Ermənistan hökumətinin mənzil proqramı çərçivəsində Qarabağdan köçən şəxslərə 8,5 mindən çox sertifikat təqdim edilib.
Bunu Ermənistanın əmək və sosial məsələlər naziri Arsen Torosyan parlamentdə çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, məlumat oktyabrın 5-nə olan vəziyyəti əks etdirir. Verilən 8,5 mindən çox sertifikatın yalnız 4 911-i istifadə olunub.
Qarabağdakı keçmiş qondarma rejimin “ombudsmanı” Geqam Stepanyan isə sertifikatların böyük hissəsinin niyə istifadə edilə bilmədiyini açıqlayıb. Onun sözlərinə görə, vətəndaşlar verilən sertifikatların məbləği çərçivəsində uyğun şəraitə malik ev tapa bilmirlər.
Ermənistanın rəsmi proqramına əsasən, mənzil alınması və ya tikintisi üçün ayrılan dəstəyin məbləği yaşayış məntəqəsindən asılı olaraq ailənin hər üzvü üçün 3–5 milyon dram arasında dəyişir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.