xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə görüşlər davam edir

18-02-2021, 11:51 112 dəfə baxılıb

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Vətən müharibəsi iştirakçıları və yaralılar ilə növbəti görüş keçirildi

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Rayon İcra Hakimiyyətinin başçısı Vətən müharibəsində iştirak edən və yaralanan əsgərlərlə növbəti görüş keçirdi.
Görüşdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı bildirdi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin apardığı ardıcıl siyasətin nəticəsində ordumuza daima yüksək səviyədə diqqət və qayğı göstərilir. Yaralıların səhhəti ilə yaxından maraqlanan rayon rəhbəri, dövlətimizin həmişə əsgərin yanında olduğunu bildirib, yaralılara Allahdan şəfa diləyib, tezliklə sağalıb ayağa qalxmağı, ölkəmizin həyatında fəal iştirak etməyi arzulayıb.
Müharibə iştirakçıları göstərilən yüksək diqqət və qayğına görə Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlığını bildiriblər.
Sonda rayon İcra Hakimiyyətinin başçısı düşmən qüvvələrinin məğlub edilməsində döyüş tapşırıqlarını icra edərkən yaralanan mərd əsgərlərimizə xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə bir daha Böyük Qələbə münasibətilə təbrik edərək təşəkkürnamə təqdim edib.

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Rayon İcra Hakimiyyətinin başçısı şəhidlərin ailə üzvləri və müharibə iştirakçıları ilə görüş keçirib

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Rayon İcra Hakimiyyətinin başçısı Qaraxıdır kəndində Alpout, Bəydövül, Mırtı, Alıkənd, Şəkər, Qaraxıdır, Veysəlli kəndlərindən müharibədə iştirak edən, şəhidlərin ailə üzvləri, qazilər, əsgərlər və kənd sakinləri ilə görüş keçirtmişdir.
Görüşdə rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək 2020-ci ildə ölkəmizdə siyasi, sosial və hərbi hadisələrdən əldə olunan nəticələr, qarşıda duran vəzifələr, həmçinin pandemiya dövründə aparılan mübarizə tədbirləri və ölkəmizdə o cümlədən Göyçayda 44 günlük Vətən müharibəsində göyçaylıların könüllü olaraq cəbhəyə getmələrindən, şücaətindən, qərhərmanlığından, igidliyindən və şəhidlərin dəfninin izdihamla qarşılanmasından bəhs etmişdir. Həmçinin respublikanın hər yeridə şəhid ailələrinə və qazilərə dövlət qayğısının göstərilməsi rayonumuzda da yüksək səviyyədə aparılır.
Rayon rəhbəri Şəhid adlarının əbədiləşdirilməsi və rayon İcra Hakimiyyəti başçısı yanında yaradılan komissiyaya edilən müraciətlərin araşdırılması qanuni şəkildə uyğunlaşdırılaraq adların verilməsinin barədə məlumat verdi.
Respublikamızın bütün bölgələrində olduğu kimi, Göyçay rayon Mərkəzi Xəstəxanasında da ölkədə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınması ilə bağlı rayon sakinləri arasında COVID-19-a qarşı vaksinasiya prosesinin aparılmasını qeyd etdi.
Sonra Bədyövül kənd sakini, şəhid atası Əsgərov Nurəddin Məhyəddin oğlu görüşün təşkil olunmasına görə təşəkkürünü bildirmiş və kənddə telefon xəttinin çəkilməsinə köməklik olunmasına, Bəydövül kənd sakini, şəhid qardaşı İsrayılov Natiq Sabir oğlu yaşadıqları küçənin cari təmir olunmasına görə təşəkkürünü bildirmiş və şəhid qardaşının məzarının yenilənməsini xahiş etmiş, Şəkər kənd sakini, şəhidi qardaşı Musayev Zabit Yunis oğlu həyatyan sahəsinə gələn suvarma arxının lil və çöküntülərdən təmizlənməsi, Qaraxıdır kənd sakinləri, şəhidin qardaşı Abdullayev Qəhrəman Bayram oğlu özünüməşğulluq proqramına qoşularaq mal-qara alınmasına köməklik göstərilməsi, kənd ağsaqqalları Həbullahov Kəmaləddin Abdul oğlu kəndin suvarma arxının lil və çöküntülərdən təmizlənməsi, İbrahimov Rauf Rəşid oğlu kənd sakinlərinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər. Alpout kənd sakini, qazi Şirəlizadə Ramin Mətləb oğlu kəndin suvarma arxının texnika vasitəsi ilə lil və çöküntülərdən təmizlənməsi barədə müraciət etmişdir.
Çıxış edən şəhid ailərinin üzvləri şəhidlərimizin adlarının əbədiləşdirilməsi ilə bağlı rayon İcra Hakimiyyəti başçısı yanında yaradılmış komissiyanın işindən razı olduqlarını bildirdilər.
Sakinləri narahat edən məsələlər ətrafında müzakirələr aparılmış, qaldırılan məsələlərə aydınlıq gətirilmiş, onların tez bir zamanda həlli ilə əlaqədar rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti qurum rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Həmçinin, rayon rəhbəri idarə, müəssisə, təşkilat rəhbərləri və digər məsul şəxslərdən onlara müraciət edən hər bir vətəndaşın bu və ya digər problemlərinin daim diqqətdə saxlanmasının vacib olduğunu bir daha nəzərə çatdırmışdır.

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Rayon İcra Hakimiyyətinin başçısı fəaliyyətə başlamış körpələr evi-uşaq bağçalarına baxış keçirib

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq 15 fevral 2021-ci il tarixindən rayon və şəhərlərdə fəaliyyət göstərən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
16 fevral 2021-ci il tarixdə rayon İcra Hakimiyyətinin başçısı uşaq bağçalarının fəaliyyətə başlamasından sonra bağçalarda koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı görülmüş işlərlə yerində tanış olmaq üçün Cəyirli kənd uşaq bağçasında olmuşdur.
Bildirilmişdir ki, rayon ərazisində fəaliyyətə başlamış körpələr evi- uşaq bağçalarında dezinfeksiya tədbirləri tamamilə başa çatdırılıb, təmizlik abadlıq işləri görülmüşdür.
Bütün bağçalarda koronavirus (COVİD-19) pandemiyası üçün nəzərdə tutulan maarifləndirici məlumatlar paylanılmış, vətəndaşların görə biləcəyi və oxuya bildikləri yerlərə maarifləndirici məlumatlar asılmışdır. Körpələrin koronavirus (COVİD-19) pandemiyasından qorunma qaydalarına riayət edilməsinə nəzarət daim diqqət mərkəzində saxlanılır.
Rayon İcra Hakimiyyəti tərəfindən məktəbəqədər təhsil müəssisələrində gündəlik monitorinqlər keçiriləcək və karantin rejimi dövründə müvafiq qaydalara riayət edilməsi ilə bağlı zəruri tədbirlər görülür.

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir
Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Şəhid adlarının əbədiləşdirilməsi ilə bağlı tədbirlər davam etdirilir

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir


Rayon İcra Hakimiyyəti başçısının sədrliyi ilə hüquq mühafizə orqanlarının rayon şöbələrinin, idarə, müəssisə rəhbərlərinin və şəhid ailə üzvlərinin iştirakı ilə şəhid adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə iclas keçirilmişdir.
İclasda qeyd olundu ki, ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur, onların adlarının əbədiləşdirilməsi üçün müvafiq tədbirlər həyata keçirilir və şəhid adlarının əbədiləşdirilməsi məsələlər diqqətdə saxlanılır. Şəhid adlarının küçələrə, təhsil müəssisələrinə və mədəniyyət ocaqlarına verilməsi ilə bağlı rayon icra hakimiyyətinə vətəndaşlardan və şəhidlərin ailə üzvlərindən müraciətlər daxil olmaqdadır.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən oğullarının adının əbədiləşdirilməsi ilə bağlı qərarlar qəbul olunarkən müzakirələrin aparılması, ictimaiyyət nümayəndələrinin fikirlərinin nəzərə alınması daha məqsədəmüvafiq hesab olunur.
Bu məqsədlə rayon icra hakimiyyəti başçsının sərəncamına əsasən müvafiq komissiya yaradılmış, komissiyada rayon icra hakimiyyəti başçsı aparatının vəzifəli şəxslər ilə yanaşı, din xadimləri, ictimaiyyət nümayəndələri və şəhid anası təmsil olunur.
Şəhid adının əbədişləşdirilməsi barədə qərarlar qəbul olunarkən qanunvericiliyin tələbləri də nəzərə alınmalıdır. Bu məsələlərlə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları» mövcuddur. Həmin Qaydaların 3.1.2-ci maddəsinə əsasən yerli icra hakimiyyəti orqanları Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adları küçələrə, meydanlara verilə bilər.
Komissiyanın iclasında komissiya üzvlərinin təklifləri dinlənildi və müvafiq qərar qəbul olundu.

Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir Göyçayda Vətən müharibəsi iştirakçıları və yaralılar ilə  görüşlər davam edir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi