İstanbulun Maltepe rayonunun Cevizli məhəlləsində 7 mərtəbəli binanın alt 3 mərtəbəsi çöküb. Hadisə oktyabrın 8-də saat 05:40 radələrində Doğu küçəsində baş verib.
Türkiyə mətbuatına istinadən xəbərinə görə, hadisə yerinə AFAD, yanğınsöndürmə, səhiyyə və polis qrupları göndərilib.
Binanın çökməyən üst mərtəbələrində qalan şəxslər xilasedicilər tərəfindən təxliyə edilib.
Dağıntılar altında axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Binanın alt 3 mərtəbəsinin hansı səbəbdən çökdüyü hələlik məlum deyil.
***
“TRT Haber”in məlumatına görə, dağıntılar altında qalan 14 nəfərdən 8-i xilas edilib.
6 nəfərin axtarışları hələ davam etdirilir.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.