xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 
  • 14:18 – “İlham Əliyev müasir, ziyalı insandır” - Putin 

“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib

Bugün, 09:46 1 dəfə baxılıb

“Nikosayağı” buna görə qol transplantasiyası etdirməyib


“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirli qol transplantasiyası etdirməməsinin səbəbini açıqlayıb.

O, bu barədə sosial şəbəkədə paylaşım edib.

“Bu videonu bəzi bədən üzvlərini itirmiş qazi qardaşlarım üçün çəkirəm. Son vaxtlar mənə çoxsaylı mesajlar gəlir. Bildirilir ki, xaricdə iki qolunu itirmiş bir gəncə əməliyyat zamanı iki qol transplantasiya edilib. Bununla bağlı Türkiyəyə getdim və araşdırma apardım.

Dünyanın heç bir yerində bir qolun transplantasiyası həyata keçirilmir, yalnız iki qolun köçürülməsi mümkündür. Türkiyədə belə əməliyyatlar yalnız öz vətəndaşlarına tətbiq olunur və ölkədə bu prosedur dövlət tərəfindən ödənişsiz həyata keçirilir. Həmçinin hər bir ölkə öz vətəndaşlarına orqan köçürməsi edə bilər.

Transplantasiya həyata keçirildikdən sonra insan ömürboyu hormonal bir dərmanlardan istifadə etməlidir. Bu dərmanlar immun sisteminin fəaliyyətini zəiflədir. Çünki transplantasiya olunmuş orqanı orqanizm yad toxuma kimi qəbul edə və onu rədd edə bilər. Bu səbəbdən immun sisteminin reaksiyasının qarşısını almaq üçün tətbiq olunur.

Belə dərmanlardan istifadə edən insanların immun sistemi zəiflədiyindən infeksiyalara qarşı daha həssas olurlar. Barmaq kəsilsə, əlin biləkdən amputasiyasına gətirib çıxara bilər. Sağlam insan qrip olanda 5 gün evdə isti çay içib, özünə qulluq edib düzələ bilirsə, bu hormonal dərmanı qəbul edənlər qrip olsalar belə, xəstəxanada uzunmüddətli müalicə olunmalıdır.

Qısa şəkildə demək istəyirəm ki, bədənə hər hansı bir üzvün transplantasiya edilməsi qətiyyən məsləhətli bir şey deyil.

Allah hər birimizi var eləsin. Allah qazilərimizə və bütün xəstələrimizə şəfa versin” deyə, Nicat bildirib.

Qeyd edək ki, 2023-cü ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. N.Şakirli isə ağır xəsarət alıb, onun sağ qolu dirsəkdən amputasiya olunub. (Axşam.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi