xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Prezident Qaradağda açılışda - Fotolar 
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:37 – Vladimir Putin İlham Əliyevə zəng etdi - Razılıq əldə olundu 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 

Yaxın Şərq uğrunda yeni savaş: Dünyanın yeni nizamı qurulur (ŞƏRH)

27-08-2024, 09:26 3 dəfə baxılıb

Yaxın Şərq uğrunda yeni savaş: Dünyanın yeni nizamı qurulur (ŞƏRH)


"Beynəlxalq hüquq, onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Yaxın Şərq uğrunda yeni savaşın nə vəd edəcəyini şərh edərkən deyib:

"Yaxın Şərqdəki problemlərin həll edilməsinin alqoritmi doğru-düzgün şəkildə müəyyən edilməyib. Beynəlxalq təşkilatlar, xüsusən də Qərbi təmsil edən qurumlar ilk növbədə Yaxın Şərqdə özlərinin maraqları üçün mübarizə aparır", deyə Azər Hüseynov bildirib.

Ekspert qeyd edib ki, Yaxın Şərq üzrə nizamlanma prosesinin humanitar aspekti demək olar tamamilə bərbad vəziyyətdədir:

"Müxtəlif məlumatlara görə, əsasən mülki fələstinlilər olmaqla 180 minə yaxın insan qətlə yetirilib. Onlar arasında çoxsaylı uşaq və qadınlar da var. Belə böyük bir rəqəmin ortada olmasına baxmayaraq, beynəlxalq ictimaiyyəti problemin humanitar aspekti o qədər də narahat etmir. Beynəlxalq ictimaiyyət daha çox problemin geosiyasi və siyasi aspektlərinə diqqət yetirir".

Həmsöhbətimiz düşünür ki, humanitar fəlakətin daha da böyüməsi fonunda isə savaşa Livan, digər ölkə və qurumlar da qoşula bilər:

"Bu isə beynəlxalq razılaşdırılmış sistem kimi fəaliyyət göstərən BMT-nin, beynəlxalq hüququn süqutu deməkdir. Ümumiyyətlə, beynəlxalq hüquq mövcud vəziyyətə Yaxın Şərqdəki proseslər fonunda gəlib çatıb. Osmanlının ortadan qalxması, Paris sülh konfransı, II Dünya müharibəsi və ondan sonra Yaxın Şərqdə İsrail dövlətinin yaradılması, bütün bunlar beynəlxalq münasibətlər sisteminin müasir formasına gətirib çıxarıb".

Konfliktoloq deyib ki, proses belə davam edərsə, Avropa diplomatiyasının rəhbəri Cozep Borrelin narahatlığının da hər hansı bir real təsiri olmayacaq:

"Məsələ ondadır ki, problem humanitar fəlakət problemidir. Beynəlxalq hüquq və onu təmsil edən dövlət və qurumların səmimiyyətsizliyindən təngə gəlmiş böyük kütlələr artıq dünyanın hüquqi nizamını dəyişmək qərarına gələ bilərlər".

Qeyd edək ki, Avropa İttifaqının rəsmisi Cozep Borrel Yaxın Şərqdə vəziyyətin həm region, həm də ondan kənar ərazilər üçün kritik təhlükə həddinə gəlib çatdığını bildirib:

"Mən müharibənin daha kütləvi xarakter almasının qarşısını almaq üçün Livan baş naziri Mikatinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiqi barədə çağırışını dəstəkləyirəm".

Xatırladaq ki, İsrailin hərbi təyyarələri Livan ərazisinə zərbələr endirib. Ardınca "Hizbullah" İsrailə yüzlərlə raket atıb. Bu fonda İsraildə fövqəladə vəziyyət elan edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi