xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:11 – İlham Əliyev açılışda iştirak edib - FOTOLAR 
  • 12:20 – İlham Əliyev bu şəxsləri təltif etdi 
  • 19:34 – İlham Əliyev: Avropa Parlamenti rüşvətxorlar yuvasıdır 
  • 17:36 – Prezident icra başçısını vəzifədən AZAD ETDİ 

Paşinyan müxalifətə: Qarabağdan gələnləri evinizə aparın – İkinci dövlətə cəhd edəni...

Bugün, 09:11 2 dəfə baxılıb

Paşinyan müxalifətə: Qarabağdan gələnləri evinizə aparın – İkinci dövlətə cəhd edəni...


Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağdan köçən və yaşayış yeri olmayan ermənilərlə bağlı müxalifətin iradlarına sərt cavab verib.

Paşinyan parlamentdə “Güclü Ermənistan” Partiyasından deputat Areq Ovsepyanın çıxışına reaksiya verib. Deputat yaşayış yeri olmadığı üçün İrəvandakı keçmiş qondarma rejimin “nümayəndəliyi”nin binasına köçmək məcburiyyətində qalan çoxuşaqlı ailənin vəziyyətini xatırladıb.

Paşinyan müxalifət nümayəndələrinə həmin insanları öz evlərində yerləşdirməyi təklif edib.

Baş nazir bildirib ki, İrəvandan kənarda boş yaşayış yerləri var və Ermənistan hökuməti Qarabağdan köçən ermənilərə sosial dəstək göstərilməsi ilə məşğul olmağa davam edir.

Paşinyan eyni zamanda müxalifətin diqqəti yalnız Qarabağdan köçən evsiz ermənilərin üzərinə yönəltməsindən narazılığını bildirib. Onun sözlərinə görə, Ermənistanda yaşayış yeri olmayan başqa insanlar da var.

Keçmiş qondarma rejimin İrəvandakı “nümayəndəliyi”nin binasına toxunan Paşinyan onun birmənalı şəkildə dövlətin balansına keçəcəyini bildirib.

Baş nazir bunun ardınca sərt xəbərdarlıq edib:

“Ermənistanda iki dövlət, iki hökumət ola bilməz. Dövlət daxilində ikinci dövlət, ikinci hökumət və ya ikinci parlament formalaşdırmaq üçün bütün cəhdlərin qarşısını ən sərt üsullarla alacağam”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi