Müstəqim Məmmədov: Azərbaycan dövlətinin siyasətinin mərkəzində ölkə vətəndaşlarının rifahı və mənafeyinin dayanmasının bariz nümunəsidir
18-08-2020, 13:00
399 dəfə baxılıb
Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Tərtər rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədovdur.
Tərtər rayon İcra Hakimiyətinin başçısı Müstəqim Məmmədov - Prezidentimiz cənab İlham Əliyevin şəhid ailələrinə diqqət və qayğısı daimidir. Müharibə şəraiti davam etsə də, Azərbaycan qüdrətli dövlətə çevrilib. Hələ müharibə şəraitində yaşaya-yaşaya Azərbaycanın hərbi büdcəsi işğalçı Ermənistanın dövlət büdcəsindən 4 dəfə artıqdır. Təkcə bu fakt hər şeyi deyir və əlavə statistik məlumatların göstərilməsinə ehtiyac yaranmır.
Prezident şəhid ailələrinə diqqət və qayğısı davamlı xarakter alıb. Müharibə əlilləri, veteranları və şəhid ailələrinin sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqından azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da çox müsbət haldır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2020-ci il iyulun 21-də Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması bir daha sübut etdi ki, ölkə başçısın diqqət və qayğısı daha da geniş vüsət alır. Prezident İlham Əliyevin əhalinin sosial problemlərinin həllinə xüsusi diqqət və qayğı göstərməsi digər sosial qruplar kimi, əlillərin də həyat şəraitinin yaxşılaşmasına, onların ictimai hüquqlarının bərpa olunmasına şərait yaradıb.
Dövlət siyasətinin mərkəzində vətəndaşlar dayanır. Müqayisə üçün deyə bilərik ki, keçən il şəhid ailələrinə 934 mənzil təqdim edilib. Bu il isə bu rəqəm 1500-ə yüksələrək daha da çox şəhid ailələrini əhatə edib. Bir daha bildirmək istəyirəm ki, şəhid ailələrinə, müharibə əlillərinə dövlət tərəfindən nəzərdə tutulmuş evlərin təqdim edilməsi üçün çox fəal iş aparılır. Bu prosedur dövlət başçısının birbaşa nəzarəti altındadır.
Prezident İlham Əliyev xalqın hər bir nümayəndəsinə diqqət və qayğı göstərir. Azərbaycan xalqı isə hər zaman öz prezidentini dəstəkləyib onun arxasında olduğunu dəfələrlə nümayiş etdirir.
Tərtər rayonu ərazisində mütəmadi olaraq dezinfeksiya işləri aparılır
Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyələrinə uyğun olaraq koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə rayonun mərkəzi küçə və prospektləri, ictimai iaşə obyektləri və insanların çoxluq təşkil etdiyi yerlərdə dezinfeksiya işləri aparılmışdır.
Tərtər rayonunda koronavirus infeksiyasına qarşı inzibati binalarda dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir
Tərtər rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı rayon icra hakimiyyətinin və hüquq-mühafizə orqanlarının inzibati binalarında dezinfeksiya işləri aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR