xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir

15-01-2021, 09:42 158 dəfə baxılıb

Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir


Salyanda Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşlər davam etdirilir

Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir, onların problem və qayğıları ilə maraqlanırlar. 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının şanlı zəfər tarixidir. Bu tarix Azərbaycan əsgərinin qanı, canı bahasına əldə edilmişdir. Zəfər tariximizin əbədiyyətə qovuşan simaları arasında Salyanın 58 şəhidi də vardır. Görüşdə şəhidin yaxınları övladlarının keçdikləri döyüş yolundan söz açmış, onlarla bağlı xatirələrini bölüşmüşlər. İcra Hakimiyyətinin nümayəndələri şəhid ailələrinin problemləri və onları narahat edən məsələlərlə də maraqlanmışlar. Göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə edən şəhid ailələri, onları narahat edən məsələlərin də qısa müddət ərzində həll olunacağına ümid etdiklərini bildirmişlər. Qeyd edək ki, bundan sonra da rayon İcra Hakimiyyətinin nümayndələri tərəfindən şəhid ailələrinə ziyarətlər müntəzəm olaraq davam etdiriləcəkdir.

Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edirSalyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir
Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri Vətən müharibəsi şəhidlərinin ailələrini müntəzəm olaraq ziyarət edir


Salyan rayon başçının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəşad Cəbrayılov - İmzalanan üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addımdır. Məlum olduğu kimi yanvar ayının 11-də Rusiya Fedarsiyasının paytaxtı Moskva şəhərində Rusiya prezidenti cənab Vladimir Putin təşəbbüsü ilə Azərbaycan prezidenti cənab cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev Rusiyanın paytaxtına qalib ölkənin Ali Baş Komandanı kimi səfər etdi və istər üçtərəfli görüşdə, istərsə də mətbuat konfransında özünə əminliyini ifadə edərək münaqişənin artıq arxada qaldığını bəyan etdi.
30 ilə yaxın Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində uzun müddət idi ki, Cənubi Qafqaz istənilən zaman partlaya biləcək barıt çəlləyinə bənzəyirdi. Ermənistan ardıcıl strateji hədəflərinə əsasən xarici havadarlarının birbaşa köməyi ilə 200 ilə yaxın idi ki, Azərbaycan torpaqlarının işğalı ilə məşqul idilər. Hətta 2018-ci ildən başlayaraq “yeni müharibə - yeni ərazilər” iddiasını irəli sürmüşdülər. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin Ermənistanı cəzalandırmaması, onu himayə etməsi nəticəsində baş verirdi.
Ötən ilin sentyabr ayının 27-də başlayan hərbi əməliyyatlar ermənilərin və onun havadarlarının iddiasına həmişəlik zərbə vuraraq regionda yeni reallığın başlanğıcını qoydu. Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli, regionda Azərbaycanın başçılığı altında yeni geosiyasi və geoiqtisadi konfiqurasiyasının formalaşmasının şahidi olmaqdayıq. Beləliklə 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli Bəyanatı Cənubi Qafqazda yeni mərhələnin başlanğıcını qoydu. Nəhayət, Ermənistan Azərbaycan qarşısında diz çökərək ölkəmizin şərtlərini qəbul etməli oldu və kapitulyasiya aktına imza atdı.
11 yanvarda Moskvada Rusiya Prezidenti cənab Vladimir Putin, Azərbaycan Prezidenti cənab İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və imzalanan Bəyanat xüsusi aktuallıq təşkil edirdi. Belə ki, Moskva görüşündə əldə edilmiş razılaşmaya əsasən, regionda tamamilə yeni geoiqtisadi mənzərə yaranacaq, yeni nəqliyyat kommunikasiyaları reallaşdırılacaq. Mehri vasitəsilə Türkiyə-Naxçıvan-Azərbaycanın əsas hissəsi, Azərbaycan vasitəsilə Ermənistan-İran və Ermənistan-Rusiya nəqliyyat xətlərinin bərpası bunun bariz nümunəsidir.Nəqliyyat-kommunikasiya sahəsində əldə edilmiş razılaşma sözsüz ki, separatçı və təxribatçı erməni qrupları üçün böyük zərbədir. Ermənistanın İran və Rusiya ilə Azərbaycan vasitəsilə kommunikasiya əlaqələrinin bərpası Nikol Paşinyan tərəfindən təslimçiliyin bariz nümunəsidir.
Azərbaycan və Rusiya prezidentlərinin mətbuata açıqlamasında və hər üç ölkə rəhbərinin imzaladığı yeni Birgə Bəyanatda bu iki məsələ ilə bağlı bir kəlmənin də yer almaması onu göstərir ki, Paşinyanın qaldırdığı məsələlər üzrə heç bir razılıq əldə olunmayıb. Eyni zamanda Minsk Qrupu çərçivəsində Dağlıq Qarabağın statusuna dair müzakirələrin davam etdirilməsi ilə bağlı məsələ isə ümumiyyətlə atəşkəs bəyanatında yer almayıb. Pezident Əliyevin və prezident Putinin görüş sonrası bəyanatlarında bu məsələ ilə bağlı heç bir fikir səsləndirməməsi onu göstərir ki, Paşinyanın bu təklifi də müzakirə üçün məqbul hesab olunmayıb. Bu barədə də prezident İlham Əliyev öz qəti mövqeyini bu görüşdən xeyli əvvəl bildirib: “Heç bir status yoxdur və olmayacaq” Azərbaycan Prezidenti cənab İlham Əliyevin artıq münaqişənin keçmişdə qaldığını bildirməklə bir daha bu mövzunun spekulyasiya mövzusuna çevrilməsi cəhdinə son qoydu. Bütövlükdə imzalanan yeni üçtərəfli bəyanat regionda sabitliyin və təhlükəsizliyin davamlı olması istiqamətində atılan növbəti addım kimi qiymətləndirilməlidir.
Əldə edilmiş razılıq və birgə Bəyanat, artıq Qarabağ münaqişəsinin arxada qaldığının bariz nümunəsidir. Beləliklə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi nəticəsində Cənubi Qafqaz yeni qonşuluq münasibətlərinə qədəm qoyur. Nəqliyyat kommunikasiyalarının açılması İrəvan və Bakının maraqlarına cavab verir. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Moskvada Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçirilən üçtərəfli görüşün nəticələri ilə bağlı açıqlamasında deyib. “Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir, çünki hərbi əməliyyatların dayandırılmasından sonrakı bəyanatın bəndlərindən biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi. Bu, bölgənin inkişafına böyük dinamizm verə bilməklə yanaşı təhlükəsizliyi gücləndirə biləcək bir sahədir. Çünki nəqliyyat kommunikasiyalarının açılması Azərbaycan, Ermənistan, Rusiya xalqlarının və qonşularımızın maraqlarına cavab verir. Əminəm ki, qonşu ölkələr də nəqliyyat dəhlizlərinin yaradılmasında və bölgəmizdə geniş nəqliyyat şəbəkəsinin yaradılmasında fəal iştirak edəcəklər”, – Əliyev bildirib.
Beləliklə, 8 noyabrda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb meydanında əldə olunmuş parlaq qələbə hazırda diplomatik müstəvidə də davam etməkdədir. Qarşıda hələ daha böyük çoxsaylı qələbələrimiz olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi