xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:08 – Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi oldu 
  • 09:37 – İlham Əliyev Türkmənistana gedib 
  • 16:57 – Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI 
  • 12:49 – Azərbaycan Prezidenti yeni səfiri qəbul etdi - FOTOLAR 

Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!

Dün, 16:00 2 dəfə baxılıb

Avropa kabus ssenarisinə hazırlaşır – Çoxsaylı insan ölümü ilə nəticələnəcək hücum gözlənilir!


Avropa İttifaqı ölkələri çoxsaylı insan tələfatına səbəb ola biləcək böyük hibrid hücum ehtimalına qarşı gizli hazırlıqlara başlayıblar. Avropalı diplomatlar belə bir hadisənin baş verməsi riskinin getdikcə artdığını düşünürlər.

Bu barədə POLITICO-nun Brüsseldəki müxbiri Nikolas Vinkur beş Aİ diplomatı və rəsmisinə istinadən yazıb.

Məlumata görə, Aİ-nin 27 ölkəsinin səfirləri son həftələrdə telefonların və köməkçilərin iştirakına icazə verilməyən qapalı görüşlərdə mümkün “kabus ssenarisi”ni müzakirə ediblər.

Müzakirələr avqustda Leypsiq hava limanında partlayıcı maddə ilə yüklənmiş pilotsuz uçuş aparatının aşkarlanmasından sonra intensivləşib. Son toplantılarda əsas diqqət artıq adi kiberhücum və təxribatlara deyil, çoxsaylı insan ölümünə səbəb ola biləcək əməliyyatlara yönəlib.

“Biz ciddi hadisəyə hazır olmalıyıq. Təəssüf ki, Leypsiq göstərdi ki, çoxsaylı insan itkisinə səbəb olacaq ağır insident artıq istisna deyil”, – deyə yüksək vəzifəli Aİ diplomatı POLITICO-ya bildirib.

“Rusiyanın fəaliyyətinin miqyasını nəzərə alsaq, gec-tez insan tələfatının olması qaçılmaz görünür. İndiyə qədər bunun baş verməməsi sadəcə bəxtimiz gətirdiyi üçündür”,-deyə digər Aİ rəsmisi daha sərt xəbərdarlıq edib:

Aİ və NATO son illərdə Rusiyanı Avropada kiberhücumlar, sabotaj və digər gizli əməliyyatları genişləndirməkdə ittiham edir. Moskva isə bu tip ittihamların bir qismini rədd edib.

Avropa Hibrid Təhdidlərə Qarşı Mübarizə Mərkəzinin direktoru Teyya Tiilikaynen hesab edir ki, daha təhlükəli vasitələrdən istifadə davam etdikcə insan tələfatı riski də artır.

“Rusiyanın hazırlığımızı və cavab vermək iradəmizi sınamaq üçün getdikcə daha ölümcül vasitələrdən istifadə etdiyi şəraitdə müəyyən mərhələdə qurbanların olacağı aydındır. Bu, qəsdən və ya təsadüfən baş verə bilər”, – deyə o qeyd edib.

Lakin hazırlıq Aİ daxilində fikir ayrılığı da yaradıb. Bəzi ölkələr hesab edirlər ki, Brüssel təhlükəsizlik sahəsində NATO-nun funksiyalarını təkrarlamağa başlayır və real böhran zamanı bu, qərarların qəbulunu çətinləşdirə bilər.

Başqa ciddi problem isə məxfi məlumatların sızması qorxusudur. Şərq cinahındakı ölkələrdən birinin diplomatı bildirib ki, hökuməti həssas kəşfiyyat məlumatlarının Aİ formatında paylaşılmasına ehtiyatla yanaşır:“Ya mediada peyda olur, ya da birbaşa Moskvaya gedir”.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen isə böyük təhlükəsizlik böhranları zamanı üzv dövlətlərin fəaliyyətini əlaqələndirmək üçün yeni “fövqəladə təhlükəsizlik protokolu” yaradılmasını təklif edib. Bundan əlavə, “Avropa Təhlükəsizlik Şurası”nın yaradılması ideyası da müzakirə olunur.

POLITICO-nun məlumatına görə, bu təşəbbüslərin noyabrın əvvəlində təqdim ediləcək yeni “Avropa Təhlükəsizlik Strategiyası”nda yer alması gözlənilir.

NATO-nun keçmiş sözçüsü Oana Lunqesku hesab edir ki, belə vəziyyətdə NATO kəşfiyyat məlumatlarının mübadiləsi və hərbi çəkindirmə ilə, Aİ isə mülki böhran tədbirləri ilə məşğul ola bilər.

Onun sözlərinə görə, Moskva üçün isə Brüsseldə qərarın hansı strukturda qəbul edilməsinin elə də əhəmiyyəti yoxdur:“Putinin qərarların Aİ səfirləri, yoxsa NATO tərəfindən qəbul edilməsinin vecinə olduğunu düşünmürəm. Moskva belə düşünmür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi