziyanın aradan qaldırılması üçün Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncam və tapşırıqlarına əsasən rayonda yol infrastrukturunun yenidənqurulması işləri surətlə davam etdirilir. Hazırda Tərtər şəhərində yeni asfalt örtüyü salınmış küçələrdə üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılır.
Tərtərdə şəhidlərin xatirəsinə ucaldılmış abidənin açılışı olub
Tərtər rayonunun Evoğlu kəndində Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş “Şəhidlər bulağı” və “Şəhidlərə xatirə” abidəsinin açılışı olub.
Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, müharibə veteranları, kənd sakinləri ilə birgə əvvəlcə “Şəhidlər bulağı”nda, sonra isə “Şəhidlərə xatirə” abidəsində olub, hər iki abidəyə gül-çiçək dəstələri qoyub, Vətən uğrunda şəhid olan oğulların xatirəsini yad ediblər.
Tədbirdə 44 günlük Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyi, Böyük Qələbənin tarixi əhəmiyyəti xüsusi qeyd olunub. Bildirilib ki, Vətən müharibəsində Tərtər rayonuna 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Ancaq tərtərlilər bir gün də öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, evləri dağılsa da, şəhidlər verilsə də ön cəbhədə olduğu kimi arxa cəbhədə də qəhrəmanlıq, şücayət göstəriblər.
Tədbirdə çıxış edənlər Azərbaycan ordusunun qüdrətindən, hərbiçilərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıqlardan, xalqla ordunun monolit birliyindən bəhs ediblər. Bir fikir vurğulanıb “Şəhidlər ölməz, Vətən bölünməz”. Şanlı Zəfər tarixini yazan Vətən oğulları bütün Azərbaycan xalqının hər zaman qəlbində yaşayacaq.
Sakinlər şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə və Birinci vitse prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Tərtər rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov - Tarixçi Mirzə Adıgözəl bəy yazır ki, xanlığın mərkəzi olacaq yeni şəhərin yerini müəyyənləşdirmək üçün Pənahəli xan fərqli mənbələrdə 3 quyu qazmağı buyurdu. Sonuncu cəhd uğurlu oldu; göz yaşı kimi dumduru çeşmə cari oldu. Vətən torpağında yeni şəhər yüksəlirdi...Şuşa! Təbiətimizin dilbər guşəsi, mədəniyyətimizin beşiyi, istiqlaliyyətimizin uca qalası!..
“Qarabağnamə” müəlliflərinin göstərdiyi kimi tarixin müxtəlif dönəmlərində xaqanlara təslim olmayan Şuşa qalası aylarla mühasirədə saxlanılsa da bu cənnətməkan diyarı fəth etmək heç kimə nəsib olmamışdır. “Əgər məni qoruyan mənim tanıdığımdırsa, şüşəni daş içərisində də salamat saxlar” deyən Qarabağ xanının vəziri, şair Molla Pənah Vaqif hələ o dövrdə Şuşanın alınmaz qala olduğunu söyləmişdir.
Lakin nə acı təəssüf ki, I Qarabağ savaşında şəhər heç bir ölçüyə sığışmayan xəyanətin qurbanı oldu. Biz Şuşanı və onunla birlikdə Qarabağın qədim-qayım ellərini itirdik...
Artıq Şuşasız günlər arxada qalıb. Ali Baş Komandan İlham Əliyev cənablarının müdrik dəst-xətti ilə hazırlanmış döyüş planları əsasında, cəsur Azərbaycan əsgərinin dəqiq hədəfləri sayəsində Qarabağımız,Şuşamız azad olundu. Biz belə bir cahanşümül hadisənin müasiri olduq. Və hesab edirəm ki,biz Qarabağı qaytardıq, -desək,düz olmaz,biz Qarabağa qayıtdıq,Şuşaya qayıtdıq.
Möhtərəm Prezidentimiz, cənab Ali Baş Komandan İlham Əliyevin ölkənin birinci xanımı, vitse-prezident Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə Şuşaya səfəri xalqımızı, millətimizi duyğulandıran, sevincimizi birə-min artıran hadisə oldu. Cənab prezident bu səfəri ilə bir daha Qarabağın əbədi Azərbaycan torpağı olduğunu və olacağını bütün dünyaya nümayiş etdirdi.
Səfər çərçivəsində prezident ailəsi ilə əvvəlcə Füzuli və Xocavənd rayonlarında olmuş, mart ayının 16-sı isə qədim mədəniyyət ocağı, ən ulu arzularımızın məbədi Şuşa şəhərini ziyarət etmişdir. Bu, böyük qayıdış idi.
Məlum olduğu kimi, möhtərəm prezident artıq bu ilin yanvar ayında da Şuşaya səfər etmişdi. Lakin o vaxtdan bir çox şeylər dəyişmiş, şəhərə doğma olan bir ab-hava dolmuşdur; Natəvanın, Bülbülün, Üzeyir bəyin büstləri Şuşaya qaytarılmışdır.
Vaqifin məqbərəsində bərpa işlərinə başlanılır.Məscidlər yenidən qurulacaqdır. Şəhərin biri-birindən şəfalı bulaqları təmir ediləcəkdir.
Möhtərəm prezidentimizin Vaqifin məqbərəsi önündə söylədikləri isə onun tarixi varisliyə necə həssaslıqla yanaşmasını bir daha təsdiqləyir:
“Mən bu şəkilləri arxivdən tapmışdım. Vaqif poeziya günləri keçirilir, 1982-ci ilin yay ayında. Məqbərənin önündə ulu öndər Heydər Əliyev. İnsanlar da bax, burada, bu tədbirdə iştirak edirdilər. Keçən dəfə burada olarkən bu yerə fikir verdim və dedim ki, arxivdən şəkillər tapılsın, burada nə olub və bu şəkil tapıldı. Görürsünüz, Vaqifin təsviri bax, bu divarda olmuşdur. Mənfur düşmən bunu da sökdü, bu mərməri də sökdü. Bu da qəbirin üstündə sinə daşı idi. Vandal erməni bunu da söküb. Bunu bərpa edəcəyik. Ulu Öndərin o vaxt Şuşaya səfəri ilə əlaqədar daha bir neçə şəkil tapmışam arxivdən, mən də buradayam. Bu da Cıdır düzündə. Bunu bir dəfə göstərmişdim, Natəvan bulağının önündə. Bir şəkil də var, onu da göstərməliyəm. Burada Vaqifin büstü də var idi. Keçən dəfə Şuşada olarkən mən göstərdim ki, ermənilər büstü söküb dükan tikiblər. Bax, budur. Vaqifin büstü, Ulu Öndər də baxır. Bu büstü də bərpa edəcəyik”.
Necə də həyəcanlı, tarixi anlardır. Mənfur erməni vandalları tərəfindən viran qalmış mədəni irsimiz, tarixi abidələrimiz ikinci həyatına qayıdır, yenidən qurulur, ondan ötəri ki, bu torpaqların əzəli türk yurdu olduğunu bütün dünya bilsin, yağılar gözünü buradan bu dəfə birdəfəlik çəksin...
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR