xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:04 – Azərbaycan lideri: Təhlükəsizliyin etibarlı təmin olunması üçün risklərin qarşısını vaxtında almaq vacibdir 
  • 09:24 – Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb - Video 
  • 09:00 – Azərbaycanda Dövlət Suverenliyi Günüdür 
  • 18:39 – Azərbaycan lideri xanımı ilə ziyarətgahda - Fotolar 

"Bu hələ son deyil" – Netanyahu İrana qarşı yeni hücum planından danışdı

20-04-2026, 14:22 7 dəfə baxılıb



İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə Argentinanın "sionist" prezidenti Xavyer Miley ilə keçirdiyi birgə mətbuat konfransında İranla bağlı dünyanı sarsıdan bəyanatlar verib.

Netanyahu İranla müharibənin hələ başa çatmadığını və hər an yeni, gözlənilməz hadisələrin baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Netanyahu İsrailin ABŞ ilə sıx koordinasiyada İrana qarşı "sivilizasiyanın barbarlığa qarşı savaşı"nı apardığını bildirib. O vurğulayıb ki, son aylarda İranın hərbi və iqtisadi infrastrukturuna, o cümlədən polad sənayesinin 70%-nə endirilən zərbələr böyük uğur olsa da, bu, hələ son deyil.

Baş nazir regiondakı gərginliyi "partlayış həddində" kimi xarakterizə edib: "Biz böyük şeylərə nail olduq, lakin bu, hələ son deyil. Hər an yeni hadisələr baş verə bilər. Kim bilir sabah, ya birisigün nə olacaq".

Dünyanın ən radikal İsrail tərəfdarı kimi tanınan Xavyer Miley, İrana qarşı müharibədə İsrailin yanında olduqlarını və Argentinanın bu məsələdə ABŞ-la "mütləq həmrəylik" nümayiş etdirdiyini bəyan edib. O, İranı "bəşəriyyətin düşməni" adlandıraraq Argentinanın səfirliyini Qüdsə köçürmək planlarını təsdiqləyib.

Netanyahu əməliyyatların Donald Tramp ilə tam koordinasiya edildiyini və İranın hələ də zəifləmiş vəziyyətdə olduğunu bildirib. İranın Hörmüz boğazını yenidən bağlamasından dərhal sonra səslənən bu bəyanat, İsrailin boğazı güclə açmaq üçün yeni hava zərbələrinə hazırlaşdığına dair siqnal kimi yozulur.

İsrail rəhbərliyi həmçinin Livanın cənubunda işğal zonasını genişləndirdiyini və "Hizbullah"a qarşı ən ağır zərbələrin endirildiyini açıqlayıb. Netanyahunun "hər an hər şey ola bilər" sözləri, aprelin 21-də bitəcək müvəqqəti atəşkəsdən sonra İranın nüvə obyektlərinə birbaşa hücumların başlaya biləcəyi ehtimalını maksimuma çatdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi